ONLAR AZƏRBAYCAN XANIMLARIDIR

Illərdi qürbətdə Azərbaycanı yüksək səviyyədə Ziyalı və mübariz Xanımlar təmənnasız təmsil edirlər. Geniş biliyə malik azərbaycanlı Xanımlar, Avropanın müxtəlif ölkələrində elmi fəaliyyətlərlə yanaşı, tarixi vətənlərini də bir an olsun unutmadılar.

Heç kimdən təmənna ummadan Qarabağ həqiqətlərini dünyaya ictimaiyyətinə çatdırılması yolunda sözün əsil mənasında döyüşür Azərbaycan qadını...

Bunlardan Yaqut Köçəriqızını, Gülşən Kazimovanı (vaxtsiz vəfat etdi, nur içində yatsın), Mirvari Fətəliyevanı, Ofeliya Babayevanı, Hicran Əliyevanı, Bəniz Spenseri, Dalida Xanım Perlanı, Şəhla Kazimovanı, Gülər Ibrahimini, Nərgiz Çəmənzəminlini, Nigar Axundovani, Mehriban Həsənovanı, Maria Kalashnyki, Səidə Hacıyevanı və digər fədakar Xanımların adlarını qurur hissi ilə qeyd edərdim. Adını unutduğum dəyərli xanımlarımızdan isə 100 dəfə üzür dilərəm...

Belə Xanımlardan biridə İlahə Kərimovadir. İlahə Xanım pedoqoji fəaliyyətlə yanaşı rəsmi olaraq tərcüməçidir. İlahə Xanım bir çox Azərbaycan müəlliflərinin əsərlərini, eləcə də Qarabağla bağlı mühüm və obyektiv məlumatları operativ leh(polyak) dilinə dayima tərcümə edər...

Bu yorulmaq bilməyən fədakar vətənpərvər Xanım, bütün ictimayi fəaliyyətləri ilə yanaşı həm də gözəl və qayğıkeş bir Anadır.

İlahə Xanım gildə qonaq olanda sanki kiçik bir Azərbaycandasan...

Bax şəkildə gördüyünüz bu gözəl, şirin şəkər balalar olan Nərminə və Azər, həm polyak, həmdə azərbaycanlidirlar...

Avropada yabançılarla ailə quran Xanımlarımız sankı ailələrində bir Azərbaycan ocağı qururlar, yabançılarla evlənən kişilərimiz isə... Nəysə... 

Dayima yazmışam və yenə qeyd edirəm. Əgər bir millət kimi inkişaf etmək istəyiriksə hər bir sahədə Qadınlara yol verin. İstər diaspor təşkilatların rəhbərləri olsun, istər ölkədə hakimiyyətdə, nazirliklərdə, hətta müdafiə nazirimizin belə qadın olmasının tərəfdarıyam...

 Ancaq qadının bilik və bacarıqları, sağlam zəkası, yüksək vətənpərvərlik keyfiyyətləri nəzərə almaq şərti ilə....

Qadınlarımiza ananiz, bacınız, qızınız kimi yanaşın, yani kişi kimi...

Elman Mustafazadə

Xudaferin.eu

10:41