Bu gün bütün dünyada analar günü qeyd edilir.

 Berlində yaşayan tanınmış Azərbaycanlı rəssam, mənim əziz dostum Ələkbər Əliyev bu əziz gündə mənə sürpriz edib.

9 uşağa həm ana, həm ataliq etmiş Anamın portretini yaratmışdı. Əziz Ələkbər bəy, Anamı rəhmətlə, səni minnətlə aniram. Var ol qardaşım! 

Fürsətdən istifadə edib Anam Qüdrət Bəhrəm qızının timsalinda bütün anaları bu əziz gündə tebrik edir, Ulu Tanridan heç bir anaya övlad dərdi göstərməməsini dua edirəm. 

Bayramınız mübarək Analar!

Sizin əlinizdən, ayağınızdan öpmək hər bir övlada şərəfdir.

Sizin övladınız Elman Mustafazadə

Xudaferin.eu

22:21