Bizim ömrümüzdə çaylar vardı. Sularında xəyallarımızı axıdardıq. Bizim ömrümüzdə dostlarımız vardı, birgə gələcəyin arzularını qurardıq. Bizim heç nəyimiz olmasa da, hər şeyimiz vardı. Hər şeyimizin və heç nəyimizin də yolu, elə bu arzulardan başlardı. Amma biriləri gəldi və nəyimiz vardısa talayıb apardılar…
Elman bəy! Bizim nəslin tarixini yaz desələr, sadəcə bu sözləri yazardım.
Elman Mustafazadə hələ Yuxarı Qarabağda gedən məhəlli savaşdan çoxları xəbərsiz olduğu günlərdə Hindarxlı gənclərindən ibarət bir dəstə yığıb Ağdərə rayonu Xatınbəyli kəndinə köməyə gəlmişdi. Günlər o günlər idi ki, bizə kömək etmək əvəzinə, Yuxarı Qarabağdan olduğumuzu bilən kimi adicə ov tüfəngi üçün patronu, barıt və qırmanı baha satmağa çalışırdılar. Elman bəy yaxşı bilir ki, elə o dövrdə də, sonra ordu yarananda da bizim Xatınbəyli kəndinə mənə görə patron vermirdilər. Çünki mən yanlış qərar verən və başları hərbdən çıxmayan təsadüfi «stroybatları» qəbul etmirdim və kəndə gəlişlərini qadağan eləmişdim. Rəsmi olaraq ordu adından Dadaş Rzayev isə düşmən helikopterini (rus helikopteri Xocalı qırğını törətmək üçün silah daşıyırdı-red.) icazəsiz vurduğuma görə bizə silah və patron vermirdi. Belə məqamlarda köməyə, məhz Elman Mustafazadə kimi dostlar yetirdilər…
Erməni kəndlərinə lojistik problem yaratmaq məqsədiylə partlayıcı almaq üçün (aminal-amonyak) yığdığımız pula hər dəfə az deyib bizə partlayıcı satmırdlar. Elman Mustafazadənin və Rüstəm bəy adlı fəalın (Allah rəhmət eləsin!) vasitəçiliyi ilə o partlayıcı bizə elə Hindarxından pulsuz verildi və Çıldranın körpüsünə qoyulan bu 70 kq partlayıcı qismən də olsa öz işini gördü. Amma çox səs-küylü bir partlayış olmuşdu, 1989-cu ildə. Sovet ordusunun Qarabağda tüğyan etdiyi günlərdə bizlər bu işləri görürdük. Partlayışın gurultusunu eşidənlər bu aktı öz adlarına çıxmaq istəsələr də E. Mustafazadənin dostu Rüstəm bəy onlara həqiqəti demişdi…
O günləri xatırlamaq və xatırlatmaq bir ömrün vərəqlənməsi üçün lazımdır. Mən şəxslər haqqında, yalnız iki halda yazıram. Ad günündə və bir də ölüm günündə. Bu iş mənim üçün dünyanın ən ağır işidir. Amma haqqında yazılmalı olanları yazmaq lazımdır. Qənimət insanlarımızın qədrini bilməliyik. Nə xoş ki, bu dəfə Elman bəyin 65 yaşı haqqında yazıram.
65 illik bir ömür günlüyünə imza atan Elman bəyin də Qarabağın müdafiəsində xidmətləri çox olub. Əldə silah keşik çəkməkdən, Xankəndi-Ağdərə yolunu kəsməkdən tutmuş informasiya savaşınadək bir yol keçib. Onun komandirlik etdiyi dəstədən 1 nəfər Milli Qəhrəman- Etibar İsmayılov, tanınmış komandirlər, şəhidlər və qazilər var. Mən də öz kəndimə tələbə dostlarımla, jurnalistika fakültəsinin 1026-cı qrupunun tələbələri ilə köməyə gəlmişdik. Bizim yollarımız bu cəbhədə kəsişmişdi. Çünki qeyrilərin başı «Armud ağacı» uğrunda mübarizəyə qarışmışdı. Bu barədə fikirlərimiz üst-üstə düşməsə də, mən o bölgə insanı kimi bəlanın haradan və necə gəldiyini daha yaxşı bildiyimi düşünürəm. Amma Vətənin müdafiəsində «bu Vətənin bir qarışına min can qurban olsun» fikrində eyni düşüncədə olduğumuzu da bilirəm. Təki müqəddəs Bayrağımız ucalıqlardan enməsin! Bu baxımdan yanaşdıqda Elman Mustafazadə bir dava adamıdır. Bir savaş ruhuna sahibdir…
…Kimi dindirsən savaşı pisləyər. Amma anamızın Anası Vətəni qorumağın tək yolu savaşdır. Ona görə də atalarımız, «and olsun silaha»- deyib. Vətənin dar günündə qaçıb daldalanan oğuldansa bir qara daş yaxşıdır. Mənim düşüncəmə görə vətəndaş ilk öncə savaşçı olmalıdır. Özünü, ailəsini, kəndini, elini və Vətənini qoruya bilməyənin olmasından olmaması daha yaxşıdır.
Böyük rus yazıçısı F. Dostoyevski 1876-cı ildə Rusiyanın “Qolos” qəzetinə verdiyi müsahibədə demişdi: «Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: İlkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedirlər. Bu, tamam başqa məsələdir.
Həyatda həmvətənlərini, Vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz. Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni, məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var…Əksinə, humanizm uzunmüddətli sülh zamanı məhvə sürüklənir, əvəzində utanmazlıq, biganəlik meydana gəlir. Uzunmüddətli sülh zamanı sosial üstünlük insanlığın ən pis, kobud tərəfinə keçir. Ən əsası isə var- dövlət və kapital tərəfə. Doğrudur, namus, insanpərvərlik, özünüqurbanvermə hələ ki, təqdir olunur, qiymətləndirilir, amma sülh nə qədər çox davam etsə, bütün bu gözəl, əxlaqi nəsnələr solur, quruyur, ölür, zənginlik isə hər şeyi zəbt edir. Axırda ancaq ikiüzlülük qalır. Uzunmüddətli sülh süstlük yaradır, fikirləri qarışdırır, hissləri kütləşdirir, pozğunluğa səbəb olur».
Müharibə təbliğatı kimi çıxmasın, amma savaşı pisləyənlər, səmimidirlərsə, niyə o zaman Zəfəri öyürlər? Elə hadisələrin ilk günündən deyirəm ki, xalqımız bəzi məsələlərdə heç zaman səmimi olmayıb. Elə bu gün də qazi və şəhidlərimizə münasibətdə də səmimi deyillər. Özümün şahidlik etdiyim yüzlərlə faktım var. Bizim xalq cüzi, lap elementar bir insan xətası üstündə bir əsil qəhrəmanın üstündən araşdırmadan xətt çəkər. Kimsə fərqinə varmadan, araşdırmadan bir qarışqanı filə çevirər. Beləcə təkcə qəhrəmanı deyil, millətin qəhrəmanlıq damarını da zəhərləyərlər. Çünki sayğıdəyər xalqımız gözündən çox, qulağına inanır. Bizi gözümüzlə deyil, həmişə qulağımızla aldadıblar. Elə Şeyx Nəsrullah kimi. Bunu düşmənlər də yaxşı bilirlər.
Elmi olaraq bunu araşdırdım və gözün ötürdüyü görüntü beyin tərəfindən səsin qəbul edilməsindən gec «emal» edilməsini gördüm. Məsələn, Massaçusets Texnologiya İnstitutunun nevroloqları beynin görüntünü emal edə bilməsi üçün minimum vaxt göstəricisinin 13 millisaniyə olduğunu təsdiqlədi. Bu müddəti əvvəllər təxminən 100 millisaniyə hesab edirdilər. Eşitmə orqanının isə periferik mexaniki və reseptor strukturlarında çevrilmiş səs dünyasının ən zəngin mənzərəsini yaradaraq beynin ən mürəkkəb mexanizmlərini hərəkətə gətirir, fəaliyyəti eşitmə «təsvirinin» qavrayış aktına çevrilməsi ilə başa çatır. Tədqiqatlar göstərir ki, bu prosesə millisaniyənin onda biri qədər zaman kifayət edir. Beyin öncə hecaları daha tez tanıyır və sadə akustik məlumatların işlənməsindən linqvistik məlumatlara keçid demək olar ki, dərhal baş verir. Beyin saniyədə üç söz danışan insanlarla ayaqlaşmalıdır, qulaq səsi qəbul etdikdən sonra isə bütöv nitqi, saniyənin onda birində digər səslərdən ayırır. Bu isə görmənin mənimsənilməsindən dəfələrlə tez başa gələn bir prosesdir.
Elman bəy, sən demə asana can atan və hətta asanı əldə etmək üçün rüşvət verən sevimli xalqımız burada da asan və tez olanı seçib. Bunu yazmaqda məqsədim, bəzən abrına, bəzən də öz qüruruna qısılıb səssizcə işini görən və kimsənin görmədiyi, o cümlədən də sizin kimi haqqı olan Azərbaycan insanına zamanında danışmadığına görə qiymət vermirik. Çünki xainlər, saxtakarlar, istedadsızlar və s. iş görmədən danışarlar, basıb bağlayarlar. Çünki bizi eşitməyə adət etdiriblər, görəninsə gözünü çıxarıblar və biz döyüşçülər bu sırada fərqlənmək üçün Sizi, mənim təqdimatımla, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarıyla təsis etdiyi «Milli Ordu-100» Xatirə medalıyla təltif etmək qərarı verdik.
«Avropada «Azərbaycanın Dostları» Cəmiyyətinin sədri, «Xudaferin. Eu» saytının baş redaktoru, bir vaxtlar Qarabağ kəndlərinin müdafiəsinə yollanmış könüllü dəstənin komandiri olmuş Elman Mustafazadə 44 günlük Vətən müharibəsi günlərində verdiyi maddi və informasiya dəstəyinə görə və 65 yaşı ilə bağlı təltif olunur.
Bir istisna da deyim ki, bu Xatirə medalını əsil döyüşçülərin 87 minlik birliyi təsis edib və Siz bu medalı əsil döyüşçülərdən alırsınız. Bu fərqi kolluqda gizlənib bu gün «qəhraman» olanlar, fərarilər anlamazlar. Təbrik edirik!»
Adını unutduğum şairin şeirdə dediyi sözlərə uyğun bir şəkildə sənə ad günü təbriki yazdım. Harada yanlışım varsa, bağışla. Böyük bir səhrada qum dənəsi olmaq və ya okeanda su damlası olmaq çətin bir şeydir. Amma sayı 8 milyarda tamamlanan insanlar arasında 65 il Elman Mustafazadə olmaq da çətin məsələdir. Ad gününü təbrik edirəm.
Mənim yaxından və uzaqdan tanıdığım Elman Mustafazadə də ömrünün 65 ilini «zər tutan fələklərlə», nərdi sevməsə də, «nərd» oynamağa məcbur olub:
Ürəyimi girov qoydum sevgiyə,
Üzü dönük mələklərlə oynadım.
Mən nərdimi göz görəti zər tutan,
İki üzlü fələklərlə oynadım.
İllərcə qürbətin dolanbaclarında dolaşan Elman bəy, artıq qürbətdə deyil, qürbət onun qəlbinə hopub. Qürbət bəzən ürəkləri, bəzən gözləri və bəzən də dilləri üşüdər. Ürək ağlayar, göz yaşa dönər, dil isə səssizləşər. Amma unutma ki, qürbət, həm də səni anlayan insanların olmadığı yerə deyərlər. Biz çoxumuz da bir növ qürbətdəyik…
Yol azanda heç olmadı bələdim,
Öz canımı, öz qanıma bələdim
Adamların nəyi varsa ələdim,
Xəlbirlərlə, ələklərlə oynadım.
Elman bəy, insan ömrü yaddaş informasiyalarından ibarətdir. Hər kəsin bu dünya evində öz yaddaşına yazdığı kiçik bir hekayəsi var. Ən yaşlı adamın bu hekayəsi olsa, olsa bir neçə saniyəlikdi. Bu ömürdə yadında qalan və ilk an xatırlayacağın o xatirə də sənin hekayəndir. Markes diktatorun edama aparılarkən xatırladığı anı qələmə alıb: Qarlı bir havada atası onun əlindən tutub qarın üstüylə aparırmış. Qoy dostlar, elə bu gün hər kəs öz hekayəsini xatırlasın. Sonra da səninlə yaddaşında ilişib qalan bir anı xatırlasınlar. Elə sən də xatırla…
Bəd əsəndə arzularım tərəfə,
Ulaşmadım gözlədiyim hədəfə,
Düzdə qaldım, düz olmaqdan hər dəfə,
Hiylələrlə, kələklərlə oynadım.
Elman bəy! Alın yazısı qismətdir, sirri bilinməz. Dərdli insan cəsur olar, asanlıqla yenilməz. Məqsəd doğru və aydındırsa, fikirlər üst-üstə düşərsə, uzaqlıq və ya yaxınlıq fərq etməz! Kimsə bu dünyaya boşuna gəlməyib. Hər kəsin öz missiyası və bir dayanacağı var. Yəqin ki, sizlərin duracağınızı Avropaya salan var. Olduğunuz yerdə dağ olun, möhkəm və mətin olun! Qalanı təfərrüat, boş ver getsin!
Bağladılar gözlərimi pınar tək,
Bilmədilər qiymətimi dinar tək,
Yol üstündə bir qocaman çinar tək,
Yağışlarla, küləklərlə oynadım.
Yumruqla gəldiyimiz bu dünyada, ha çarpışıb vuruşsaq da, sonda əlimizi açıq yola salarlar, Elman bəy. Getdiyimiz yolu isə beşikdən məzaracan ölçərlər. 100 il də, 1 il də eyni yola kifayət edər. Amma qalıcı əməllər var. Vətən üçün yanan, qovrulan ürəklər var. Millət naminə, Bayraq naminə, Torpaq naminə əyilən başlar var. O başların yürüdüyü sevdalar var. Vallahi var. Bu məmləkət bu başların sayəsində ayaqdadır. Bu millət bu başların sayəsində var olma mücadiləsi verməkdədir. Bu başlar bir olsa, «yürü desə, dağlar yürür, dur dəsə, dağlar durar!» Bunları damarında xas ərlərin, xas bəyərin, Türk alpərənlərinin qanını daşıyanlar yaxşı bilərlər. Yeriniz məlum, canınız sağ olsun! Təbriklər…
Ürək qoydum, ürəyimin gücünə,
Yaraların özü nədi, öcü nə?
Yetişmədim durnaların köçünə,
Qopub düşən lələklərlə oynadım…
Təbriklərə qoşularaq öz təbriklərimi bir adını unutduğum şairin şeirini ərməğan etməklə çatdırmağa çalışdım. Çünki təbrik üçün elə bir şeyim olmadığını gördüm və Türkiyəli şair Fikrət Tuncərin uzun illər özümdə saxladığım, hətta müharibədə belə cibimdə gəzdirdiyim bir şeirinə yazdığı ön sözü xatırladım: «Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Savaş hamısını aldı məndən»…
TƏBRİK: ELMAN MUSTAFAZADƏ — 65

99 yaşa, 100 bu zamanda ağ olar!
Xaqani Ədəboğlu
Xudaferin.eu
19:46