Ən böyük xəyanət nankorluqdur!!!

Hər xalqın tarixində elə hadisələr olur ki, bu hadisələr uzun zaman keçsə də unudulmur, nəsillər bir-birini əvəz etsə də xatırlanır, yeni nəsillərin də yaddaşına həkk olunur. Xalq yaxşılığı da, yamanlığı da unuda bilmir.
Mən hələ də Slavyan dünyasını başa düşə bilmirəm...

Bu ölkələrin siyasətləri ilə vətəndaşlarının baxışları məncə fərqlidir...

Rusiya:

Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər. Rusların ilk könüllü gələnləri 1830-cu ildə Orenburq vilayətindən malakanların köçürülməsi idi. İlk rus kəndləri arasında Vel, Privolnoye, Prişib, Nikolayevka, İvanovka kəndləri var idi. 1833-cü ilin ortalarından başlayaraq rus sektantlarının Şamaxı və Şuşa qəzalarına, daha sonra Lənkəran qəzasına köçürülməsi həyata keçirilir.

Bir müddət "sektantlara" şəhərlərdə yerləşmək qadağan edilirdi. Bir qədər sonra onlar Şamaxı və Lənkəran qəzalarında qəsəbələrini yaratdılar və yalnız 1859-cu ildə Bakı qəzasında onlara qəsəbə qurmağa icazə verildi. 1841-1847-ci illər ərzində Yelizavetpol quberniyasında əhalisi yalnız duxoborlardan ibarət olan Slavyanka, Novo-Qoreloe, Novo-Troitskoe və Novo-Spasskoye kəndləri yaradıldı.

1917-ci il Oktyabr inqilabından əvvəl burada 100-ə yaxın rus kəndi mövcud idi. Onların əhalisi Rus Pravoslav Kilsəsindən ayrılmış və çar hökuməti tərəfindən Rusiyanın mərkəzindən Qafqaza köçürülmüş təriqətçilərdən (əsasən malakan) ibarət idi. İri şəhərlərdə yaşayan ruslar əsasən hökumət nümayəndələri, sahibkarlar, mütəxəssislər və fəhlələr idi.

XX əsrin əvvəlindən 1940-1950-ci illərə qədər ruslar Bakıda əsas milli azlıqlardan idi. Rusların Azərbaycana mühacirəti sovet zamanı da davam edirdi. 1970-ci ildə rusların sayı 500 mini ötmüşdü və onlar Azərbaycan SSR-in ümumi əhalisinin 10%-ini təşkil edirdilər.

SSRİ dağıldıqdan sonra onların bir hissəsi Azərbaycanı tərk etməyə başlasalar da sonradan bu proses dayanmış və hazırda Azərbaycanda ruslar ən böyük etnik qrup təşkil edirlər. Rusların böyük qismi pravoslavdırlar, təriqətçilərin (xüsusi ilə malakanların) sayı bir neçə yüz nəfərdir.

Hamı bilir ki, ruslar dostun-düşmənin tanımayan, çörəyi dizinin üstündə olan bir millətdir...

Bunların Türk soylu və müsəlman inanclı millətlərin başına gətirdiyi oyunlardan hər biriniz az-çox xəbərdasınız...

Pyotr, Katarina, Leninin tezisini təkrar etməyə gərək yox- Bizə müsəlmansız Qafqaz lazımdır...
Etdiyimiz yaxşılıqlar, ikinci dünya müharibəsində 300 min həlak olan, 300 min şikəst evə dönən soydaşlarımızı ruslar çoxdan unudublar.

Müharibənin 85 faiz yanacağını gecə-gündüz işləyən Azərbaycan neftçiləri versə də, ruslar heç vaxt onları xatırlamaz...

Yenə şükür rusların az da olsa Maksim Şevçeko kimi obyektiv jurnalistləri var...

Ukrayna:

Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq-Krım tatarları ilə daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir.

Çar Rusiyası zamanı imperiya ərazisindəki bütün türk dilli xalqlar, o cümlədən azərbaycanlılar da rəsmi sənədlərdə Tatar adlandırılıb.

Lənkəranda kazaklara abidə ucaldılıb. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur.

1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb.

Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar.
Azərbaycan–Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev prezident seçildikdən sonra da davam edib.

Bu gün sosial şəbəkələrdə olan hər 10 nəfər azərbaycanlının 9-nun profilində Ukrayna milli bayrağıdır. Hətta şəxsiyyətinə böyük hörmət bəslədiyim, Avropada yaşayan bir azərbaycanlı jurnalist xanım, Ukrayna milli bayrağından özünə paltar tikdirib profilinə qoymuşdu. Mənim ona: "Sosial şəbəkələrdə bir ukraynalı tap ki, profilində Azərbaycan bayrağı yerləşdirib",- dedikdən sonra, tapa bilmədiyi üçün şəkli profilindən götürdü.

Hələ də Ukraynanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı böhtanların ardı-arası kəsilmək bilmir...

Yenə şukur, ukraynalıların Dimitri Qordon kimi obyektiv jurnalistlərinə rast gəlirik...

Lehistan-Polşa-Polska-Poland:

Təvazökarlıqdan uzaq olsa da, mənim bu ölkəyə xidmətlərim Polşa vətəndaşından az olmayıb. Beynəlxalq forumlarda "polyaklar qaraçıları diskriminasiya edir və onları Polşadan köçməyə məcbur edirlər" iftiralarlara qarşı Niderlanda və Belçikada Beynəlxalq forumlarda bütün bu yalanları öz vicdanım naminə ifşa eləmişəm. Polyakların nə qədər hümanis, qonaqpərvər olduqlarını bir vaxtlar orada yaşayan bir azərbaycanlı kimi qeyd etmişəm. Yabançı olduğum üçün çıxışım Polşanın real mənzərəsi kimi qəbul edilib, baxmayaraq ki, qaraçılar məni zalda yalan və cürbəcür bohtalarla ittiham edirdilər...

Mən hələ də polyakların tarixi yadaşlarına acıyıram... Onlar sankı unudublar ki, Qafqaza sürgün olunan polyak inqilabçıları əsasən Azərbaycanda və Gürcüstanda yaşamağı üstün tutardılar, Ermənistanı yox.

1772-1795-ci illərdə Polşa, Rusiya, Prusiya, Avstriya tərəfindən bölünəndə və bir dövlət kimi xəritədən silinəndə, Osman İmperatorluğu bunu qəbul etməmiş, Polşanın İstanbulda səfirliyi daima fəaliyyət göstərmişdi. Yəni mövcud olmayan bir dövlətin səfirliyi. Hərbi kadrları isə Polşa müstəqilliyini bərpa edənə kimi onlara maddi və mənəvi kömək edilmişdi.

Neçə gündür qonaq olduğum, vətənim qədər mənə əziz olan Polşanın tv-lərində və digər kütləvi informasiya vasitələrində Azərbaycan-Ermənistan munaqişəsi ilə bağlı, Qarabağda 30 ildən artıq cinayətkar terrorçularla bağlı xəbərlərdə mənim günahsız, təcavüzə məruz qalmış millətim suçlanır.

Bütün xəbərlərin sonunda xatırladırlar ki, azərbaycanlılar müsəlman, ermənilər isə məsihdilər... Sankı müsəlmansan, deməli haqsızsan...

Oturub uşaq kimi ağlamaqdan başqa əlimdən heç nə gəlmir...

Bəlkə, biz Slavyan xalqları ilə münasibətlərimizi korrektə edək...

Çox təssüflər olsun ki, Polşanın nə Qordonu, nə Şevçekosu, heç belə Aristovşiç kimi vicdanlı jurnalisti görünmür...

Sanki polyakların içində haqqı, ədaləti deyənlər yox olublar...

P.S. Əgər haqdan ədalətdən danışan bu dünya, 30 ildən artıq öz doğma yurdlarından köçə məcbur edilmiş bir milyondan çox insanların durumunu, erməni-rus birlikləri tərəfindən Xocalı, Cəmilli, Qaradağlı, Meşəli və digər şəhər və kəndlərdə qətlə yetirilmiş və fəryadı ərşə çıxan azərbaycanlıların səsini eşitmirlərsə, tüpürüm sizin Dünyanıza!!!

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

18:43