Ənvər Börüsoy nümunəsi...

Ənvər, sən çəkildin bir kənara ki, olub keçənləri, çəkdiyin əməyin, zəhmətin qədir qiymətin bilmək üçün... Ya bəlkə sənə dost deyənlərin səmimiyyətin yoxlamaq üçün getdin...

Yox dostum bura Azərbaycandır... Burada səmimiyyət getdikcə yox olmaqdadır... Burada hər şey alınır satılır, ancaq tam Insanlıq ölməyib hələ...

Bəlkə hardasan sənin kimi 3 dəfə təklif olunan evini qaçqına güzəştə gedib, özü kirayələrdə yaşayanlar var... Bəlkə də bütün şuurlu ömrünü sənin kimi heç nə ummadan millətinə həsr edənlər var... Bilmirəm...

Hər halda sən bir örnək və ibrət dərsi verib uzaqlaşdın bu soyuq qiş günündə biz soyuq və qədirbilməz İnsanlardan...

P. S. Sənin həyatda nə ana ata, bacı qardasın da yoxdu sene ağlaya... Uşaq evi, Internat, ressamlıq məktəbi, Institut və qaynar həyat, millətinə vətəninə təmənnasız xidmət və son...

Məzarın üstündə ağlayan anan bacın olmadı, ancaq zaman gələcək sənə bütün Türk Dünyası ağlayacaq...

Hələlik rahat və qayğısız ruhun şad olsun...

Elman Mustafazadə

Xudaferin.eu

15:23