4 İyun Azərbaycan Cümhuriyyətinə Qarşı Xəyanət İdi...

4 iyun - 71 il sonra bərpa edilmiş Cümhuriyyətimizə qarşı Kremlin təşkil etdiyi qiyam tarixidir. Ürəyinizi buz kimi saxlayın, bu gün olmasa da bir gün tarix dərsliklərimiz bu gerçəyi olduğu kimi yazacaq.
Hazırda isə 4 iyun tarixi ilə bağlı ölkəmizdəki ictimai rəy sağlam deyil, çürükdür. Çünkü toplumun "fikir babaları" çürükdür...
Faktın iştirakçısı olan çoxluğun ictimai-siyasi durumu anlamaq, doğru dəyərləndirmək şansı azdır. Həm də qorxusu var, çünkü işin içində öz yanlış əməli var. Bəzən də həqiqəti idrak etməkdə çətinlik çəkir, çünkü tarix riyaziyyatdan daha mürəkkəb elmdir. Və üstəlik, qeyd etdiyim kimi bizim çoxluğun "elçisi günümdü..."
Siyasətçilərdən etiraf tələb edən çoxluq - FƏRD öz səhvlərini etiraf edə bilmir. Özünə "mən niyə filan vaxt filan yerdə deyildim", "niyə seyçi qaldım" deyə bilmir. Hər kəs ittihamçıdır. Məsləhətçidir. Ağıl verəndir. Nə yazıq ki illər keçdi... lakin toplumsal suçlarımızı anlayacaq qədər böyümədik... böyüməyə qoymadılar...
93-də "mütləq filankəs gəlməlidir" deyə hayqıran çoxluq isə bu gün "hakimiyyəti niyə filankəsə verdin" deməkdədir.
Bizim yazıq çoxluq - şüuruna Kremldən format atılmış çoxluq o günə - o 4 iyun gününə bu günün ağlı ilə baxır. Amma bir zəhmət çəkib o günün siyasi halından, ictimai rəyindən boylana bilsə anlayar ki, o vaxt hakimiyyətin qaynağı da, dayağı da özü idi. Özü qurmuşdu, o üzdən çiynini çəkən kimi hakimiyyət çökdü. Çünkü 93-də artıq bu günkü günü istəyirdi, "dəmir yumruq" arzulayırdı, boşalmış cilovlarına dayana bilmirdi.
Sayqıdəyər çoxluğun indiki kollektiv ağlı bu gerçəyi anlamağa yol vermir, çünkü artıq hakimiyyətin qaynağı və dayağı özü deyil. Sözü keçmir. İstədiyini, arzuladığını ala bilmir. Çünkü hakimiyyətləri yalnız gətirən apara bilər. Xalq gətirməyibsə götürə bilməz. Hakimiyyət xalqın çiyinləri üzərində durmursa o çiyin yüz dəfə çəkilsin... bir şey olmaz. Xalq aciz qalar. Bu acizliyi üzündən toplum xıncını, ağrısını, acısını - müdirin qamçıladığı adam hirsini övladından aldığı kimi -Cümhuriyyətimizi bərpa etmişlərdən alır.
Böyük Öndərimiz, Cümhuriyyət bərpaçısı Elçi Bəydən alır...
Bu da keçər...
Eyni sözlər bir zamanlar Rəsulzadə haqqında deyilirdi, "dastanlar" yazılırdı, düşmən sayılırdı...
Son sözü ZAMAN dedi - millətin qəlbinə Rəsulzadənin heykəlini dikdi ZAMAN. Artıq Rəsulzadəni 28 aprelə görə yalnız Kremlin açıq cəsusları qaralamağa cəhd edir, gizli şəbəkə susmaq zorunda qalmış... çünkü artıq Rəsulzadənin milli himayəsi var. Xalq öndərinə sahib çıxıb.
Eyni aqibət Elçi Bəyindir... çünkü hər iki Öndərimiz Vətənin azadlığı, müstəqilliyi, Cümhuriyyəti naminə şərəfi, namusu, ömrü-günü ilə savaşdı, əlindən gələni də, gəlməyəni də etdi.
Milli Azadlıq Savaşı Qəhrəmanının ayağı altında prezident taxtı deyil, ZAMAN durur.
Zamanın ucaltdığı ilə savaşa bilməzsiniz. Boyunuzu aşar.
ZAMAN yalançı təbliğatları kübarca, təmkinlə və təbəssümlə çöpə atır...
Mehriban Vəzir

Xudaferin.eu
13:35