Bir gözəlin nağılı...

Onunla beş il bir institutda oxumuşuq.

Tələbəlik illərim gözəl və yaddaqalan xatirələrlə doludur...  Ən başlıcası isə mənim yüksək mədəniyyətli, kübar, savadlı  müəllimlərimlə yanaşı,  qrupumuzda və patokumuzda yüksək tərbiyyə görmüş istedadlı, zövqlə geyinən yaraşıqlı qızlarımız da çox idi...
O qızların hamısına dost və qardaş olmuşam.

Bəlkə də hansınınsa ürəyində nəsə olub, bilmirəm... Heç vaxt hiss etməmişdim... Ancaq mən bütün tələbə yoldaşım olmuş qızlarımızın hamısına qardaş olmağı bacarmışam. 

Nailəni, Almazı, Gülnarəni, Rənanı, Elmiranı, Vüsalı, Laləni, Nazanı, Sonanı, Svetanı, Leylanı (kimlərinsə adını unutdumsa üzür dilərəm) və digər qızlarımızı həmişə böyük hörmət və məhəbbətlə xatırlayıram...

Bunlardan biri də nazlı-duzlu gözəl, lakin ciddi xarakterəli Liliana Seyidovovaydı... 

Liliana II Dünya Müharibəsinin qəhrəmanı, məşhur partizan Mixaylonun (Mehdi Hüseynzadə) silahdaşı Visilinin (palkovnik Mirdamət Seyidov) qızı idi. 

Atası DIN-də yüksək vəzifədə işləsə də, Liliana heç vaxt özünü bir kimsədən yuxarı tutmazdı, özünü heç kimdən ayırmazdı. 

Sadəcə olduqca prinsipial, ciddi xarakterli Liliana, həddindən artıq istedadlı və çalışqan qız idi.  Məhz onun bu çalışqanlığının nəticəsi olaraq, incəsənət institutunu bitirəndən sonra konservatoriyada Litfiyar Imanovun sinfində ikinci ali təhsil aldı. 

Liliana rusdilli olsa da həmişə özünü azərbaycanlı sayardı, baxmayaraq ki, anasıda rus idi. 

Liliana ilə yaxın dosluq edərdik. Onunla mübahisələr etdiyim günlər də az olmayib...Dil məsələsində onu bəzən dalayardım, tez-tez  küsüb barışardıq.. Məndən küsən kimi isə ən "sevimli" sözü bu olardı: "tı nacionalist"... 

Hərçəndi o özüdə bilirdi ki, mən həmişə bütün millətlərə hörmət və məhəbbətlə yanaşmışam. Görünür elə buna görə də mənimlə çox küsülü qalmazdı...

Uzun İllər sonra Liliananı Almaniyada tapdım...

Liliana Seyid-Boussonville ad və soy adı ilə Almaniyada opera soprano müğənnisi olmaqla bərabər, Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edir.

Fransız əsilli alman iş adamı olan həyat yoldaşı, səmimi insan və həmişə Azərbaycanın təəssübünü çəkən Albert Boussonville ilə dostluğumuzdan çox məmnunam.

Səmimi deyim ki, Albert bizim burada psevdopatrot "diaspor fəallarımızın" yüzünə deyən oğlandı...
 

Liliana Seyid-Boussonvilleni isə almanlar və fransizlar dinləməkdən zövq alırlar... 

Çox təssüflər olsun ki, bu dəyərli, qürurlu, Azərbaycan üçün hər şeyə hazır olan Liliana Albert cütlüyünü, bu günə dək diaspor komitəsini heç bir tədbirinə dəvət etməyib. Halbuki bu ailə haqda 5-6 il öncə diaspor Komitəsinə bildirsəm də, menim dostlarım olduqları üçün "arzuolunmazlar" siyahısındadırlar...

Çox təssüflər olsun ki, hələdə əsil vətənə xidmət edən dəyərli soydaşlarımızla əməkdaşlıq etməyə qabiliyyetimiz çatmır...

Liliana, canım mənim, sən elə təkbaşına Azərbaycanı təmsil elə. Əsil vətənsevərlərin nadir hallarda təmsil olduğu, mədəniyyətsiz və səviyyəsiz, döşü medalı diaspor şoumenlərinin meydan suldiğı bir iyrənc toplum içində olmaqdansa, təkbaşına fəaliyyət daha yaxşıdır...

Sənin qürbətdə yaratdığın dünya daha faydalıdır.. Kiçikdir, fəqət gözəldi, kübardı, yüksək mədəniyyətlidir, lakın şərəfli Azerbaycan  dunyasidir...

Nə yaxşı ki varsan, Liliana Seyid-Boussonville. 

Öpürəm əlini. Həmişə sənə sadiq dost
Elman Mustafazadə
 
P.S. Bu şəkli tələbə vaxtı gecə institutun eyvanında çəkmişəm. Deyilənə görə o illərdə istedadlı fotoqraf olmuşam...)))))

https://youtu.be/pKFgeRLIlQs

Xudaferin.eu

 

 

 

 

12:13