Vətən salamat qal...

Uzun ayriliqdan sonra ziyarətinə getdiyim, mənim öz Məkkə-Mədinəm olan Azərbaycandan, 33 illik yaşadığım bu qurbət diyara qayıtmaq istəməsəm də, gəldim...

 Qürbət həyatımda yaşadığım Lehistan, Almaniya, Nederland, Belçika və diğər Avropa ölkələri gözəl ola bilər, ancaq bu gözəlliklərdə mənim dədəmin-babamın əməyi olmadığı üçün həmişə biraz gözükölgəli yaşamağa məcbursan...

Hərçəndi Avropanın faşızm çumasından xilas olmasında Bakı nefti ilə yanaşı 600 mindən adtiq azərbaycanlı millətim də iştirak edib. Onlardan 300 mindən artiq soydaşım həlak olub. Həlak olanların içində ana babam Bəhram və əmim Məndil də olub. 

300 minə yaxın soydaşım isə müharibədən şikəst, yarımcan qayıdıb, onlardan biri də rəhmətlik atam Əhəd Həşim oğlu olub. 

Bura faşimə qarşı müqamət göstərən əfsanəvi azərbaycanlı partizanların da xidmətlərini nəzərə alsaq, tam məsuliyyətlə deyə bilmərəm ki, hər bir Azərbaycan övladının Avropada qürurla gəzməyə və yaşamağa haqqı var...

Bakida olanda təxminən belə bir status yazmışdım...

"Ey Azərbaycan üçün canını fəda edən əsgər! Alnımızdan qara ləkəni sildiyiniz üçün qürbətdən sizin təmiz alnınızdan öpməyə gəldim. 

Uzun ayrılıqdan sonra vətəndəyəm, yurdumun bölgələrin gəzirəm... 

Mən Azərbaycandakı qədər qonaqpərvərliyi, mehribaçılığı və səmimiyyəti heç bir ölkədə görmədim... 

Azərbaycan sankı əlindən öpüləsi bir mələkdir. 

Ancaq iradlarımda var... 

Kücələr, avtomobil yollar işarəsiz, məsafələr, çıxışlar göstərilmir. Asfalta vurulmuş keçid işarələri silinib, sürücülük mədəniyyəti sıfıra bərabərdir. 

Dünyanın ən səmimi, mehriban və qonaqpərvər, dar gündə biri-birinə arxa-dayaq olan azərbaycanlılar, sankı sükan arxasına keçəndən sonra dünyanın ən eybəcər millətinə çevrilirlər.

 Sükan arxasinda bizim millət sankı hər bir bəşər övladına nifrət edir. Bu dəhşətdir...

Keçidlərdə piyadaları belə buraxmırlar, buraxsalar belə minnətlə, bəzən təhqirlə buraxarlar... 

Ədalət naminə deyim ki, piyadalar da  yol hərəkatını kobudcasına pozurlar. Hardan gəldi keçirlər. Bütün bunlara görə nə sürücülərin, nə də piyadaların cərimələnməsinə rast gəlmədim. 

Bir vaxtlar sossetlərdə sürücülərə cərimə yazan polisləri bilmədən məndə tənqid edərdim. Bundan sonra sürücülük mədəniyyəti olmayan, hər addımbaşı qayda-qanunu pozan sürücülərə cəza yazan yol polisinə bir kəlimə mənfi söz yazsan barmaqlarım qurusun...

Bundan əlavə ölkədə şortiklə gəzən soydaşlarımıza qarşı ara-sıra diskriminasiyaya rast gəlmək olur. Buna mən özümdə rast gəldim...

Azərbaycanda İranın mollabaş "xanımları və bəyləri" az da olsa hələ var...

Əgər gələcəkdə Azərbaycanı dünya səviyyəli turistik ölkəsinə çevirmək istəyiriksə qeyd etdiyim möqsanları aradan qaldırmalıyıq..."

Avpadan Azərbaycana bir zəmbil dava-dərmanla gəldiyim kimi, qayıdanda qurbətçiıərimizin xahişini nəzərə alaraq Misyö Jordan kimi, Azərbaycandan Avropaya bir xurcun təbabət bitkiləri ilə qayıtdım...

Azərbaycanda uzun ayrılıqdan sonra valideyinlərimin məzarları ilə yanaşı, həyatımda mənə ana, ata, bacı və qardaş qədər əziz olan və dünyasını dəyişmiş insanlarında qəbirlərini ziyarət etmək məndə bir vərdiş halındadır...

Bakida çoxlu görüşlərdə oldum, dəyərli ziyalılarımızın qonağı oldum. 

Bunlatdan Rəşad Məcid, Qulu Məhərrəmli, Mehriban Xanım Vəzir, Asif Mərzili, əlində güya basıb göyərçin öldürən kimi gündəmə gətirilən və haqqinda yalan, böhtan yazılara son verilməyın, Qarabağımızın kübar şəcərəsinin nümayəndəsi, Şuşamızın işğalı boyunca cəsarətlə, səbrlə mübarizə aparan Tahirə Xanım Məmmədova və digər dəyər ziyalılarla görüşlərim unudulmazdı. 

Təssüflə deyim ki, tez-tez Avropada qonağım olan, bəzən günlərlə sürücülük və bələdçilik etdiyim bəzi  "dostlar", görünür pandemiya ilə bağlı evlərində qapanmalı olmuşdurlar...

Bəziləri isə gətirdiyim hədiyyələr içində övladlarına bir şey olmadığı üçün məndən inciyib küsənləri də oldu..))))

Təbii ki, Azərbaycandan süvinersiz və hədiyyəsiz də dönmədim..

Ən gözəl hədiyyə isə dəyırli ziyalimiz Səməd bəy  Vəkilovun, Çinğiz Qacarın və Mehriban Xanım Əliyevanın ön sözü və dəstəyi ilə  2014-cü ildə Bakıda nəşr edilmiş OLD SHUSHA (Köhnə Şuşa) kitabı oldu. İndi bu kitab mənim masamın üstundə ən sevdiyim kitablardan biridir...

Görüşmədiyim dəyırli ziyalılarımız...

Azərbaycanın Amerikada yorulmaq bilmədən uzun illər cəfakeşcəsinə xidmət etmiş diplomatı, həmişə hörmətlə məktublaşdığım, Xudaferin( www.xudaferin.eu) jurnalına Azərbaycanın haqlı mövqeyini müdafiə edən Zbigniew Brzezinski və digər dünya şöhrətli siyasi xadimlərin yazılarını göndərən, bu gün Azərbaycan Diplomatik Universitetinin Rektoru Hafiz Paçayevlə görüşə bilmədim. Düzü görüşə şərait yaranmışdı, sadəcə utandım. Düşündüm ki, birdən elə bilər ki, ondan nəsə unacağım var...

Ancaq ədalət naminə, fəxrlə deyə bilərəm ki, Azərbaycan diplomatiyası tarixində Qarabağla, Şuşa ilə bağlı ardıcıl qətiyyətli mübarizə aparan yeganə diplomat Hafiz Paşayev olub. 

Bundan elavə keçmiş hərbi kəşfiyyatçı kimi qeyd edə bilərik ki, hələ də Anamız Azərbaycanda bəzi ölkələrin beşinci kolonu var... Bu barədə növbəti yazılarda...

Bax beləcə 40 gün dağlarını dərələrini gəzdiyim və gözəlliyindən doya bilmədiyim Məkkəm və Mədinəm olan Cənnət Azərbaycandan tamarzı ayrılıram...

Birdə dönmək ümidi ilə:

Qıy vuran qartallar yox oldu çəndə
Nərgizlər saraldı şehli çəməndə
Ay alagöz sonam, dalımca sən də
Boylan salamat qal, bax salamat qal..

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları"Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

12:36