Yazıq Vətən... rektoruna bax, halına bax, əhvalına bax...
Dağ başında yaşayan, əkin əkən, inək sağan arkadaşım Zülfiyyə "filankəs mənə cadu edir" deyən rektordan qat-qat səviyyəlidi, qat-qat aydındı. İnanmıram belə şeylərə inana. İnansa belə dilə gətirməyəcək qədər ağlı var...
Belə bir rəvayət var: Makedoniyalı İskəndər Misiri almaq üçün uzun zaman hazırlıq görür, həm qorxur, həm ehtiyat edirmiş. Çünkü fironlarının min illərlə keçmişi olan möhtəşəm bir dövlət idi Misir. Belə bir gücü ram etmək İskəndərin gözünə durmuşdu.
Lakin heç nə gözlədiyi kimi olmur... bir həmlədə Misir ayaqları altına düşür... İskəndər öz qələbəsinə heyrət edir və bu işn sirrini bilmək istəyir. Misirdə ən müdrik sayılan birini çağırıb deyir:
- Deyirlər, sən bu ölkənin ən müdrik insanısan. O zaman de görüm o möhtəşəm Misir niyə belə asan yenildi?
Müdrik cavab verir:
- Misirdə son vaxtlar böyük işləri kiçik adamlara tapşırdılar... o səbəbdən...
Bizim kimi ölkələrdə - həm Azərbaycanda, həm Türkiyədə işi iş bilənə verməzlər. Günah olar. Qohum-əqrəba, yoldaş-qardaş, yandaş, irs, varis, siz demişkən tayfa-klan idarəetməsidir.
Azərbaycanda kadr siyasəti nə gündədi... məlum...
Türkiyə də biz gündədi... Xilasetmə idarəsinin rəhbəri ilahiyyət üzrə alimdir, təsəvvüfdən müdafiə edib. Çox mühüm vəzifələr nazirlərin kürəkənləri, baldızları, övladları və ya imamatik yoldaşlığı arasında bölüşüb. İdarəetmədə olanların onuncu dərəcəli universitetlərə üç balla girmiş övladları dövlət əhəmiyyətli vəzifələr tutublar. Eyniylə bizdəki kimi...
İdarəetmə, elmi idarəetməyə düşmən kəsilib...
Lakin bizimkilərin bir yaxşı cəhəti var ki dini siyasətə alət etməyiblər. Ümumiyyətlə bizimkilərə alət, vasitə, ideologiya filan lazım deyil... belə qurama şeylərə fikir vermirlər. Birdəfəlik qapazı vurub çörəyi xalqın əlindən alıblar...
Nə isə... Yazıq Vətən... Azərbaycan... Türkiyə...
Ana-bacı lazımdı sizi ağlamağa... canıyanan, ürəyi qan ağlayan yeddi yaylıqlı ana-bacı...
Rektor nə deməkdir? Müəllimlər müəllimi, alimlər alimi... dövləti, nəsilləri, gələcəyi idarə edəcək kadrları yetişdirən bir ocağın başında duran ən ali insan...
Bizim rektora bax...
Təhsilin, elmin, regionun od tutub yandığı bir məkanda bizim rektor ona cadu edilmısindən şikayətçidir...
Gör böyük işləri "nə miqdar" adamlara tapşırdılar...
Yazıq Vətən...

Ah, Yazıq Vətən... başqa nə deyim...
Mehriban Vəzir
Xudaferin.eu
12:51