“FUAD MURADOVUN MILLI DÜŞÜNCƏSI DEQRADASIYAYA UĞRAYIB”

İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19 illiyi olub. Komitənin Əsasnaməsində göstərilib ki, Komitə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin vəzifələrinin birində isə yazılıb - dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək, xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxana, arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər dövlət orqanları ilə birgə yardım göstərmək, xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər diaspor təşkilatlarının Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərmək və s.

Bu sahənin çox ağır vəməsuliyyətli olduğu söylənilir. Yaranan gündən bu vaxtadək Komitənin fəaliyyəti yüksək qiymətləndirilməyib – nə ictimaiyyət, nə də müvafiq dövlət strukturları tərəfindən.

Nəticədə Nazim İbrahimov 16 illik sədrlikdən sonra Prezidentin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edildi. Yerinə Fuad Muradav təyin olundu.

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev həmin vaxt deyib: “Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Düzdür, F.Muradov komitəyə sədr təyinatından sonra xarici ölkələrə səfərlər edib, diaspora təşkilatları arasında həmrəylik və birliyin yaradılması istiqamətində işlər aparıb. Təşəbbüsü ilə Koordinasiya Şuraları, “Azərbaycan Ev”ləri yaradılıb və s.

Bu işlərin yerlərdə necə qəbul edildiyi və dəyərləndirildiyi, effekt verib, vermədiyi barədə Avropada Azərbaycan Dostları Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə “Xalq Cəbhəsi”nə müsahibə verib. Avrasiya.net müsahibəni təqdim edir.

O, öncə adıçəkilən komitənin fəaliyyəti ilə bağlı sualımızı cavablandırıb.

- Komitə Əsasnaməyə uyğun fəaliyyət göstərmir. Hər bir sahənin fəaliyyətində olduğu kimi diaspora sahəsində yazılı və yazılmamış qanunlar var. Yazılmamış qanunlar sırf milli məsələyə, tarixi vətənin dərin dövlətçiliyinə xidmət etməlidir. Amma Azərbaycanda Komitə yaranan gündən kolxoz sistemi ilə fəaliyyət göstərib. Tədbirlər planı keyfiyyətə yox, kəmiyyət üzərində qurulub. Tədbirlərin sayı çox olsun, hesabatda çoxluq əksini tapsın – budur onların istəyi. Mən iki il Hollandiyada Konqresin icraçı direktoru olanda ilk dəfə ağsaqqalları, ziyalıları ora cəlb etmişdim. Keçirilən tədbirlərlə bağlı ora gələn Komitə nümayndələri, hətta Nazim İbrahimovun müavininə hesabat verəndə, gördüm ki, mənə gülürlər, dəli kimi baxırlar. Nazim İbrahimovun köməkçisi vardı, İlham Məmmədov məni ciddi qəbul etmirdilər. Çünki, onlara fəaliyyətimlə bağlı dolğun və keyfiyyətli, hərtərəfli məlumatlar təqdim edirdim. Onlar buna alışmamışdılar, belə hesabatları gülməklə qəbul edirdilər. Axı Komitənin nümayəndələrinin əksəriyyəti həmişə Avropada keçirilən tədbirlərdə iştirak adı ilə alış-verişə, istirahətə gəlirdilər. Nazim İbrahimovun özü gələndə bir az ciddi tədbirlər keçirilirdi.

- Nazim İbrahimov Komitəyə 16 il, Fuad Muradov isə 3 ildir ki, rəhbərlik edir. Fərqləri nədə görürsüz?

- Nazim İbrahimov diplomatdır, yeganə minusu vardı ki, yalançı idi, söz verirdi, heç birini yerinə yetirmirdi. Bir gün onun müavininə zəng edib dedim ki, bəs sədr filan sözü verib, amma nəticəsi yoxdur. Mənə dedi ki, o, siyasət adamıdır. Deməli, Azərbaycanda belə bir tendensiya var, siyasətçisənsə sənin üçün yalan danışmaq ayıb deyil, özü də həyasızcasına. Nazim İbrahimov hamıya göz muncuğu verərdi. Nazim İbrahimov təkbaşına Avropada qaçqınlarla, müxalifətçilərlə görüşərdi. Cəsarətli idi, sözünü deyirdi, çəkinmirdi. Bu diplomatik bir taktika idi. Amma bölgəçiliyə üstünlük verirdi. Bir də o, imkan verməzdi ki, kimsə Prezidentin ünvanına tənqidi fikir söyləsin. Özünün tənqid və hətta təhqir olunmasına göz yumardı, ancaq dövlət başçısına edilən tənqidi həzm etməzdi. Nazim İbrahimov daha çox iqdırlarla işləyirdi və onların əli ilə pul silirdi, azərbaycanlılara etibar etmirdi. Məsələn, bir iqdırlını cəmiyyət sədri qoyurdu, 60 min pul yazırdı ona, onun 30 minini geri alırdı. Onlar Türkiyənin müxtəlif yerlərində Komitənin vəsaiti ilə otellər tikdiriblər.

Fuad Muradova gəldikdə, səmimi deyim ki, yalan danışan deyil. Amma onun da özünəməxsus xüsusiyyəti var. İstər Nazim İbrahimov, istər Fuad Muradov olsun yaltaqlığa, qeyri-səmimiliyə çox üstünlük verirlər. Fuad Muradovu tənqid etmək olmaz, prezidenti tənqid et, amma onu etmə. Kinlidir, onu tənqid etsən, ömrü boyu sənə düşmən olacaq. Tərifi daha çox sevir. Fuad Muradovun cangüdənlərinin sayı Prezidentin cangüdənlərinin sayından çoxdur. Xaricə səfər edəndə əhatəsində çoxlu qoruyucuları olur. Özünü prezident kimi, bürokratik nazirlər kimi aparır. Vay o günə ki, komitəyə bir təklif verəsən. Elə bil ki, onların dədələrinə bir od vurmusan. Nazim İbrahimov təkliflərə qulaq asırdı, amma qəbul etmirdi. Fuad Muradov isə verilən təklifləri süngü ilə qarşılayandır. Fuad Muradovda belə bir düşüncə var ki, kim onun ideyası və yaxud dediyi ilə barışmırsa və ya onu müzakirəyə qoyursa,onun düşməni olur, düşmən azdır vətən xaininə çevrilir. Bütün hallarda harada olursan ol, milli maraq deyilən bir şey var o olmayanda mümkün deyil. Nazim İbrahimovda və Fuad Muradovda bunların heç biri yoxdur.

Hər ikisini müqayisə edəndə Nazim İbrahimov millətə daha yaxın idi. Fuad Muradovu mədəni adama oxşayır, amma kosmopolitdir. Onun milli düşüncəsi deqradasiyaya uğrayıb. Bu sədr elə adamları qiymətləndirir, onlara dəyər verir ki, adam xəcalət çəkir. Azərbaycandan Avropaya gələnlərin 90 faizi iqtisadi çətinkilərlə üzləşənlərdir. Bura gəlib oturum alırlar, bəziləri milli mənsubiyyətlərini dəyişirlər. Komitə də onlardan milli maraqlar üçün yox, şəxsi maraqlar üçün istifadə edir. Amma onun bir cəhətini bəyənirəm ki, azərbaycanlılara üstünlük verir, gəncləri diaspor fəaliyyətinə cəlb edib. Bir də Azərbaycandan istər tatar, istər ləzgi, istər yəhudi, istər digər millətlərdən olanları diaspor fəaliyyətinə qoşub. Nazim İbrahimovun himayə etdiyi iqdirlıları qova bilib. Nazim İbrahimov bunu bacarmırdı. Bilirsiz, o, diplomt və biznesmen idi. Hərəkatdan gəlməmişdi, əlinə silah alıb vətəni qorumamışdı... Komitə üçün qürbətdə güclü diaspor lazım deyil. Amma bizim güclü diasporumuz olmalıdır, düşmən dövlətlərlə əhatələnmişik. Hər yerdə təmsil olunmalıyıq. Yaşadığımız ölkələrin sağ, sol, mərkəzçi partiyalarda təmsil olunsaq da reklamsız, sakitcə milli maraqlarımızı, azərbaycançılıq ideologiyamızı üstün tutmalıyıq. Belə insanlarımız var, amma təəssüflər olsun ki, onlar komitə üçün arzuolunmazdırlar.

- Avropadakı əksər diaspora təşkilatlarımız nədən indiki sədrdən narazıdırlar?

- Danimarka, İsveç, İsveçrədə diaspora veteranlarımiz var. Bəziləri var ki, vaxtilə təmənnasız təşkilat qurublar, onları bu sahədən kənarlaşdırmaq fikirləri varsa, bunu hörmətlə etməliydilər. Amma bunu etmədilər. Medal veriləndə də bu veteranlar kənarda qaldılar. Bu sahədən kənarda saxlanılsalar da sözləri keçərlidir, hörmət sahibidirlər. Veteranlar Komitə tərəfindən dəyərləndirilməyəndə, gənclər bunu görürlər, fikirləşirlər ki, Avropaya gəldiyimizanda bizə dəstək olan bu şəxslərin fəaliyyətinə qiymət verilmirsə burada nəsə var. Bu da ümumi işin ziyanınadır. Bir yerə getməzdən öncə o yerlə tanış olursan, kimlə görüşəcəksənsə onun haqqında bilgi əldə edirsən və s. Məsələn Danimarkaya gəlirsənsə öyrənməlisən ki, burada ağsaqqal, ziyalı kimdir, nəçidir, harada işləyir, mövqeyi nədir, necədir... Yoxsa, bizim bacı oğlumuz oradadır get, onu tap təşkilatlandır prinsipi ilə diaspora təşkilatı qurmaq olmaz. Bu taktika bir az Fuad Muradovda var.

Nazim İbrahimovda ona görə alınmırdı ki, Bakıdan bu sahəyə əsasən Əli Həsənov nəzarət edirdi. Nazim İbrahimovun irəli çəkdiyi Əli Həsənovun adamları çox ağıllıdırlar, təzə sədr gələn kimi taktikalarını dəyişdilər. Sosial şəbəkə səhifələrində vaxtilə Əli Həsənov, Ramiz Mehdiyevlə birgə olan şəkilləri silib ölkə rəhbərinin fotolarını yerləşdirdilər. Bir növ Komitəyə yararlanıb ondan dəstək ala bildilər. Bilirsiz, Avropadakı diaspora sahəsi Rusiyadakı kimi deyil. Bura gələnlərin 90 faizi sosiala oturur, dövlət ona pul verir, ondan da bir az yeməyə, içməyə qalır. 10 faizi burada işləyir, iş adamları burada azdır. Özü də Qərbi Avropa, Şərqi Avropadan fərqlidir. Tutaq ki, Şərqi Avropada, Rumıniya, Polşa, Çexoslovakiya və digər ölkələrdə iş adamları var, imkanlıdır. Amma Hollandiyada, Almaniyada, Belçikada bunu yaratmaq mümkün deyil, oturuşmuş kapitalist ölkələridirlər. Uzaq başı bir dönərxana açmaq olar. Bu ölkələrdə iş adamı olmaq diaspora sahəsinə maliyyə dəstəyi göstərmək ümidi xülyadır. Ona görə də bizim fəaliyyətimiz üçün Komitəyə ehtiyacımız var. Bir təşkilatın özünü dolandırması mümkün deyil. Avropada rəsmi qeydiyyata alınmış bir mətbu orqan var – “Xudafərin” jurnalı. Xahiş etdik ki, iki jurnalistimizə maaş ayırın, etmədilər.

Fuad Muradovun Nazim İbrahimov kimi pul yumaq adəti yoxdur. Amma onu aldadanlar var. Məsələn, Xocalı soyqırımı ilə bağlı ayrılan vəsaitin bir hissəsini mənimsəıyənlər var, tanıyıram, bunu hamı da bilir. Bu da Fuad Muradovun naşılığından irəli gəlir. Elə bilirlər ki, diaspora sahəsini idarə etmək asandır. Bir misal çəkim, gürcülər Avropanı boğaza yığmışdılar, oğurluq edərdilər. Polislər əllərindən cana yığılmışdı. Bu, hal ermənilərdə də var. Onlar üçün bu, normaldır, davam edir. Gürcülərin oğurluqlarının qarşısının Saakaşvili aldı. O, prezident olanda Avropaya gəldi və gürcüləri bir yerə topladı. Almaniya, Hollıandiya, Skandinaviya ölkələrində müxtəlif adlar altında gürcü təşkilatları yaradıldı – “Gürcü qalereyası”, “Gürcü evi”, “Gürcü Mədəniyyəti” və s. Bu təşkilatların çətiri altında iş adamları yetişdi. Yük daşıyan gəmilərin bəlkə də 50 faizi gürcülərin himayəsindədir, 10 faizi də gəmi sahibidirlər. Həmin iş adamları diaspora sahəsinə cəlb olundu. Amma bizdə bunu etmədilər. Diaspor bütün hallarda bilavasitə dövlət başçısının nəzarəti altında olmalıdır. Diaspor milli maraqlarımıza xidmət etməlidir. Bu sahəni təcrübəsi olan adama tapşırmaq lazımdır. Bu işdə qohumbazlığa, dostbazlığa yol vermək olmaz.

- Azərbaycan Disaporuna Dəstək Fondu yaradılıb...

- Bundan heç bir xəbərim yoxdur, eşitməmişəm. Çünki, mənim Komitə ilə heç bir əlaqəm yoxdur. Keçirilən tədbirlərə Komitədən gələn də olmur və çox vaxt həmin tədbirlərə gələn gənclər istəmirlər ki, bundan Komitənin xəbəri olsun. Mənim heç marağımda deyil ki, Komitənin fəaliyyətimlə bağlı bilgisi olsun. Burada fəaliyyətimi müstəqilliyimizin qorunmasına, xalqıma, dövlətimiə istiqamətlənmişəm. Şuşada böyümüşəm, internat məktəbin yetirməsiyəm, Xalq Hərəkatından çıxmışam, ilk könüllü yaranmış müdafiə dəstəsinin rəhbəri olmuşam. Keçmişə boylanıb baxanda bacarmadığım işlərin altına girib onun yükünü çəkdiyimi görmüşəm. Buna görə kiminsə medalı, diplomu “sağ ol”u gərək deyil.

- Fuad Muradov xaricə mütəmadi səfərlər edib, Koordinasiya Şuraları, ardınca “Azərbaycan Ev”ləri yaradıldı. Bunlar diaspora quruculuğu və ya əlaqələndirilməsində hansımüsbət təsirlər göstərə bilər?

- Bu xəstə bir təfəkkür məhsuludur. Fuad Muradov Nazim İbrahimovun kadrlarını uzaqlaşdırıb yeniləri ilə əvəzləyib, bu da oldu diaspora sahəsində islahat. Bunun işi qurmaq deyil, dağıtmaqdır. Bir, iki qurulmuş təşkilatı vardı, onları da məhv etdi. Yaradılan Koordinasiya Şuralarının başına öz adamlarını gətirib qoyublar, diasporaya aidiyyatı olmayanlardır. Diaspor işi ilə məşğul olmaq hakimiyyətin dostu olmaq demək deyil. Nüfuzu təcrübəsi olan, millətini, xalqını, dövlətini sevən şəxsin gücündən, nüfuzundan, istedadından, biliyindən istifadə edib diaspor təşkilatı qurmaq lazımdır. Yunanlarda, ermənilərdə, hətta vyetnamların da lobbiləri var. Albanlar belə Avropada olan diasporunu lobbiyə çeviriblər. Yaşadıqları ölkənin dövlət strukturuna təsir edə bilirlər. Amma bizim gözəl şoumenlərimiz yetişib. Fuad Muradov Avropaya gəlib hakimiyyəti söyən şəxslərdən diaspora fəalı yaradır. O, xaricdəki azərbaycanlıları tanımır ki, kimlərdir nəyə, hansı məzhəbə qulluq edirlər. Kim Fuad Muradovu tərifləyir, onu irəli çəkir. Onu tənqid edən isə hədələnir.

- 44 günlük müharibə zamanı Avropada ordumuza dəstək aksiyalarının keçirilməsini Komitənin adı ilə bağlayırlar. İddialara görə, Avropadakı izdihamı, aksiyaların təşkilatçısı Komitə olub.

- Yalandır, həmin ərəfədə mübarizə aparanların heç birinin Komitə ilə əlaqəsi yoxdur. Avropadakı bütün vətənsevər insanlar həmrəyliknümayiş etdirdilər. Hərə bir iş gördü, material tərcümə edən, yayan, informasiya toplayan... Həmin ərəfədə biz “Ya Qarabağ, Ya Ölüm” qrupumuzda bir tərcümə bölməsi yaratdıq. Erməni dilindən tutmuş Avropa dillərinə kimi 18 dildə ermənilərin işğalçılıqsiyasəti, ordumuzun qələbələri ilə bağlı materialları toplayıb tərcümə edib yaydıq. Həmin ərəfədə Avropada yaşayan hər bir azərbaycanlı vətənin, millətin yanında olduğunu nümayiş etdirdi. Bunların heç birini komitə ilə bağlamaq düzgün deyil. Vətənpərvərlik, dövlətçiliyə xidmət içdən, ruhdan gəlir, Komitənin bura nə aidiyyatı? 44 günlük müharibə zamanı Avropada elə gənclər üzə çıxdılar ki, onların heç birini Komitə yaxına buraxmırdı. Amma onlar prezidentə həmrəylik nümayiş etdirdilər, ordunun yanında olduqlarını bildirdilər. Komitə isə onlardan istifadə edə bilmir, elmli, istedadlı gənclərimizin potensialı komitənin marağında deyil. Baxın, Komitə tərəfindən diaspor nümayəndələrinin Şuşaya səfərləri təşkil edilib.Məlumata görə, Avropadan 70-dən çox diaspora fəalı səfərdədir. Onlardan yarıdan çoxu diasporaya dəxli olmayanlardır. 44 günlük müharibə zamanında xalqla, ordu ilə həmrəylik nümayiş etdirən bir fəal ora dəvət olunmayıb. Belə Komitənin sədrinə nə deyəsən? Şuşadan olan 30 il həyatını diaspora quruculuğuna həsr edən bir diaspora təşkilat rəhbərini dəvət etməyibsə, bu adama nə deyə bilərəm? Fuad Muradovun kübarlığı çatmır ki, belə bir addam atsın, kinlidir.

Elman Mustafazadə

Xudaferin.eu

21:21