SOY ADLAR...

İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi...

30 ildir müstəqil dövlət olsaq da, hələ də “ov”, “yev ” soyad sonluqlarından yaxa qurtara bilməmisik.

Bəlkə soydaşlarımızın milliləsmənin də Tacikstan variantından istifadə edək? Necə ki, Tacikstanın prezidenti İmaməli Rəhmanov soyadındakı ağasının qul kimi daşıdığı "ov" - dan imtina etməklə, bütün Tacik xalqi quldarliq damğasından xilas oldular...

Hər bir millətin öz nəfəsi var. Onun mədəni dəyərləri çərçivəsində milli bütünlük sistemi bu faktorla bütünləşir. Zamanla bu yüksək dəyərləri bir araya gətirdikdə milli kompleks deyilən anlayış da hər birimizin həyat normasına çevrilir. Azərbaycanda və yurd dışında vahid milli sistemimiz üçün bütün bunlar çox vacibdir. Belə olduğu təqdirdə dövlətləşmə və millətləşmə prosesləri də çox asanlıqla öz həllini tapır.

Bizdə əslində soyadların milliləşdirilməsində nasılığa yol verildi. Halbuki "lar", "lər" sonluqlu soyadlar qəbul etməklə qədim ənənəmizi bərpa etmis olardıq...

Ali Baş Komandan və cənab prezident soyadının sonluğunu dəyişməklə bizi "ov", "yev" işğalından xilas etmiş olardi. İnanın bu məsələ Qarabağın xilasi qədər əhəmiyyətlidir.

Almaniyada "ov", yev" sonluğu çox asan xilas olmağa dəstək verirlər...

Bizim problemlərimizin çox ciddi şəkildə aradan qaldırılması üçün əsil şərait yaranıb. Belə ki, 1990-cı ildən 2020-ci ilə qədər Azərbaycan Milli Məclisinin deputatlarının çoxu keçmiş communist partiya nomenklaturasının şinelindən çıxmışdılar. Onlar bizi milli dövlət və milli bütünlük düzəni sistemi içində formalaşmağa mane olurdular.

II Qarabağ Savaşının sonucu olaraq, artıq biz bir dövlət olaraq öz iradəmizi istədiyimiz çəkidə və səviyyədə nüşayiş etdirə bilmək gücümüzü bütün dünyaya göstərdik. İndi də daxili problemlərimizin yerdə qalanlarının həllində beləcə milli səfərbərlik yoluna çıxmalıyıq. Ən sadə üsullardan biri də soyadlarımızdakı “ov”-“yev” şəkilçilərinə əlvida deməyimizdir...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, ''Xudaferin'' jurnalının baş redaktoru

Xudaferin.eu

21:38