Yazıq Vətən...

Öncə Ramazan Bayramı münasibətilə bütün inanclı insanları ürəkdən təbrik edirəm.

Məhəbbət və sevinc dolsun könüllərinizə. Bütün xəyallarınız, arzularınız gerçək olsun, dualarınız qəbul olsun bu bayram günündə...
Ramazan Bayramınız mübarək olsun!

Bir neçə gün öncə şəhidlərimizin qanı qurumamış, müsəlmanların müqəddəs orucluq günündə Şuşada araqdan vurub "çal çatlasın vur partlasın" ziyarəti keçirən "diaspor öndərlər" nin "razborkasına" Qurban Olduğum özü baxıb fitva versin inşallah...

Keçək əsas məsələyə...

Əziz yurddaşlarım bizdə Azərbaycanımızın isğaldan azad olan torpağların, xüsusən ermənilərin cəhənnəmə döndərdikləri cənnət Qarabağı həqiqi cənnətə çevirə bilərik...

Ancaq biz Qarabağı fuad muradovlarla, xiyarovlarla, kələmbəyovlarla cənnətə çevirə bilmərik, esla!..

Bunun üçün vətəni bölgələrə bölməyən, şimal cənub fərqi qoymayan, sözdə yox əməldə vətənə xidmət edən vicdanlı kadrlara böyük ehtiyacımız var. Biz isə vətənimizi elə gədələrə etibar edirik ki, onlar isə bu yurdu küçə fahişəsinə döndərirlər...

Dünya gör-götür dünyasıdır deyiblər əziz yurddaşlarım! Əgər biz də millətə və vətənə xidmət etmək istəsək, öyrənməli ölkələr və millətlər çoxdur...

Ele götürək Niderlandı...

Bura belə bir ölkədi ki, burada hər şey öyrənə bilərsən. İstəsən burada nəşəxorluq, ibnəlik, fahişəlikdə oyrənə bilərsən, heç bir qadağa yoxdur. Əgər səndə bir balaca insanlıq hissi varsa, Hollandiyadan vətəninə, millətinə, insanlığa xidməti, yüksək mədəniyyəti, namusu və tərbiyəni də öyrənə bilərsən, baxır könül istəyinə...

Belə deyim var.Deyirlər bütün dünyanı Tanrı yaradıb, Hollandiyanı isə hollandlar...

Əslində Hollandlar öz millətləri üçün dini kitablarda deyilən cənnəti ölkələrində real olaraq yaradıblar...

Şimal dənizində böyük sərmayə hesabına daş, beton və torpağ tökməklə hər il 20 hektar ölkələrinin ərazilərini genişləndirməklə möcüzələr yaradırlar...

Hər bir Holland məmuru xalqına və ölkəsinə xidmət etməkdən zövq alar. Vətəndaşları üçün hər şey, təhsil, səhiyyə, işsizlik pulu, qocalar evi və s. pulsuzdur...

Ölkədə bir nəfər olsun evsiz yoxdur. Ölkənin 80 faizi sosial evlərdə, yalniz 20 faiz şəxsi evlərə sahibdirlər. Əslində Hollandları şəxsi evlər maraqlandırmır, çünki,şəxsi evə bütün xidmət pulludur.

Heç vaxt bir hollanddan esitməzsiniz ki, desin ya mahnı oxusun ki: "Anam sənə qurban ay Hollandiya..." Ancaq, əməldə.Hollandlar ata analarını belə Hollandiyaya qurban verməyə hazırdılar.

Hollandlar sözdə deyil əməldə vətənpərvərdilər. Heç vaxt onların dilindən millət və vətənlə bağlı ifrat sevgi əks etdirən kommunist, faşist şüarlar eşitməzsiniz.

Bəs biz nə edirik?...

Vəzifəyə millətimizi çalıb çapmaq, vətəndaşı yüz cür fırıldağla soymaq üçün gəlirik... Danışanda isə pafosla Babəkdən, Koroğludan, Nigardan, Həcərdən danışarıq... Millətpərəslikdən, vətənpərvərlik dəm vurmağı sevərik... Ancaq girəvə düşən kimi öz millətinə əzab verməkdən zövq alarıq...

Azərbaycan hakimiyyəti diaspor fəalına 50/50 hesabı ilə pul verir ki, Azərbaycanın mədəniyyətini, tarixini təbliğ eləyəsən, biz isə həmin pula özünüzü kosmetik əməliyyat etdirir, fiquramızı səhmana salırıq, Türkiyədə dairə alırıq, hotellər inşa edirik...

Biz vətəni özümüzə ana-ata deyil, fahişə bilirik və kef çəkib haqqını belə vermədiyimiz fahişə...

Döndərmişik Azərbaycanı lap rus qızlarına... Görən kimi yalandan "ya tebya lyublyu" deyərik, ancaq başına yüz cür oyun açıb, qucağına da bir uşaq verib atıb gedərik... Elə Azərbaycan kimi...

Bizdə ana, ata, Vətən və millət sevgisi yalnız dildədir.. Dostluq, sədaqət və vəfa da dildə olub... Son vaxtlar elə eşqi məhəbbətdə...

Yazıq Vətən...

Elman Mustafazade

Xudaferin.eu

12:08