Uzun illər Azərbaycanın edliyye nazirliyinde ve məhkəmə orqanlarında məsul vəzifələrdə işləmis Zeynəb Xanım Qurbanova dünən Bakıda 88 yaşında dünyasını dəyişmişdir.
Azərbaycan hüquqşünaslarının çoxlarının yaxından tanıdğı bu Xanım Əfəndi hər kəs tərəfindən sevilən bir məhkəmə işçisi idi. Bütün şüurlu həyatında məhkəmələrdə ədalətli addım atmaqla hamının sevimlisi idi.
Çünki, o qanunların dili ilə yanaşı, həm də humanist bir şəxsiyyət kimi davranardı. Zeynəb Xanımın şəxsiyyəti və dərin savadı, bir nece dilde temiz danismasi bu Tuflisli zadegan Xanimi haminin regbetine sebeb olmusdu. Vicdanli və ədalətli məhkəmə işçisi kimi çoxlarının yuxusunu qaçırardı. Onun hansı məhkəmədə iş görməsinin fərqi olmadan femidanın ədalətin ən yüksək zirvəsində olmasına çalışardı.
Bununla yanaşı, Zeynəb Xanım onun qəbuluna gələn və hüquqları pozulan minlərlə sadə insanların ümid işığı idi. Kimsədən bir quruş almadan ondan yardım istəyən hər kəsə gərəkən dəstəyi verərdi. Bəzən elə olurdu ki, öz cibindən imkansız insanlara da dəstək verərdi. Onlar utanmasınlar deyə: “Bu sənə maddi yardım deyil, sənədlərin hazırlanması üçün çəkdiyin əzab və əziyyətlərə görə xərclədiyin vəsaitə dəstəkdir” fikrini bildirərdi. Onun bu addımları bütün məhkəmə işçilərinin dərin təəccüblərinə səbəb olardı. Biz onu belə tanıyırdıq.
İndi Azərbaycan məhkəmələrində Zeynəb Xanım kimi sağlığında simvollaşan şəxsiyyətləri günün günorta çağında tapmaq əslində evrika sayıla bilər.
Öz övladlarından başqa onlarca insanlara təmənnasız təhsil almasında kömək edən, bir çoxunu ev-eşik sahibi edən, istedadli kimsəsizlərə arxa- dayaq olan Zeynəb Xanım, həmişə hər yerdə xüsusi hörmətə layiq bir şəxsiyyət kimi qarşılanardı.
Zeynəb Qurban mənə də həmişə doğma ANA qədər əziz olub. Dəfələrlə çətin anlarımda arxam olub. Hər yerdə həmişə deyərdi ki, Elman mənim böyük oğlumdur...
Uzun illərin ayrılığından sonra düz bir il bundan öncə nəvəsi Zeynəbin toyunda görüşdük və bilməzdim bu son görüsümüzdür...
Çox üzüldüm... Allah Sənə rəhmət eləsin əziz Zeynəb Xanım. Nur içində yat. Böyük INSAN. Ruhun önündə baş əyirəm.
Ruhun şad olsun Zeynəb Xanım

Dərin kədərlə Elman Mustafazadə
Xudaferin.eu
20:33