AZƏRBAYCANIN İNCƏSƏNƏT XADİMİ NİDERLANDDA VƏFAT ETDİ

Bu saatlarda Azərbaycanın tanınmış kino rejissoru Ramiz Əliyev (Ramiz Hindarxlı) 84 yaşında Niderlandin Dodrext şəhər xəstəxanasında vəfat etmişdi.

1956-cı ildə "Azerbaycanfilm" də rejissor asisenti kimi fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna misilsiz töhfələr vermişdir.

Ramiz Əliyev kinosevərlərin yaddaşında rejissor və ikinci rejissor kimi çəkdiyi Bağlı qapı (film, 1981), Bakıda küləklər əsir (film, 1974), Bəyin oğurlanması (film, 1985), Dəli Kür (film, 1969), Həm ziyarət, həm ticarət... (film, 1995), Xatirələr sahili (film, 1972), İnsan məskən salır (film, 1967), İstintaq (film, 1979), Koroğlu (film, 1960), Qayınana (film, 1978), Qəribə adam (film, 1979), Qızmar günəş altında (film, 1957), Leyli və Məcnun (film, 1961), Möcüzələr adası (film, 1963), O olmasın, bu olsun (film, 1956), O qızı tapın (film, 1970), Otel otağı (film, 1998), Ögey ana (film, 1958), Ölsəm... bağışla (film, 1989), Özgə ömür (film, 1987), Park (film, 1983), Sevinc buxtası (film, 1977), Səmt küləyi (film, 1973), Skripkanın sərgüzəşti (film, 1972), Şir evdən getdi (film, 1977), Tütək səsi (film, 1975), Yaşamaq gözəldir, qardaşım! (film, 1966), Yenilməz batalyon (film, 1965) və digər biri-birindən maraqlı filmlərlə qalıb.

Ramiz Əliyev 20 ildən artıq yaşadığı Niderlandda da Azərbaycan diaspor fəaliyyətindən kənarda qalmamış, qürbət ölkədə böyüməkdə olan gənclər arasında bir ağsaqqal kimi, milli düşüncə və vətənpərvərlik təbliğatı aparardı. Ramiz Əliyev Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin ağsaqqallar birliyinin rəhbəri idi. Ümumiyyətlə Ramiz bəy Niderlandda Azərbaycan diasporunun ağsaqqalı kimi böyük hörmət və nufusa malik idi. Mərhumun özündən sonra bir qızı, üç nəvəsi qalır və hazırda Belçikada yaşayırlar.

Öz adımdan, rəhbəri olduğum təşkilat adından Ramiz Əliyevin doğmalarına, dostlarina və bütün Azərbaycan diasporuna dərin hüzünlə baş sağlığı verir, Allahdan ona rəhmət diləyirəm.

Nur icində yat böyük İnsan.

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudaferin jurnalının (www.xudaferin.eu) baş redaktoru.

Xudaferin.eu

12:50