Şuşa'nı ziyarət edən Şuşa'sevərlər, "Ərimgəldi" Qalasını ziyarət etdinizmi?...

Deyilənə görə "Ərimgəldi" Qalası Rus "Sülhməramlılar"ın nəzarətindıdir...
18-ci əsrin əvvəllərindən Qarabağa ayaq basan ruslar, qarabağlı analara qan qusdurublar...
1806-cı ildə Şuşa yaxınlığında çadırda istirahətdə olan Qarabağ xanı İbrahimxəlil Xan bütün külfəti ilə birgə gecə yatdıqları yerdə, mayor Lisaneviç bir neçə əsgəri ilə birlikdə çadıra hücum edib namərdcəsinə bütün xan ailəsini qətl edirlər. Bələkdə körpənin belə başın kəsirlər. Yalnız təsadüf nəticəsində çadırda olmayan Xan oğlu Mehdiqulu ağa sağ qalır. Bu qətliam bütün Qarabağ camaatından təsirsiz ötüşmür...
Çar Rusiyası Qarabağa kütləvi ermənilər köçürür və dayima ermənipərəst mövqe tutan ruslar Qarabağ camaatına zülüm yaşadırlar...
"Ərimgəldi" şəhərin şimal hissəsindəki girişində, Köçərli məhəlləsinin aşağı tərəfində qala ilə əhatə olunmuş tərpədir. Adətə görə axşam vaxtı şəhərin ailəli qadınları həmin təpəyə yığışır və ətraf kəndlərdən, əkin sahələrindən, uzaq səfərlərdədən qayıdan ərlərini gözləyirmişlər. Bəzən erməni quldur basqinlsrinin qarşısın almaq üçün səfərə yollanan Şuşa igidlərinin xanımları nigaranliqla "Ərimgəldi" yə gələrək gözləri yol çəkərmiş... Hətta at kişnərtisindən, fayton səslərindən ərlərinin gəlişini hiss edən qadınlar, "Ərimgəldi" deyə sevinclə evlərinə dönərmişlər... Bu günə kimi Şuşalılar arasında bura "Ərimgəldi" deyilir.
Bəlkədə iki yüz ildən çoxdur göz yaşları qurmayan hansısa Şuşalı ana bu bayatı ilə dərd çəkərmiş... Nə bilim...
Qarabağda talan var,
Zülfün üzə salan var,
Gedirsən, tez qayıt gəl,
Gözü yolda qalan var...
Yəqin bir gün Şuşalı anlarında gözlərindən yalnız sevinc göz yaşları axacaq...

Inaniram və sizdə inanın...
Elman Mustafazadə
Xudaferin.eu
13:25