Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda və Pakistanda fövqəladə və səlahiyyətli səfiri Əbdürrəhman Xəlil oğlu Vəzirov Moskvada 92 yaşında vəfat etmişdi.
Əslən Şuşalı olan Əbdürrəhman Vəzirov, Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır.
Anası isə Füzuli rayonunun (keçmiş Qarabulaq) KP birinci katibinin bacısı idi. Anası tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub, Çar Rusiyası İrandan köçürülən ermənilər həmin kəndə məskunlaşmasına şərait yaradandan bir müddət sonra, ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün, Vəzirovun ana babası Qarabulaqda məskunlaşmalı olmuşdu.
Əbdürrəhman Vəzirov 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirmiş, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir.
Əbdürrəhman Vəzirov bölgəcilikdən, tayfaciliqdan, rüşvətxorluqdan uzaq sadə, səmimi bir demokrat rəhbər kimi həmişə xatırlanacaq...
O SADƏLİYİN VƏ SƏMİMİLİYIN RƏMZİ İDİ...

Allah rəhmət eləsin.
Elman Mustafazadə
Xudaferin.eu
21:15