Tarixdə Rus Fars Savaşı Olubmu?...

Aleksandr Dümanın "Qafqaz" əsərindən belə bir cümlə: "Ruslar iki yeni düşmənlə – farslarla və türklərlə müharibə apardığı zaman ..."
Məlum... rus-fars deyəndə söhbət 19-cu əsr rus-İran müharibələrindən gedir... bu da məlum... tarixdə heç zaman farslarla ruslar savaşmayıb... həmin illərdə farslar İranda hakimiyyətdə deyildilər... səltənət Türk Qacarların əlində idi (İranda farsları hakimiyyətə ingilislər 1926-cı ildə gətirdi).
İrana "persiya" deyilməsi-yazılması tarixdə çox böyük dolaşıqlıq yaradıb... türklərin qurub idarə etdiyi min illik İran dövləti - İran mədəniyyəti farsların ayağına yazılıb... bu yanlış ifadə böyük fransız Dümanı da çaşdırıb, adam İranı fars qavrayıb...

"Qafqaz" orjinaldan tərcümədir... lakin bu kimi əsərlərin tərcüməsi təkcə dil bilməklə yetərli olmur... işin içində tarixçi də olmalıdır... ki, oxucuya izah etsin, aydınlatsın... yanlışlara aparmasın...

Daha bir yanlışlıq isə mətndə "azərbaycanlı" sözünü işlənməsidir ki... Düma Qafqazda olanda belə bir ifadə yox idi... bizə ya türk deyirdilər, ya tatar, ya da müsəlman...
Mətnə müdaxilə... və yanlış müdaxilə siyasətin uzantılarıdır...
Buna tərcümə mətnlərində, xüsusilə sovet dövründə çox rast gəlinir... Həmidə xanım Cavanşirin memuar əsərinin sovet dövrü nəşrində orijinalda olan bütün türk, tatar sözləri "azərbaycanlı" sözü ilə əvəz edilib. Müəllifin adı, mətnin adı belə dəyişdirilib...
Əlbəttə, anlaşılandır... sovet ideologiyası zorakı və yava idi... müəllifə, mətnə hörmət qoymurdu...

Bəs indi?!

Hələ də heç nə dəyişməmiş kimi qalır...

Mehriban Vəzir
Xudaferin.eu

14:08