Mehriban Vəzir yazır...

İctimai etiraza baxmayaraq cəbhə bölgəsindəki hərbi qulluqçuların maaşı bu ay da yarıbayarı verildi. Niyə? Dərdiniz nədir? Dövlətin pulumu yoxdur... yoxdursa bu nə talandır ki durmur... ara vermir... bitmir... daşıyırsınız... nə qarnınız, nə gözünüz doyur...
Döyüşçüyə bu münasibət... 93-dən başlayan havanı xatırladır...  vətən üçün can verənlərin - əskərin, zabitin, şəhidin, qazinin... gözdən salınmasını yada salır... kimliyinizi xatırladır...
Lakin gördünüz... o sürəcin sonu ordumuzun və xalqımızın birliyi, hünəri, yenilməzliyi ilə bitdi... Azərbaycan xalqı təkcə dünyaya deyil, onu idarə edənlərə də öz kimliyini göstərdi...
Unutmayın... sifarişli tədbirlərinizlə, gizli oyunbazlıqlarınızla, çörək imtahanına salmaqla... bu xalqın Qarabağ - Vətən eşqinin öldürə bilməyəcəksiniz.  
Ruhumuzla savaşa bilmədiniz... və bilməyəcəksiniz...
Bir an öncə əskərimizin haqqını verin!!!
Mehriban Vəzir

Xudaferin.eu

14:47