Muharibə canisinin şərəfi ola bilərmi?...

Dostlardan biri yazıb: "Xocalıda rus zabitinin şərəfi ləkələnib" 
Çox naif!!!
Rus zabitinin heç vaxt şərəfi olmayıb. Bunu Xocalıdan öncə də... yüzillər boyu və... dəfələrlə sübut edib.
1804-cü ildə Cavad xan öldürüləndən və  Gəncə süquta uğrayandan sonra genaral Sisianov şəhərdə qırğın törətmək üçün əskərə 4 saat vaxt verdi. Gəncə erməniləri bələdçilik etdilər, ruslar uşaqları öldürdülər, çağaları süngüyə keçirdilər, qadınları atlarına tapdatdılar... təslim olduqdan sonra Gəncənin dinc  əhalisinin 70 %-i yox edildi. Diqqət edin: şəhər təslim olduqdan sonra törədildi bu hərbi cinayət.

1806-cı ildə gecə yatdığı yerdə mayor Lisaneviç Qarabağ xanı İbrahim xan Cavanşiri mühasirəyə alıb  gülləbaran etdi. Xanın özü ilə birlikdə 50 nəfərdən çox ailə üzvləri - qadınlar, azyaşlılar, qundaqdakı çağalar, yaxınlar, qohumlar şəhid oldu.

Uşaq qatili olan rus soldatı Qafqaz xalqlarına, ən çox da ləzgilərə və çeçenlərə görünməmiş divan tutdu... qadınları və uşaqları atların quyruğuna bağlayıb sürüyür, aulları bütün əhalisi ilə uçurumlardan aşağı atırdılar. Dinc vaxtlarda belə soldatın gətirdiyi hər ləzgi başına hökumət 10 manat verirdi.

Bütün 19-cu əsri rus soldatı Qafqazı qanına bələdi, çaqqal kimi gecə pusquları qurdu, şərəfsizcə dinc əhali - uşaq, qadın öldürdü... 

1918-də Bakıda, Qubada, Şamaxıda misli görünməmiş mart qırğını törətdi. Tək Bakıda 15 min əhali qırdı... kəsilmiş başlar, qollar, ayaqlar ənənəvi rus imzası ilə küçələrdə qalaqlandı, qan su yerinə axdı. Bu qətliamda iştirak edənlərin 70%-i rus soldatı idi. Önündə ermənilər maska kimi düzülsə də qırğın Moskvada - Kremldə hazırlanmışdı. Moskva bu qırğını Azərbaycanda şahə qalxmış milli azadlıq hərəkatını boğmaq - Cümhuriyyət quruculuğunun qarşısını almaq üçün törətdi. Eynilə 20 yanvar qətliamı kimi...

20 yanvar... məlum... gözümüzün önündə baş verib...

Qarabağda yox olmuş, yer üzündən silinmiş kəndlər... Meşəli, Quşçular... daha haralar... məlum...

Nəhayət, bu gün 26 fevral... Xocalı... 366-cı rus alayının öndərlik etdiyi faciəmiz... insanlığın üz qarası... rus-erməni əxlaqının görünən üzü...

Bu yazdıqlarım uşaq qatillərinin Qafqazda - Azərbaycanda törətdikləri müharibə cinayətlərinin mində biri belə deyil...

İndi cavab verin:
Rus zabitinin şərəfi varmı? Evlərə soxulub qadın, qoca, uşaq öldürən, dinc əhaliyə gecə pusquları quran  əskərin, zabitin şərəfi ola bilərmi? Təslim olduqdan sonra belə Gəncə əhalisini - uşaqları, qadınları, əlsiz-ayaqsızları qanına bələyən zabitin şərəfi varmı?
Xocalını gözümüzün önündə törədib qanlı tamaşanın ön səhnəsinə 5-6 murdar erməni düzən  rus zabitinin şərəfi varmı?

Mehriban Vəzir
Xudaferin.eu

22:25