Elman Mustafazadə: İqtidar – müxalifət ol, ancaq milli ruhsuz olma!!!

Dəyərli soydaşlarım!
Hamımız üçün müqəddəs olan Azərbaycan son aylarda bəlkə də ən ağır dönəmini yaşayır. Bunun əsas səbəbi isə dünyada baş verən iqtisadi və siyasi böhranların tüğyan etməsi olsa da, ölkəmizdə iqtisadi və sosial sahədə inkişaf yollarının təməl prinsiplərinin milli dövlət maraqlarına uyğun şəkildə qurulmaması ənənələrinin olmaması da az rol oynamır. Belə bir dönəmdə hər bir dövlət mümkün qədər ağıllı və tədbirli şəkildə gündəmdə olan problemlərin həllinə çalışır. Azərbaycan bir dövlət olaraq mümkün qədər böhranların aradan qaldırılması üçün gərəkən addımları atmalı və böhrandan cıxmaq üçün ölkənin bütün iqtisadçı mütəcxəssislərdən səmərəli şəkildə istifadə edilməlidir. Ancaq, bütün bunlarla yanaşı, daxili və xarici faktorlara əsaslanaraq, süni şəkildə xaosa sürüklənməyə məcbur edilən Azərbaycanın milli maraqlarını öz maraqları və iddialarına qurban verən, hətta hər şeydən üstün tutan güclərin qaranlıq məqsədlərə hesablanmış hədəflərinin qarşısı alınmalıdır. Çünki bizə qonşu olan bəzi ölkələr, vətənimizi xaosa sürükləyən, klerikal radikalizmi, siyasi qarşıdurmaları, iqtisadi sabotajları, sosial böhranları dərinləşdirməklə bulanıq suda balıq ovuna çıxanların məqsədi, Azərbaycanımızı Orta Şərqdəki duruma sürükləməkdir. Artıq onlar bu niyyətlərini heç gizlətmirlər də. Bunun hansı nəticələrə gətirib çıxaracağının fərqində deyillər və heç onların vecinə belə deyil.
“Qarabağ böhranı” kimi dəhşət saçan acıları axı bizlər bir millət olaraq ötən əsrin 90-cı illərində yaşamalı olmuşuq. 23 ildir Vətənimizin ərazi bütovlüyü üçün daxili və beynəlxalq birliyi səfərbər etməyə çalışırıq. Təbii olaraq bu prosesdə Vətənimizin ərazi bütövülüyü naminə hər bir vicdanli azərbaycanlı iqtidar – müxalifət fərqi qoymadan əlindən gələni etməyə çalışıb və çalışılır da. Uzun illərdir qürbətdə yaşayan bir soydas, vətəndaş, diaspor fəalı, cəmiyyət rəhbəri, nəhayət bir insan kimi, Azərbaycanın haqq səsini dunyaya çatdirmaq yolunda fəaliyyətlərdə olmuşam. Etdiklərim daha çox xalq diplomatiyasının prinsiplərinə söykənmişdir. Ancaq, bununla yanaşı, ölkəmizdə baş verən bir sıra qanunsuzluqlara, yerlibazlığa, başqa problemlərə görə biganə də qalmamışam və hər zaman istər məqalələrimlə, istərsə də cıxışlarımla və vətəndaş mövqeyimi bildirmişəm.
Vətən və Millət maraqları
Dəyərli soydaşlarım! Vətən və dövlət məsələsi gündəmə gəldiyində kimsənin nə iqtidar, nə də müxalifət olmasına ehtiyac qalmır. O yerdə ki, Vətən və Millət maraqları var, orada çiyin-çiyinə verib qardaş olmağı bacarmalıyıq. Bütün hallarda belə, adam öz millətini, milli maraqlarını özgələrinin ayağına verməməlidir. Adını müxalifət qoyub Avropada oturum almaq ücün, öz millətini, milli maraqlarını satan namerd soydaşlara, qürbətdə yaşadığım 25 ildə az rast gəlmədim. Bütün bu illər ərzində gördüklərimi qələmə alsam, inanın dəhşətə gələrsiniz….
Bilirəm ki, bu yazımdan sonra yenə mənə qarşı qərəzli olan insanlar müxtəlif adlarla öz çirkin böhtan qələmlərini işə salacaqlar. Olsun. Onları buraxaq olmayan vicdanlarına… Mənim bu yazımı yazmaqda heç bir şəxsi məqsədim yoxdur. Azərbaycanda yüksək vəzifə tutan nə bir doğmam, nə də maddi cəhətdən ehtiyacim yoxdur ki, kimdənsə nəsə umam. Azərbaycanda mənə əziz olan nə Qarabağım var, nə də valideyinlərim. Yalnız uzun illər üzünü görmədiyim, illərlə köksümdə gəzdirdiyim Azərbaycan var. Bu yazımı da Azərbaycan naminə qələmə almışam.
Dəyərli soydaşlarım! Son aylar Avropada UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əleyhinə imza kampaniyası aparılır. Bu aksiyanın təşkilatçılarının əsas məqsədi Azərbaycanın birinci xanımını bu mötəbər təşkilatdan uzaqlaşdırmağa nail olmaqdır. Çalışacam ki, bu barədə öz mövqeyimi bildirəm və güman edirəm bu yazımı səmimi qarşılayacaqsınız.
Dünyanın mədəni irsinin qorunmasının əsas mərkəzi olan YUNESCO-da ən yüksək səviyyədə fəaliyyət göstərən “Heydər Əliyev Fondu”nun rəhbəri Mehriban Əliyevaya qarşı aparılan kampaniya həqiqqətən dəhşət saçır. Axı Mehriban xanım 2005-ci ildən bu günə kimi Azərbaycanımızın dünyanın mədəniyyət mərkəzlərindən biri olması və bəşəriyyətin hər zaman bundan faydalanması doktrinasını tarixdə ilk dəfə irəli sürən və beləliklə də dövlətimizin və xalqımızın nüfuzunu yüksəldən möhtəşəm əməllərin sahibi kimi ad çıxarıb. Bütün bunları görməzlikdən gəlmək insanlıq naminə ən dəhşətli xəyanətlərdən biridir.
Onun rəhbərliyi altında YUNESCO səviyyəsində Qarabağ boyunca erməni işğalçıları tərəfindən bizim milli kimliyimizin, tarixi və mədəni irsimizin inkarı siyasətinin qarşısı alınmışdır. Məhz dünya miqyasında Mehriban xanımın təşəbbüsü ilə YUNESCO səviyyəsində ilk dəfə olaraq bu beynəlxalq təşkilat ermənilərin hədəflərinin qarşısını almışdır. İndi YUNESCO səviyyəsində bizim milli-mədəni irsimiz beynəlxalq birliyin nəzarətinə alınıb. Mehriban xanımın təşəbbüsü ilə YUNESCO səviyyəsində milli musiqimiz, muğamlarımız, aşıq sənətimiz, maddi-mədəni abidələrimiz, xalq eposlarımız, çalğı alətlərimiz dünyanın mədəni irsi kimi qəbul edilməkdədir. Onun “Heydər Əliyev Fondu”nun xətti ilə Əfqanıstan, Pakistan və digər ölkələrdə apardığı humanitar siyasət isə çox möhtəşəmdir. Hətta Avropanın bir çox tarixi-mədəni abidələrinin bərpası yönündə göstərdiyi diqqət Azərbaycanın bəşəri mənada nüfuzunun güclənməsi deməkdir. Bu yöndə atılan hər bir addım ölkəmizin daha geniş miqyasda tanınması, dəyərinin artması deməkdir. Ölkə daxilində uşaq evlərinin və internatların yaşadılması isə kimsəsiz körpələrə olan qayğının həm də sabahımıza olan insanlıq naminə humanizmin ali dəyəridir.
Bu gün Mehriban xanıma qarşı aparılan siyasi və ictimai kampaniyanın bir adı var: “Azərbaycanın adının möhtəşəmliyini heçə endirmək, Qarabağımızı və irsimizi, kimliyimizi, dəyərlərimizi tamamilə unutdurmaq”. YUNESCO-nun ətrafında süni şəkildə gündəmə gətirilən və Azərbaycanımızı beynəlxalq səviyyədə neytrallaşdırmaq hədəflərinin bir adı var: “Azərbaycanı 1990-cı illərin ilk çağında üz-üzə qaldığı böhranlara yönəltmək. Ölkəmizdə anarxiyanı dərinləşdirmək. Dövlətimizin bir daha ayağa qalxa bilməməsi üçün çaba göstərmək.” Mehriban Əliyevanın YUNESCO kimi mötəbər beynəlxalq təşkilatdan uzaqlaşdırmaq ideyasını ortaya atmağın mənası həm də Azərbaycanın nüfuzuna qarşı məqsədli şəkildə aparılan siyasətin tərkib hissəsidir. Qürbətdə yaşadığım illər boyu belə olayları çöx görmüşəm. Azərbaycanımıza atılan çamurları milli maraqlarımıza qarşı aparılan hədəflər kimi qiymətləndirmişəm. Axı bizlər hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, milli mənafe siyasətini ən üstün səviyyəyə qaldırmağı bacarmalıyıq, bütün hədəflərimiz bu yöndə olmalıdır.
Artiq 26 ildir Avropanın müxtəlif ölkələrində hər cür millət görmüşəm. Hər çeşiddə insanlarla üzləşmişəm. Ancaq, heç bir zaman öz millətinə və dövlətinə qarşı kinlə və küdurətlə bunca rəzalətlə yanaşan “adamlar”la rastlaşmışam. Bəli “adamlar”la… Sapı özümüzdən olan baltaların ermənipərəst çevrələrin Azərbaycana qarşı hər fürsətdə apardığı dərin siyasətin yanında olan bəzi soydaşlarımızı elə buna görə anlaya bilmirəm. Onu da qeyd edim ki, Qərbdə özlərinin komprador maraqları çevrəsində qurulan siyasi hədəflər, istənilən ölkəni “ləkələmək”, “böhtanlar” yağdırmaq, “suçlu” saymaq kimi texnologiyalar hər zaman olmuşdur. Bu gedişlərin arxasında duran səbəb isə beynəlxalq səviyyədə ləkələk düsturunu irəli sürməklə, həmin ölkəni öz inhisarına almaq, yeni sömürgə hədəflərini rəsmiləşdirməkdən ibarətdir.
Onu da bilmək lazımdır ki, Azərbaycana qarşı aparılan oyunların arxa baxçasında yer alan hədəflərdə sadəcə ermənilərin maraqları yer alır. Erməni lobbisi indiki durumda mümkün qədər gizli qalmaqla, başqalarının əli ilə, hətta beynəlxalq qurumların vasitəsilə özlərinin mənfur siyasətlərinə “hüquqi don” geyindirməyə çalışır. YUNESCO-nun mötəbər statusuna malik olan Mehriban Əliyevaya qarşı aparılan siyasət və ona atılan bohtanlarin mənası bundan ibarətdir. Azərbaycanda yaşayan hər bir vətəndaşa bunu isbat etmək üçün Avropaya gəlməsini və bütün bunları öz gözləri ilə görməsini tövsiyə edirəm.
26 il Avropada yaşayan, hər bir dövləti qarış-qarış tanıyan biri kimi bütün bunları yazmağı və sizlərə çatdırmağı özümə vətəndaş borcu hesab etdim. Bir azərbaycanlı kimi YUNESCO səviyyəsində öz maraqlarını rəsmiləşdirməyə çalışan güclərin hədəflərini izah etməyə çalışdım. Dar çərçivədə yer almış, öz maraqları üçün vətənini belə satmağa hazır olan bəzi soydaşlarımızın yalnış addımlardan çəkinməsi üçün bu yazını yazdım. Azərbaycanda və elə yaşadığım qürbətdə mənim hansısa maraqlarım yoxdur. Milli maraqlarımızı hər yerdə müdafiə etmək həyatımın və taleyimin mənasıdır.
Elman Mustafazadə,
"Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri,
Niderland Krallığı,

Həmçinin yayımlanmışdır: mirzexezer.com (2016)
11:17