Vahan Martirosyan sirli dönüklüyü...

Ötən illər Ermənistandan qaçıb Azərbaycana sığınan, sülhdən, ədalətdən, qardaşlıqdan danışan Vahan Martirosyan barədə, indi KİV-lərimiz təəssüf dolu məqalələr paylaşırlar. Ancaq bir il öncə Martirosyanı elə həmin KİV-lərimiz, "Yenilməz Qəhrəman" kimi təqdim edirdilər. Məni nə Martirosyan, nə də onun Azərbaycandakı day-dayıları maraqlandırmır. Sadəcə sizə əsl həqiqəti deyəcəyəm, özünüz fikirləşin... Vahan Martirosyan Ukraynada yaşayır. Ukraynada erməni əsilli daxili işlər naziri Arsen Avakovun mövqeyi və hökmü, bu ölkənin prezidentinin hökmündən üstündür. Avakovun himayəsi sayəsində bu gün ermənilər Ukraynanın hər bir sahəsində yüksək səviyyədə təmsil olunurlar. İstər biznes, istər siyasət, istərsə də mütəşəkkil cinayət sektorları olsun, hamısında öndədirlər.

Ukraynada son illər Azərbaycan kökənli fəal vətəndaşlara qarşı bir soyqırım həyata keçirilir. Bu barədə dəfələrlə yazsam da, bizim başbilənlərimizin kar qulaqlarına çatmır ki, çatmır. Öncələr bir iş adamı kimi Ukraynanın İvano-Frankovski, Çernovsı vilayətlərinə mal göndərirdim. Özum də ara-sıra həmin vilayətlərdə olardım. Mənim ukraynalı iş həmkarım, Viktor Yuşşenko hakimiyyəti dönəmində, ölkənin ən mühüm güc strukturlarından birinə rəhbərlik etmişdi və o, mənə kədərlə bildirdi ki, hələlik işi dayandıraq. Çünki Avakovun gizli tapşırığı ilə, azərbaycanlı tacirlərin ovuna çıxıblar. Arsen Avakovun tək Ukraynada deyil, Azərbaycanda da, böyük şəbəkəsi olmasına şübhə etmirəm. Çünki mən onunla bağlı yazdığım məqaləyə, Bakıdan çox sayda "soydaş"larımız etiraz edirdilər.

Yəni Avakovun Bakıdakı mövqeyi qədər, bizim hökumətin Kiyevdə mövqeyi və əlaqəsi yoxdur. Bizim milli fəallarımız faktiki Ukraynada küncə sıxılmış bir durumdadırlar. Bunu isə Azərbaycan hökuməti görmür, görsələr də, yəqin ölçü götürməkdə acizlik çəkirlər, ya da milli qeyrətləri çatmır. Sabah Ukrayna KİV-lərində bir soydaşımız çıxıb Azərbaycan dövlətinin və millətinin əleyhinə danışsa belə təəccüblənməyin. Çünki Ukraynanin sahibi erməni Avakovdu. Onun qarşısında erməni Vahan Martirosyan nə edə bilərdi ki? İndi anladınmızmı, Vahan Martirosyan Azərbaycana munasibətini necə dəyişdi?...

Fedai.az

15:40