"TƏRTƏR İŞİ"

"Tərtər İşi" ilə bağlı daha bir neçə yüksək zabit, əlbəttə, vəzifə olaraq yüksək, əslində, alçaq və rəzil həbs edilib. 

Bildiyiniz kimi Almaniyadan  Ərəstun Orucluya bu hadisələr haqqında kitab yazmaq sifariş edilib. 
Avropa ölkələrinin bir sıra strateji mərkəzləri Azərbaycanda törədilmiş bu misilsiz cinayəti, ordu komandanlığını ələ keçirmiş kreml nökərlərinin əxlaqsız qətliamını nəzarətə götürüblər. Eləcə də hazırda ölkəmizdə gedən proseslərlə, istintaqlarla, dövlətin gördüyü tədbirlərlə birgə araşdırmağa başlayıblar. 
Avropanın məqsədi Kremlin hibrid savaşlarını öyrənmək,  dövləti və xalqı bu kimi rus fəsadlarından qorumağa hazır olmaqdır.  Eləcə də əsas hədəf Moskvanın nəzarətə götürdüyü ölkələrdə yüksək məmurları ələ keçirməklə və ya vəzifəyə təyin etmə hüququnu əldə etməklə xalqı və dövləti içindən necə çökəltməyi araşdırmaq və müqavimətə hazır olmaqdır.

İşə bax... Dünya bir tərəfdən əskərimizin 44 günlük Qarabağ savaşındakı misilsiz fatehliyini öyrənir... digər tərəfdən ordu rəhbərliyinin əskərə qarşı qətliamını araşdırır... 

Nə isə... hazırkı tuthatut... səbəbsiz deyil... dünyanın gözü baxır...

Dünyanın gözünü Kreml köləsi olan ordu rəhbərliyinə, qəhrəman əskər və zabitimizə qarşı törədilən cinayətlərə yönləndirməyi bacaran hər kəsə minnətdaram. 
Əlbəttə, başda Valide Ehmedova Xanım olmaqla...

Mehriban Vəzir

Xudaferin.eu

14:29