Ümidini Tanrıya bağlayan Analar...

Min bir əzab-əziyyətlə övlad böyüdən, bala həsrəti çəkən, ümidlərini yalnız Uca Tanrıya bağlayan zəhmətkeş Analar...

Bu isə həyatda mənə həm Ana, həm Ata olmuş rəhmətlik Anam Qüdrət Bəhrəm Qızıdır.

Çox böyük əziyyətlə tək başına 9 uşaq böyütdün Anam..

Uşaq deyəndə düz alınmır vallah...Çünki uşaqların yarısından çoxu uşaq deyil yırtıcıydılar... Zavallı Anam hamısıyla dil tapardı...

Hələ yaşım heç 10 deyildi... Ətəyindən yapışıb türmələr önündə bu zavallı qadının acı gözyaşlarına çox şahidlik etmişəm...

Bakının 6-ci koloniyasindan başlayan yolçuluğimuzdan sonra, gəmi ilə Türkmənistanın Krasnovodski şəhərinə üzərdik, 11-km deyilən qəsəbədəki türməyə baş çəkəndən sonra, hələ önümüzdə Daşkənd, Selinaqrad, Karaqada, Aksu, Irmintau və axirki yetişərdik bu gün də adı xəritədə olmayan və uran çıxarılan Qazaxıstanın qapalı şəhəri olan, ciddi rejimli Stepnaqorsk türməsinə...

Bu yollarda Ana-bala nə zülmlər çəkərdik onu yalnız Ulu Yaradan bilir... Heç kimə, hətta düşmənmə belə arzulamıram... Getsin o günlər birdə gəlməsin...

Bu yırtıcılarla bacara bilməyən zavallı Anam, bizləri Allaha tapşırıb dönə-dönə yalnız bu öyüd-nəsihəti verərdi:

Ana görəndə hörmət etdin ki, ananiz var, qız görəndə namusla yanaşın ki, bacınız var.

Bəlkə də həyatda biz qardaşlara hörmət gətirən elə bu nəsihətə əməl etməyimiz oldu...

... və bax beləcə 16 yaşından işləməyə başladım, hərçəndi oxumağıda unutmadım...

Hansı peşədən yapışmadım - dərzi, fotoqraf, zərgər, alverçi... Ancaq heç vaxt insafsız və vicdansız olmadim.

Bax beləcə min bir əziyyətlə istəyimə nail oldum və ailənin bütün maddi yükü mənim, mənəvi yükü isə Anamın çiyinlərinə düşərək çıxdıq bu böhrandan...

Fəxr edirəm ki, 50 yaşına kimi ömrü zülm və istirablar içində keçən Anamın son 33 il yaşamı mənalı xanım-xatın keçməsinə nail oldum.

Mən Anamı Xanım, həmçinin bütün nəsil-kök içində xeyriyyəçi bir Qadın etməyi bacardım..

Qardaşlar isə..

Hərçəndi qardaşlara nə qədər maddi və mənəvi kömək eləsəm də, onlar yaşca məndən böyük olduqları üçün bir təklifim və tövsiyyə onların yaninda keçmədi... Çox təssüflər olsun ki, onlar mənə yalnız maddiyyat mənbəyi kimi baxdılar..

Artiq deyəsən yaşları 70-i haqlayandan sonra həyatı anlamağa başlayıblar...

Anam isə məni həyata gətirdiyi eyni gündə 83 yaşında həyata gözlərini əbədi yummuşdur...

Min bir əzab-əziyyətlə övlad böyüdən, bala həsrəti çəkən, ümidlərini yalnız Uca Tanrıya bağlayan Analar!

Sizin hər bizrinizin əllərindən öpüb, qarşınızda diz çökərək baş əyirəm.

Sizin Elman Mustafazadə

Xudaferin.eu

15:21