"Dünyada məğlubedilməz şanlı Türk əsgəri, sənin müqəddəs ruhun önündə baş əymək mənə bir Azərbaycan oğlu kimi şərəfdir!"
Bu sözləri 1984-cü ildə Bolqarıstanın Şipka şəhərində muzeyin xatirə dəftərinə yazanda, bilməzdim başım bəlaya girəcək...
Az sonra...
Avqust 1981-ci il... Roma şəhərində Türkiyə Cümhuriyyəti tərəfindən terrorist kimi beynəlxalq axtarışa verilən Mehmet Ali Ağca, Müqəddəs Piotr meydaninda II Papa Jan Pavel'ə sui qəsd edir. Açılan bir neçə atəşdən Roma Papasi ağır yaralanır, Ağca isə həps edilir.
Bəs Ksroatolik dünyasının Papasına bu sui-qəsdin ssenarisi harda yazmışdı?...
Ali Ağcanın istintaqa verdiyi ifadəyə görə, 1982-ci ilin noyabr ayında, Bolgarstanın aviya şirkətinin Roma nümayəndəsi Sergey Antonov həps edilir.
Antonovun verdiyi ifadələrdən isə məlum olur ki, həmin dönəmdə SSRI-nın Bolqarıstanda səfiri sifətində çalışan, Sovet KGB generalı, Azərbaycan SSR-nin Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vitalik Krasilnikov'un rəhbərlik etdiyi "uğursuz" əməliyyatdır...
Getdikcə skandala çevrilən bu cinayət, SSRİ-ni və Bolqarıstanı beynəlxalq ailəmdə terrorçu dövlət kimi tanıtmaqda idi...
Diplomatik arenada SSRI-i və Bolqarıstan çox çalışırdılar ki, Türkiyəni terrorçu dövlət kimi tanısınlar və özləri isə sudan duru çıxsınlar. Lakin bütün bu oyunlar fiaskoya uğrayır, Bolqarstanda və Sovetlər İttifaqı terrorçu dövlət kimi tanınmağa başlayır...
Bundan sonra 1982-ci ilin əvvəllərindən başlayaraq Bolqarıstanda milli azlıqda olan türklərə və müsəlman roman qaracilarına qarşı amansız repressiyalara start verilir. Əvvəlcə ad və soyadlar məcbur dəyişdirilir, milli adət və mərasimlər qadağan edilir, hətta uşaqlara sünnət etmək belə qadağan edilir. Bu qadağalara əməl etməyənlər isə dərhal həps edilib uzunmüddətli türmələrə göndərilir...
Bütün beynəlxalq təşkilatların etirazlarına məhəl qoymayan Bolqarıstan, türkləri və roman qaraçıları şəhərlərdən ucqar kəndlərə kütləvi sürgün etməyə başlayırlar...
Bütün bu cinayətlərdən Sovet vətəndaşları xəbərsizdir, beyinlərimizi isə "xalqların qardaşlığı" təbliğatı ilə doldumaqda davam edən SSRİ-i, bizlərə Bolqarıstan həqiqətlərinin gizlətməkdədir...
Belə bir ağır dönəmdə, yani 1984-cü ilin avqust ayında, Azərbaycan nümayəndə heyyətinin tərkibində turist sifətində Bolgaristandayam və türklərə qarşı repressiyaları gözlərimlə görüb dəhşətə gələcəm...
Nümayəndə heyətimizə Azərbaycan SSR Plan Komitəsinin sədr müavini, əslən Naxçıvandan olan Feyzulla Fərəcov rəhbərlik edir. Bu Fərəcov ki, həyatda ilk dəfə rast gəldiyim, sözün həqiqi mənasında milli şüurdan uzaq, mankurtlaşmış sovet düşüncəli insan, türklərə patoloji nifrəti olan ilk azərbaycanlı idi...
Birinci Dünya müharibəsi dönəmində Şipka deyilən bir dağ kəndində türk esgerlerini mühasirəyə salıb öldürüldüyü yerdə bolqarlar qələbə muzeyi yaratmışdılar. Bizim heyyət həmin muzeyə baş çəkməlidir. Feyzulla Fərəcov bütün nümayəndə heyətini həmin muzeyə səyahət etməyə məcbur edir, eləcə də bolgar əsgərlərinin qəbirlərin gül-çiçək qoymağı bizdən təkidlə tələb edirdi... Getməyənləri isə hədələyir, KQB-yə yumuşaq işarə edirdi...
Getdim və bütün nümayəndə həyətimizin gözləri önündə xatirə dəftərinə bunları yazdım:

Görünür muzeydə türkcə bilən olduğundan bu söz böyük skandala səbəb oldu, Feyzulla müəllim isə özündən çıxdı. Axsam yeməyində isə mənə qarşı sankı od püskürür...
Əksəriyyəti hüquq mühafizə orqanlarının mesullarindan ibarət olan qrupumuzda, o zamanlar Bakı şəhər Nəsimi Rayon xalq məhkəməsinin sədri Zeynəb Qurbanova da vardı. Qısa bir zamanda aramızda ana-bala münasibəti yaranıb və Zeynəb xanım arada qiymətli qaş-daş etibar edir mənə, məndə sakitcə pula çevirib gətirirəm. Qrupumuzun digər üzvlərində mənə hörmətlə yanaşırlar. Feyzulla Feyzulla Ferecova qarsi tapanca kimi acildi:
"Nə istəyirsən uşaqdan? Nə vermisən ala bilmirsən? Niyə bizə yediyimizi haram eləmisən? Get əlindən nə gəlir ele!"
Bəli, daş qayaya rast gəlmişdi....
25 yaşlı arxasız dəliqanlı bir gəncə, qeyrətli Azerbaycan Qadını arxa durmuşdu...
Ardi isə gələcək kitabımda oxuyacaqsınız...
P.S.
Bu günə kimi Zeynəb Qurbanova ilə Ana Oğul münasibətimiz var. Ulu Tanrım Azərbaycanın mərdanə Analarını qorusun!
PS
1-ci şəkil 1984. Sofiyada türk məscidinin önündə...
2-ci şəkil 1996 Lehistan. Bax buda bu günə kimi Ana qədər sevdiyim Zeynəb Qurbanovadır. Polşada göl kənarında ailəlikcə dincəlirik...
Türk olmaq şərəf olduğu qədər bəllidir...

Elman Mustafazadə
2019-cu il, Amsterdam
Xudaferin.eu
10:10