"Biz hara gedirik?"

Bizim lobbiçiliyimizlə Qarabağ bizdən daha da uzaqlaşır...

Bu gün Azərbaycan disporunun sabahı, istər Rusiyada, istərsə də Avropada, məni bir vətəndaş kimi çox narahat edir. Biz hələ də diaspormuzun lobbiləşmək strategiyasını milli maraqlar uzərində deyil, ya bolgəçilik, ya da tayfabazlıq uzərində qurduğumuz üçün, erməni təskilatlarından çox şeylərdə və hər yerdə geri qalırıq.

Hec bir diaspor təşkilatımıza ziyalıları cəlb etmirik, ya da ziyalı potensialından istifadə etməyi bacarmırıq. Cünki ziyalı ilə ünsiyyət qurmaq üçün, diaspor təşkilatının rəhbəri intellekt sahibi olmalıdır. Bizim millət qədər ziyalıya dırnaqarası baxan ikinci bir millət tanımıram.

Götürək elə Rusiyani. Adını saxtakarcasına "Heydər Əliyev Məktəbinin yetirməsi" qoymaqla başqa yeni yaranmış teskilatları bir-birinə qarşı qoyan, öz milli fəallarının üstünə yad millətlərin qocularını göndərən abbasovlarlamı lobbi yaradacağıq?... Ya cibində pul olan 5-6 nəfər oliqarx birləşən kimi, Azərbaycanda hakimiyyətə gəlmək eşqinə düşməklə nəsə edə bilərik?... Yalancı təşkilatlar yaradıb, hərəsinin başına bir "yerlisini" qoymaqlamı lobbi yaradacağıq? Bizim işimiz elə bil lap Allaha qalıbdır.

Biz mədəniyyətin, təbliğatın və təşviqatın, təhsilin düşmənləriyik. Ona görə də ziyalılarımız, elm və mədəniyyət mənsublarımız qara gündədirlər. Özümüz isə milli qeyrətdən uzaq, öz qohum-əqrabasını millət sayan, Vətən üçün bir zərrə belə canı yanmayan, bu millətə heç bir sevgisi olmayan məmur-oliqarxların və onların tayfasına mənsub başıboş tacirlərin və dəllaların əlində qalmışıq.

Bu gün bütün dünya Türkə və Azərbaycan Türkünə qarşı səlib yürüşünə qalxıb. Torpağı gedən biz, ölən biz, İrəvanımızdan, Göyçəmizdən, Dağ Borçalımızdan, Amasiyamızdan, Dərələyzimizdən, Zəngəzurumuzdan, ən nəhayət Qarabağımızdan qaçqın biz, əzilən biz, öldürülen biz, günahkar da biz. Amma qatil, xain, soysuz erməni isə zavallı məzlum...

Biz özümüzə dəyər verən bir millət kimi düşdüyümüz və yaşadığımız bu durumu, nə də üzləşdiyimiz acı aqibətlərimizi heç zaman unutmamalılıyq. Bütün bunları gərərək heç zaman yatmamalıyıq. Bizim yasdığımız belə tikanlı kollardan olmalıdır. Daim hərəkətdə olmalıyıq. Bütün lovğalıqları, qeyri-səmimi tərifləri, yalan-palanları bir kənara qoyub, acı həqiqətləri araşdırıb, ziyalıların tövsiyəsi və nəzarətində olan müxtəlif infrastukturlar, analitik mərkəzlər yaratmaqla edə bilmədiklərimizi etməli, bilmədiklərimizi öyrənib araşdırmalıyıq. Bu yolda imkan daxilində və imkan xaricində belə, milli maraqlara lazım olanları mənimsəməli, öyrənməli, tətbiq etməliyik. Nəinki dostdan, hətta düsməndən belə, öyrənməyi bacarmalıyıq. Daim ayıq-sayq olmalıyıq.

Biz diaspormuzu milli maraqlar uzərində deyil, bolgəçilik, tayfabazlıq uzərində qurduğumuz üçün, erməni təskilatlarından çox geri qalırıq.

2000-ci ildə Moskvada ilk öncə “Rusiya Erməniləri İttifaqı”, daha sonra isə “Dünya Erməniləri İttifaqı” təşkilatları yaradılmışdır. Hər iki təşkilatın lideri vəzifəsinə milyader Ara Abramyan seçilmişdir. İndi hər iki təşkilatın rəhbərliyində 21 nəfərdən ibarət idarə heyəti üzvləri təmsil olunurlar. Onlardan 10 nəfəri milyonçular və digərləri isə elm və mədəniyyət xadimləridirlər. Bununla yanaşı, hər iki təşkilatın ətrafında ziyalılardan ibarət müxtəlif infrastukturlar, analitik mərkəzlər mövcuddur. Beləcə Rusiya boyunca regional erməni təşkilatları ilə ortaq fəaliyyət siyasəti həyata keçirilir. Hər regionda duruma görə, ermənilərdən ibarət yerli işadamları, elm xadimləri, ziyalılar ortaq fəaliyyət göstərməklə yanaşı, sadə əhali ümumerməni ictimai və siyasi proseslərinə cəlb olunurlar. Bununla yanaşı, Rusiyanın hər regionunda ermənilərin yerli hakimiyyət və milli maraqlara uyğun fəaliyyət strategiyası həyata keçirilir. Hətta bu yöndə ən üstün səviyyədə xidmətləri olan işadamlarına və elm xadimlərinə, ziyalılara təşkilatın adından mükafatlar, orden və medallar belə təqdim olunur. Faktiki olaraq, bu gün Rusiyanın 63 regionunda hər iki təşkilatın formalaşmış infrastukturları mövcuddur. Milli dildə təhsil sistemini qurmaqla ana dilini yaşatmaq əsas strateji hədəflərdən biri hesab edilir.

Rusiyada və Avropada ümumerməni jurnal və qəzetləri dərc olunur. Bu mətbu orqanların vasitəsilə hər kəs ortaq milli hədəflərin sistemi ilə tanış olmaq imkanı əldə edir. İnternet vasitəsilə gənclərin ailə qurmaq və dostluq əldə etmək kimi şəbəkələr yaradılıb. İşsiz soydaşları üçün iş yerlərinin yaradılması yönündə müvafiq infrastukturlar yaradılıb. Beləliklə də milli maraq, səxsi maraqdan üstün dayanır.

Bununla yanaşı, Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərə dəstək verilməsi, humanitar yardımların göstərilməsi kimi hədəfləri irəli sürürlər. Bir sözlə, “Rusiya Erməniləri İttifaqı” və “Dünya Erməniləri İttifaqı” təşkilatları yaşadıqları dövlətlə Ermənistan arasında körpü rolunu oynayır, dünya erməni siyasəti və maraqlarının təmin edilməsi istiqamətində hər zaman proseslərin önündə gedirlər.

2005-ci ildə “Avropa Erməni Təşkilatları Federasiyası” adlı təşkilat yaradılmışdır. Bu təşkilatın əsas strateji hədəfi bütün Avropa dövlətləri boyunca mövcud imkanlar çərçivəsində fəaliyyət proqramlarının həyata keçirilməsini təmin etməkdir. Bundan əlavə, ABŞ-da “Amerika Erməni Konqresi” və “Cənubi Amerika Dövlətləri Erməni Təşkilatları Federasiyası” tipli infrastukturlar da mövcuddur. Hər bir erməni təşkilatı dünyanın regional forma və hədəfləri çərçivəsində öz strateji hədəflərini birlik və bərabərlik siyasəti olaraq, gündəmə gətirə bilirlər.

Bir faktı da qeyd edık ki, 25 ildir yaşadığım Avropada, öz dövləti əleyhinə heç bir erməni yad ölkədə küçəyə çıxmaz .Amma bizimkilər kimlərinsə sifarişi ilə bütün olacaqların sonucunu düşünmədən piketlərə və etiraz akasiyalarına çıxırlar. Çox güman ki, bu da diaspor adına yaranan təşkilatların öz işlərindən başqa hər şeylə məşğul olmaları ilə bağlıdır. Başqa tərəfdən isə diaspor fəaliyyəti bizləri bir araya gətirməyə deyil, daha çox parçalamağa yönəlib. Fikrimizcə bu istiqamətdə artıq çox ciddi şəkildə düşünməyin vaxtı çatıb. Bax bu da acı bir mənzərə.

İndi gəlin papağımızı qabağımıza qoyaq, bir balaca soyuq başla düşünək. Əgər papaq və baş qalıbsa...

Elman Mustafazadə

Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri

2014

18:39