Dronu Türkiyədən əvvəl biz kəşf etmişik... deyirlər və dəlillər gətirirlər. Ola bilər. Məncə, hətta Türkiyədən də əvvəl elə məhz Türkiyədə də kəşf edənlər olub... niyəsini deyim...
Əvvəlcə onu deyim ki, birinci cümlədəki iddiaya zərrəcə şübhəm yoxdur. Bu vətən - Azərbaycan kəşşaflar diyarıdır. Yəni kəşf edənlərin məkanıdı, fövqəladə zəka sahibləri ürətən torpaqdır. Məsələn, Məhəmməd Əmin Rəsulzadə, Topçubaşov, Üzeyir Hacıbəyov, Qara Qarayev, Əbülfəz Elçi Bəy, Azad Mirzəcanzadə, Lütfüzadə, Rafiq Əliyev... və çoxları... siyahını siz davam etdirin...
Çox uzağa getmədən 20-ci yüzilin ilk günündən bu günə kimi Şərqin bir sıra ilklərini xatırlatsaq yetər. Siyasət və sənətlə bağlı populyarları, eləcə də operasından tutmuş caza qədər olan təcrübələri demirəm hələ... sadəcə, populyar olmayanları: neft sənayesində, istehsalda olan ilklərin sırasını düzə bilsək yenə hörmətli bir siyahı çıxar...
Amma və lakin... bu qədər zəkanın olduğu bir ölkə - yəni biz bu gün haradayıq, dünyanın inkişaf etmiş ölkələri harada? Səbəbi belə görürəm: əgər bizim də azad və süveren, davamlı və demokratik dövlətimiz olsaydı və xüsusilə dövlətin himayə etdiyi, üstündə əsdiyi təhsil və elm olsaydı indi bu xalqın içindən bir deyil, iki Elon Mask çıxardı...
İndi deyirsiz: dronu ilk dəfə biz yaratmışıq? Nə olsun? Öyünmək istəyirik! Amma necə öyünək? Yaratmaq azdı, yaratdığını yürütmək lazımdı. Yaradan kaşifdi, fərddi, yürüdən dövlətdi. Yürüdə bilmirsənsə və ya istəmirsənsə yaradan ha yaratsın, sən dövlət də AMEA-nın darısqal laboratoriyalarına məhbus et... həm kaşifin ruhunu, həm dövlətin faydasını məhkum et...
Sovet dövründə Azərbaycan alimlərinin o qədər kəşfləri vardı ki... Moskvaya göndərilirdi, onlar da müəllifin "Əli, Vəli" olduğunu görüb küncə-bucağa atır, ən yaxşı halda bir patent verirdilər ki, bu iş filankəsindir. Sonra da az dəyişiklik edib bir İvanovun adı ilə tətbiq edirdilər... sən köləsənsə kəşfin, kaşifin ola bilməz. Məhsulu ver, get otur yerində...
Kaşifin arxasında müstəqil dövlət dayanmalıdır. Dövlətin gücü və zəkası (varsa) kaşifə hamilik etməlidir. Dövlət o kəşfin faydasını millətə qazandırmalıdır.
Amma və lakin... (Allah Vaqif İbrahimoğluya rəhmət eləsin... bu söz hər dilimə gələndə o yadıma düşür...) ən yuxarı kürsüdən alimin ələ salındığı ölkədə "dövlət zəkası" olmur...
İnsan zəkası sərvətdən üstündür... dövlət zəkası olmayan yerdə təkcə xalq malının deyil, xalq zəkasının belə yağması olur. Dövlətin gücü ilə insanı əzmək məharəti olur, insanı ucaltmaq, əməyinə dəyər vermək, dövlətə və topluma yararlı etmək eşqi olmur...
Türkiyədə dron kəşfi bəlkə daha əvvəl də elə Türkiyədə olmuşdu dedim... niyə dedim?
Bayrakdar rəisi cümhur damadıdır... üzü ağ olsun... sevimlimizdir...
Amma... zənnim bu ki bu damatlıq statusu da bir yandan onu bizə - Türk dünyasına qazandırdı... olmasaydı nə olacaqdı... yenə sağ olsun o qızı ki, kəşf edən zəkası olan birini seçib sevə bilib... özü bu izdivacdan nə qazanıb bilmirəm, amma Türk dünyasına yaxşı qazandırıb...
AMEA-da baş verənlər Türkiyədə azmı baş verir? Nə qədər zəkalara meydan verilmir... əlbəttə, Azərbaycan qədər deyil... oralar bizdən şükürlüdür...
Amma və lakin... uzun sözün qısası, yaratmaq yetərli deyil, yürütmək lazımdır...
Yürütmək isə dövlət idarəçilərinin qutsal borcudur...
Kaşif damad olsa da, olmasa da...
YARATMAQ YETƏRLİ DEYİL YÜRÜTMƏK LAZIMDIR

Mehriban Vəzir
Xudaferin.eu
02:33