Tahir Bəy - 66

Bu gün Rusiyada Azərbaycan diasporunun ünlü siması Tahir Bəy Hacıyevin Ad Günüdü.

Şayir deyiləm sənə şeir yazım, bəstəkar deyiləm hüsnünə mahnı bəstələyəm, sadəcə qəlbimdə olan ən xoş sözləri ərməğan etməklə bərabər Sənə Ulu Tanrıdan könül xoşluğu arzulayıram əziz dostum!

Sənin varlığın onlarca ailənin səadəti deməkdir. Sən tək doğmaların, qohumların deyil, qürbətdə millətimizin ümid və güvənc yerisən.

Zəngin tacir soydaşlarımız çoxdur, lap çox... Allah daha da çox eləsin. Bəlkə də maddi imkanlılarımızın hamısının sərvəti Sizin imkanınızdan üstündü, lakin sərvətini Vətən və Millət yolunda minnnətsiz sünnətsiz əsirgəyən yeganə Azərbaycan OĞLU Səni gördüm. Çünki sənin sağ əlin verdiyin sol əlin bilmədi...

Sən Rassiya və Azərbaycan arasında dostluq körpüsü quran nadir oğullardansan...

Bir igidin ömrü qədər dostluğumuz davam edir. Dostdan çox doğmayıq qardaşıq, qürbətdə Vətən və Millət yolunda, Qarabağ uğrunda həmişə birlikdə savaşdıq.

Səbrinle, temkininle nümunə, çətin anlarda arxa dayaq, böyük qardaş, vəfalı dost oldun. Bilmirəm sənə nə arzulayım...

Sənə yalnız sağlam can və bir daha könül xoşluğu arzulayıram!

Qoy sənin həmişə sinəndən asılan Vətən sevgisi olsun.

Ad Günün mübarək əziz dostum Tahir Bəy!

Səmimiyyətlə dostun ve qardaşın Elman Mustafazadə

P. S. Tahir Bəy bütün fəaliyyətinlə ŞUŞAda yaşamağa haqq qazanmısan. Təbrik edirəm!

Foto 2015-ci il, Moskva.

Elman Mustafazadə

Xudaferin.eu

13:26