(Ramiz Rövşənin ad gününə qürbət ellərdən dost sözü)
Vətəndən kənarda vətənsiz yaşayan insanların hər zaman ruhunu oxşayan, duyğularına məlhəm olan, ruhuna söz qədər güc, təpər verən anlar olur. Bax o zaman adicə bir şeirin hansı mənada olmasına baxmayaraq, bizlərə o misralar sanki anamız və vətənimiz qədər layla çalır. Bu mənada Ramiz Rövşən hər anımızda şeirləri ilə dadımıza çatan nadir şairlərimizdən biridir. Uzun illər Polşa, Almaniya və Hollandiyada yaşadım. Buralar ilin bütün fəsillərində çiskinli və yağmurlu olur. Təbiətin və insanlığın ruhunu bəzən buralarda anlatmaq və duymaq çox çətin olur. Ramiz Rövşən sadəcə Azərbaycan oxucusu üçün deyil, bəşəriyyət üçün yazmağı bacaran dünya şairidir.
Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.
Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.
Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.
Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.
Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək…
Ramiz Bəyin bütün şeirlərinin ruhu beləcə hamı üçün anlamlı fəlsəfə deməkdir. Şair elə bil ki, şeiri fəlsəfəyə çevirir. Şairin misralarındakı “ölüm” əslində həyata inamı daha da artırmaq və duyğularının ruhunu, ruhunun duyğularını misralara çevirməyi bacarmağı təlqin edir. Nədən və necə yazmaq Ramiz Bəy üçün həyatın və şeirin mənası qədər poetik anlamla bütünləşmək deməkdir.
Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.
Ramiz Bəyin şeirlərini bəzən möhtəşəm tablolara bənzədirəm. İtaliya, Avstriya, Fransa, Almaniya və Hollandiyanın bir çox məhşur muzeylərində olmuşam. Dünyanın ən ünlü rəssamlarının əsərlərini saatlarca seyr edərək, rənglərin dili ilə ifadə olunan möhtəşəmliyin sirrini, onun poetik anlamlarını duymağa çalışmışam. Onu da etiraf edim ki, Ramiz Bəyin poetik duyğuları qədər o tablolarda doğmalıq görmədim. Ramiz Bəy fikrimizcə sözün və poetik duyğuların ən möhtəşəm tablosunu yaradan ən böyük sənətkarımızdır.
Çox təəssüflər olsun ki, Ramiz Rövşənin yaradıcılığı ilə bağlı yazdığım məqaləni onun ad gününə çatdıra bilmədim. Çünki, işlərimlə bağlı daim yollardayam. Ancaq vaxt tapıb fikir və düşüncələrimi tamamlamağa çalışdım…
Ramiz Rövşənlə ünsiyyətdə olmağın özü bir səadətdir. Onunla görüşəndə, sadəcə səssiz-səmirsiz onu dinləyirdim. Onun təkcə dodaqları danışmır, sanki gözləri, qaşları, saçları belə, onunla birlikdə adamla söhbət edirlər. Ramiz Rövşən elə bir istedad sahibi, elə bir şəxsiyyətdir ki, onu sevməmək mümkün deyil…
Uzun illərdir qürbət ellərdə yaşasam da, məclislərdə hər zaman dostlarımın xahişi ilə, onun şeirlərini oxumağı çox sevirəm. Ramiz Bəy özü də məndən şeir söyləməyimi istəyəndə, elə onun öz şeirlərini oxumuşam. Hətta, bir dəfə onunla telefonla danışanda belə, öz şeirlərini əzbərdən söyləmişəm. Çünki Ramiz Rövşən poeziyası mənimlə birlikdə düz 25 ildir qurbət həyatı yaşayır. Əlbətdə ömür əbədi deyil, əbədi olan Ramiz Rövşən poeziyasıdır.
Bakıda olduğum zaman, Ramiz Rövşənin kitablarını qürbətdəki dostlara hədiyyə kimi aparmaq istəmişəm. Anca, əsərlərini çox çətinliklə əldə edə bilmişəm. Bunu qətiyyətlə qeyd edə bilərəm ki, qürbətdə yaşayan soydaşlarımızın arasında kimin intellektual səviyyəsi varsa, onun evində Ramiz Rövşənin şeir kitabları da yer alıb. Sanki, o kitablar Ramiz Rövşənlə birlikdə həmin ailənin bir üzvünə çevrilib. Bir şair, fikir və düşüncə adamı üçün fikrimizcə bundan böyük sevinc ola bilməz. Ramiz Bəyin şeirlərinin poetik anlamları elə bir üslubda yazılıb ki, onu ən adi insanlar oxuyanda belə dərk edir. Bunun dəfələrlə canlı şahidi də olmuşam.
Polşada bir dəfə bazarda dünyadan heç bir xəbəri olmayan, sadəcə ailəsinə qürbətdən pul yollamağı özünə şərəf bilən bir soydaşımıza qarlı-çovğunlu bir gündə Ramiz Bəyin şeirlərini oxutdum. Adi bir kənd uşağı olan o oğlan sonradan hər dəfə görüşdüyümdə Ramiz Bəyin şeirlərini mənə əzbərdən deməyə başladı. Bunun səbəbini soruşadan isə, sanki məni ildırım vurdu: “O şair mənim və kəndimizin duyğularını, heç bir zaman sözlə ifadə edə bilməyəcəyim ruhumuzu yazıb. Qürbətdə olsam belə, məni tərk etməyən içimi yazıb”.
Bax Ramiz Rövşən belə bir şairdir, filosofdur, fikir və düşüncə sahibidir. Nə qədər ki, insanlıq var, ədəbiyyat və poeziya var,
Ramiz Rövşən poeziyası da yaşayacaq.
Elman Mustafazadə
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri
Qürbətçilərin ən çox sevdiyi şair

mirzexezer.com
16:02