Xalq yalnız tam azad olduqda onun gerçək kimliyi ortaya çıxır...

Merkelin dövlətinə yüksək xidməti və ləyaqətli gedişi... belə işləklərin tamarzısı olan insanımızı heyran qoyub. Bir xanımın heyranlığı elə zirvə vurub ki... "kaş alman olaydım" yazdığını gördüm...
"Kaş alman olaydım" ...bu istək məni düşündürdü...
Həmin o alman xalqı ötən əsrdə birinci dəfə Hitler, ikinci dəfə Stalin-sovet rejiminin etkisi ilə nələrə, hansı aşınmalara uğradı... bəlli...
Bir medalın iki üzü faşizm və kommunuzm - insanı insanlıqdan çıxardı... bizi bizlikdən... elə almanı da almanlıqdan...
Yəqin o ağır zamanlarda ağıllı alman alman olmaqdan utanırdı...
İkiyə bölünmüş Almaniyanın guya demokrat vətəndaşı Berlin divarı qarşısında sovet mahnıları oxuyurdu... Əhalisi 18 milyon olan demokratik Almaniyanın Ştazi- (kqb)sinin 6 milyon casusu vardı. Hər 3 nəfərdən biri... təsəvvür edirsinizmi?
Həbslər, işkəncələr, repressiyalar... eyniylə sovet dövrü xatirələrində yazıldığı kimi, bəlkə daha betər idi. Qardaş qardaşı, oğul atanı satırdı. Qısası... bizim 20-30-cu illərdə yaşadığımız müsibətləri onlar sovetlər dağılana (1991) kimi, Berlin divarı devrilənə kimi yaşadılar.
Ştazi son günə kimi vətəndaşa meydan oxudu, almanı manqurta çevirdi...
O idbar quruluş qalsaydı, dünya gücləri bu bölünmüş ölkənin birləşməsinə və rus caynağından xilas olmasına yardım etməsəydi Almaniyada da bu gün merkelləri Kreml təyin edəcəkdi... Təyinat olan yerdə isə yüksək xidmət və ləyaqətli gediş ola bilməz... mümkün deyil...
Sözümün canı odur ki, repressiv hakimiyyətlər xalqı istədikləri kimi yoğurub yapa bilirlər... yaltaq ziyalı, oğru məmur, satqın jurnalist sürüsü yaradıb əllərində kukla kimi oynada bilirlər... buna hakimiyyətlərin resursları yetərincədir...
Xalq yalnız tam azad olduqda onun gerçək kimliyi ortaya çıxır. Necə ki... biz 44 günlük Qarabağ müharibəsində gerçək bir azadlığımızı yaşadıq və milli kimliyimizi dünyaya göstərdik... cəmi 44 gün... sonrası... elə əvvəli kimi davam etməkdədi...
Almaniya azad və süveren dövlətdir. Vətəndaşı da öylə. Çünkü dövlət nə qədər azad və süveren olursa vətəndaş da nə az, nə çox - eynən o həddə azad və süveren olur. Və yalnız belə bir düzəndə milli kimlik özünü göstərməyə - tanıtımına başlayır...
Bizim də milli kimliyimizin ortaya çıxması üçün münbit şərait olduqda... işğalçı imperiyanın dövlətimiz üzərində basqısı-hökmü olmayanda, seçkili orqanlar xalq səsverməsi ilə seçiləndə... bizlərdən heç kəs alman olmaq istəməyəcək. Olduğu olmaq istəyəcək: türksə türk, talışsa talış, ləzgisə ləzgi... yəni Allahın verdiyi milli kimliklə mutlu olacaq. Dövlətə yüksək xidmətlər və vəzifədən ləyaqətli gedişlər olacaq... gedənlər alqışlarla, sevgi ilə... Merkelsayağı yola salınacaq...
Bir sözlə... Merkel Almaniyanın brend məhsuludur. Belə brendlər isə yalnız azad və süveren dövlətlərdə yetişir...
Azad və süveren dövlət olmaq, bütöv olmaqdan başqa yolumuz yoxdur.

Mehriban Vəzir
Xudaferin.eu
09:40