Azərbaycanda Kommunist Partiyası yaratmaq milli xəyanət deməkdir

Pavel Morozovun Azərbaycandaki tör-töküntülərinə bir baxin…

1920-ci ildə Rusiya bolşevik (kommunist) partiyası adı altında Azərbaycanı yenidən işğal etdi. Cümhuriyyətimizi çökdürdü. Ölkəmizin 250 min say-seçmə insanını sinfi düşmən adı ilə qətlə yetirdi.

1927-1930-cu illər arasında Azərbaycanın əzəli torpaqlarını Ermənistasna verdi. Həmin ərazidən türkləri seyrəltmək üçün etiraz edən, etməyən 180 min soydaşımızı, dinc əhalini gülıəbaran etdi.

Kommunist rejimi 1935-1938-ci illərdə bütün SSRİ-də repressiya başlatdı. Azərbaycanın rəsmi rəqəmlər 28 min gülələnmədən söz açır. Halbuki Gürcüstanda 13 min, Ermənistanda 12 min adam qətl edilmişdi. Bu 3 respublikada rəqəmlər çox fərqli olmasın deyə Azərbaycanda qətlə yetirilmiş 28 min insanın 14 mini Azərbaycanlı, 14 mini iranlı adı ilə qətlə yetirilmişdi. 100 min insan sürgün olunmuşdu. Qeyri rəsmi rəqəmlər isə qətl və sürgünlərin birgə sayının 150 mini keçdiyini israr edir.

1941-1945-ci illərdə, sovet-alman savaşında 600 mindən çox Azərbaycan insanı müharibəyə, xüsusilə ön cəbhəyə aparılmış onlardan cəmi 180 min nəfəri salamat və ya əlil olaraq geri donmüşlər.

Beləliklə, 25 il ərzində cəmi 3 milyon 500 min əhalisi olan Azərbaycanda 1 milyon insan qətlə yetirilmişdir.

Müharibədə əsir düşən onminlərlə soydaşımız geri qayıtdıqdan sonra, məhz, əsir düşdüklərinə görə 25 il həbs cəzası alaraq Sibirə sürgün edilmişdir. Onlar yalnız 9 il sonra, Stalin gəbərdikdən sonra evlərinə geri qayıda bilmişlər.

Bu Azərbaycan qətllərinin, bu insan müsibətlərinin hamısı communist rejimi tərəfindən, communist partiyasının rəhbərliyi ilə həyata keçirilmişdir.

Bolşeviklər-kommunistlər ölkəmizdə qətl, sürgün, soyqırım silsilələri həyata keçirir, torpaqlarımızı alıb Ermənistana, Dağıstana birləşdirir, neftimizi daşıyır… və bizdən ləbbey deməyi, kommunizm qatillərini – Lenini, Stalini, partiyanı vəsf etməyi, həqiqi bir kölə olaraq diz çöküb mədhiyyə deməyi tələb edirdi.

1957-ci ildən etibarən Xam torpaqlarda işləmək adı ilə 100 min soydaşımız Qazaxıstana sürgün edilmişdir. 1970-ci ilden baslayaraq Baykal-Amur Magistralının inşaatı adı ilə Respublika Komsomolunun xətti ilə 450 min gəncimiz Sibirə göndərilmiş və onların 30 faizi orada bataqlıqlarda məhv olmuş, 30 faizi yerli ruslarla evlənərək orada qalmış və tək-təkləri isə zorla canlarını qurtararaq Azərbaycana dönə bilmişlər.

Azadlıq istəyəndə üstümüzə tank çəkmiş, 20 yanvar faciəsini törətmişdir. Müstəqillik deyəndə Qarabağ müharibəsini törətmiş, erməni maskası taxıb üstümüzə gəlmiş, bu müharibədə 30 min insanımızı, xüsusilə, gənc və orta yaşlı təbəqəni qırmışdır.

Bolşevik-kommunistlər Qarabağ savaşında 20 faiz torpağımızı işğal edib Ermənistana vermiş, Xocalı faciəsini törətmiş, saysız-hesabsız kəndlərimizi, qəsəbələrimizi, yurd yerlərimizi xaraba qoymuş, insanları əsir aparmışdır. Milyon insan qaçqın düşmüş, evini-eşiyini itirmişdir.

Budur Azərbaycanda kommunistlərinin izi, xatirəsi, tarixi…

Onlar Azərbaycanın Dağ Borçalı, Zəngəzur, Göyçə, Dərələz, İrəvan mahallarını ayıraraq tarixdə ilk dəfə ermənilər üçün dövlət yaratdılar.

Lakin həyat sübut etdi ki, Ermənistan dövlət yox, Rusiyanın for-postu, hərbi bazasıdır. Qafqazı nəzarətdə saxlamaq üçün, türk torpaqlarını parçalamaq üçün yaratdığı cəbbəxanadır. Heç vaxt müstəqilliyi olmayan və olmayacaq həmişə Kremlin idarə etdiyi və edəcəyi oyuncaq dövlətdir.

Bu gün Azərbaycanın başına gələn bütün faciələrin səbəbi rusların ekspansiya siyasəti, yırtıcı işğalçılığı, doymayan ərazi aclığıdır.

Bu işğal, bu vəhşilik az qala bir əsr də communist adı altında yürütdü öz yırtıcılığını.

İndi bunlara bax. Utanıb ölmürlər. Etdikləri cinayətlərə görə qısılıb qınlarına girmək əvəzinə, susub dinməmək yerinə Moskvadan tula payı alıb yenidən kommunist bayrağını dalğalandırmağa cürət edirlər.

Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlərə görə əliqanlı Kommunist Partiyası beynəlxalq məhkəməyə verilməlidir.

Bundan ötrü imza kampaniyası başlanmalıdır.

Yoxsa dini fanatlardan daha təhlükəli olan kommunistlər, yenə epidemiya kimi yenidən ölkəmizi bürüyər....

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Mirzexezer.com

12:33