Nə qədər ki, bütün Dünya dövlətləri tərəfindən TERRORun həqiqi adı və mahiyyəti açıq şəkildə deyilməyəcək, TERRORa qarşı birgə mübarizə yolları və mexanizmi ortaya qoyulmayacaq, bu qanlı, namərdcəsinə mübarizə metodu günahsız insanların canını almaqda davam edəcək...
Bu gün TERRORçular bəzi dövlətlər ücün mücahidlər, fədailər, xilaskarlar, qisasçılar, müdafiəcilər adlanırlar. Ancaq TERROR onların qapılarını döyən kimi, bunun nə demək olduğunu anlamağa başlayırlar və TERRORu özü adı ilə cağırmağa başlayırlar.
Azərbaycan dünyada TERRORdan ən çox əziyyət çəkən zavallı bir xalqın vətənidir. 50 min nəfər erməniyə görə, 1 milyondan çox azərbaycanlıya qarşı törədilmiş TERRORa, nə qədər ki, dünya dövlətləri özlərini korluğa və karlığa vuracaqlar, onda onların gözlərini və qulaqlarını TEROR acacaq...
Bir milyondan çox azərbaycanlı insan düz 25 ildir doğma yurdlarından cəlayi vətən olublar. Onların doğma torpaqlarına geri dönmələri hələ də “sülh danışıqları” adı altında baş tutmur. Ona görə ki, terror və işgəncələr yolu ilə bir çox dövlətlərin strateji hədəfləri və onların dəstəyi nəticəsində bu bəşəri faciə baş veribdir. Nə zaman Azərbaycan tərəfi öz haqlı iradəsini ortaya qoymaq istəyir, dərhal həmin güclər bir araya gələrək “məzlum erməni” xalqının terrordan əzab-əziyyət çəkməməsi üçün “sülh danışıqları”nın davam etdirilməsi siyasətini ortaya atırlar. O zaman sual olunur ki, 25 ildə davam etdirilən bu “sülh danışıqları” nə vaxt tamamlanacaq? Gürcüstanın Abxaziya və Güney Osetiya adlı iki bölgəsi də düz 25 ildir “öz müqəddaratını təyin etmək” adı altında terrorizm yolu ilə işğal altındadır. Bu iki bölgədən düz 350 min nəfər terror məruz qalaraq, qaçqın-məcburi köçkün durumunda yaşamaq zorunda qalıblar. “Sülh danışıqları” yolu ilə bu problem də 25 ildir çözülmür. Moldovanın ərazisində qondarma “Dnestryanı” adlı bir kukla rejim yaradılıbdır. Bu bölgəni idarə edən terrorçu hərbi xunta burada yaşayan öz xristian qardaşları olan moldovanları və qaqouzları terror təhdidi ilə yurd-yuvalarından didərgin salıblar. Avropanın düz burnunun ucunda baş verən və terror siyasəti ilə 25 ildir öz iradəsini hökmə çevirən bu rejimə qarşı kimsə çıxmaq istəmir. Moldova dövləti isə hərəkət etmək istədikdə, dərhal onu “terror yolu ilə torpaqlar azad edilməz” ibarəsi ilə qarşısını almaq istəyirlər. Axı separatçı bir rejimi terrorizm siyasəti ilə idarə edənlərin qarşısını 25 ildir sülh yolu ilə kəsmək mümkün deyil. Axı terrorçular sülhün nə demək olduğunu anlamaq iqtidarında deyillər.
Bu gün Suriya, İraq, Oman, Sudan, Bəhreyn, Küveyt, Yəmən, Liviya, Misir, Əlcəzair, Tunis, Mərakeş kimi dövlətlərdə terrorizmin kökünün kəsilməsi bizim üçün sevindirici bir dəyər olsa da, axı dünyanın bir çox xalqları və dövlətləri hələ də terrorizmdən əziyyət çəkməkdə davam edirlər. Fikrimizcə dünya birliyi bu prosesi qlobal səviyyədə daha da inkişaf etdirməlidir. Terrordan əziyyət çəkən xalqlar və dövlətləri də bu prosesə cəlb etməklə bəşəriyyəti terror adlı müdhiş bəladan beləcə hamılıqla birlikdə qurtarmaq mümkündür.
Dünyanın harasında, hansı dövlətində baş verməsindən asılı olmayaraq, TERROR, TERRORdur. TERRORÇU da TERORÇU olaraq qalır.
Gəlin hər şeyi öz adı ilə çağıraq.
P.S. Deyəsən Ermənistanda hakimiyyətdə TERRORçuların olmasının Dünya Dövlətləri hələ fərqində deyillər...
Bütün TERRORlarda həlak olan günahsız insanların önündə baş əyir, Ulu Tanrı heç bir insandan insanlığı və mərhəməti əskik etməsin, deyirəm.
Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri
Gəlin hər şeyi öz adı ilə cağıraq

16.07.2018
02:10