ONLAR KÖNÜLLƏRDƏ ƏBƏDİ YAŞAYIRLAR

O muhasirəyə  düşmüş  döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...

 

Söhbət  Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi  ETİBAR İSMAYILOV'dan gedir...

 

Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-u ilde Ağcabədi rayonu Hindarx kəndində anadan olmuşdu. 4 yanvar 1994 (29 yaşında) Azərbaycan Respublikasının Xocavənd rayonunda şəhid olmuşdur.

 

Atası Hindarx kəndinin böyük hörmət sahibi, uzun illər məktəb  direktoru olmuş Bəylər İsmayılov və anası ise evdar qadın Sürəyya İsmayılova olmuşlar.

 

Həyatı

29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur.1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.

 

Döyüşlərdə iştirakı:

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

 

Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.

 

Subay idi.

 

Milli Qəhrəman:

Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 

Şəhidimizin naşı döyüş meydanında qalmışdır.

 

P.S. Etibar həm Azərbaycanın, həm Hindarxlıların həmcinin bir doğma kimi ailəmizin fərxridir.

 

Elman Mustafazadə

Xudaferin.eu

11:37