Qarabağ həqiqətləri haqqında ən çox rus xalqı ilə iş görülməlidir

Unutmayın ki, cinayət ört-basdır ediləndə, yeni cinayətlər baş qaldırır
Bu gün Avropada məskunlaşmış bütün soydaşlarımız hüzur içində, müxtəlif şəhərlərdə aksiyalar, tədbirlər keçirməkdədirlər. Almaniya, Fransa, İngiltərə, Belçika, Hollandiya, İsveç, İsveçrə, Avstriya, Norveç, Danimarka, Şotlandiya, Polşa, Macarıstan, İspaniya, Bolqarıstan, Rumıniya, İtaliya, Ukrayna, Litva, Latviya, Estoniya və başqa ölkələrdə yaşayan qürbətçi soydaşlarımız Güneyli-Quzeyli bir araya gələrək XX Yüzilin sonlarında baş vermiş “Xocalı Soyqırımı”nın anım törənlərini birlikdə keçirirlər. Bir yandan ürəyimiz qübar bağlasa da, o biri yandan ümummilli anım törənlərində milli birlik nümayiş olunur, bütün bunlar olduqca qürurvericidir. Azərbaycan Türklərinin bütün dünyada milli birliyinə olduqca böyük ehtiyac vardır. Acılı-şirinli günlərimizin milli törənlərimizin bir parçasına çevirmək milli birlik fəlsəfəsinin dərinləşməsi deməkdir.
Son bir həftədə Avropanın mədəni paytaxtlarında keçirilən “Xocalı Soyqırımı”nın anım tədbirlərində asılmış şüarlarda qeyd edilir ki, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərinə xaincəsinə hücum etmiş, uşaq, qoca, qadın, qız bilmədən, hamını qəddarcasına qətlə yetirmişdir. Hətta bəzi şəhərlərdə ən sadə avropalıların da duyması üçün bannerlər küçə və meydanlarda sərgilənir. Bütün bunlar olduqca vacib və gərəkən işlərdir.
Əziz soydaşlarım! Bu aksiyalarda tək unudulan və yer alamayan məsələ var. Onu bir daha hamının yadına salmaq istəyirəm. Sual olunur ki, həmin ərəfədə Xankəndində yerləşən və Xocalı qətliamında acımadan, amansızlıqla cinayətlər törətmiş, Rusiyanın 366-cı motoatıcı diviziyası kimə, hansı ölkəyə məxsus idi???... Dəfələrlə demişəm, qeyd etmişəm, yenə təkrar edirəm: Rusiyanın 366-cı motoatıcı diviziyasının qatil komandir və zabitlərini sadə, əməkci, ziyali rus xalqı ilə qarışdırmaq olmaz. Bununla yanaşı, cinayəti ört-basdır eləmək də yolverilməzdir!! Yəni cidanı çuvalda gizlətməzlər!...
Əsil həqiqət isə budur: 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərini xəritədən yoxedənlərin, Xocalıda yaşayan bütün insanları acımadan və qəddarcasına qətl edənlərin başında sübhəsiz Rusiyanın 366-cı motoatıcı diviziyası dayanır!!!
Beynəlxalq cinayət işi erməni qatilləri ilə yanaşı, ən başlıcası, Rusiyanın 366-cı motoatıcı diviziyasının komandir və zabit heyətinə də açılmalıdır! Bunun üçün isə, sadə, əməkçi, ziyalı rus xalqına, dövlət səviyyəsində müraciət olunmalıdır ki, onlar həqiqəti bilsinlər. Unutmayın ki, cinayəti ört-basdır edəndə, yeni cinayətlər baş qaldırır. Rus xalqı gerçəkdən onun mənsub olduğu dövlətin bu qədər acımasızcasına törətdiyi qəddarlığı və sağalmaz yaranı nədən törətdiyini də bilməlidir. Ona görə ki, “rus velikoşovinizm”i siyasətini rus xalqı heç bir zaman yaratmamış və onu idarə də etməmişdir. Vaxtilə rus xalqının əsil ziyalıları, fikir adamlarının özləri də səmimi şəkildə qeyd etmişlər ki, “rus velikoşevinizm” ideyasını hər zaman “qeyri-rus” mənşəlilər ortaya atmış və idarə etməyə çalışmışlar.
Bu siyahıda isə ermənilər ilk sırada yer alırlar. 1920-ci ildə süni şəkildə yaradılan Ermənistan öz təbii və istehsal vasitələri ilə heç bir zaman Rusiyanın iqtisadi həyatında yaxından iştirak etməmişdir. Rusiyada yaşayan erməni icmaları bu ölkənin inkişafı və demokratikləşməsi üçün də heçnə etməmişdir. “Sabun köpüyü”nə bənzər ucuz və bayağı şəkildə rus xalqının müqəddəs hisslərindən yararlanaraq öz mənfəətləri üçün dərin siyasətlər aparmışlar. Qarabağda törədilən vəhşətlərin, dəhşətli cinayətlərin real anatomiyası da budur.
Elman Mustafazadə
“Avropa Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri

16:57