…Murtuza Muxtarov ismi hamıya bəlli deyil. Amma “Səadət Sarayı” deyəndə əvvəllər hamı bilirdi söhbət kimdən və nədən gedir. İndi o ev “səadət sarayı” deyil, nə olacaq, kimin olacaq o da bəlli deyil. Və olacaq əhvalat o evin taleyindəki son səhifə də deyil. Amma kaş ki, o binaya “Murtuza Muxtarovun evi” adı veriləydi. Çünki Murtuza ağa son bir etiraf məktubuna görə buna haqq etmişdir.
Bəlli olduğu kimi Murtuza Muxtarov bolşeviklərə təslim olmayıb, son nəfəsinə qədər atışıb və evində qətlə yetirilib. Sabahı bəlli olamayan dünənki o “səadət sarayı”nda ev sahibinin – tarix üçün o qan hələ qurumayıb – nahaq qanı tökülüb. Murtuza Muxtarov bu son döyüşdə öləcəyini bilirdi. Amma qərarı qəti idi, təslim olmayacaqdı bolşeviklərə.
Bolşeviklər axırıncı dəfə qapısını çalana qədər iş otağında, masa arxasında oturub bu sözləri yazır:
“Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”
Sətirlərin göz yaşına bax… hələ də qan ağlayır…
Bundan sonra qurşun səsləri aləmi bürüyür və bir dönəm bitir. Tarixin səhifəsi bir nəfər üçün deyil, bir xalq üçün qanla, qətllə sona yetir. Murtuza Muxtarov və onun kimi başbilənlərimiz anlayanda iş işdən keçmiş olur. Bakını əyləncə mərkəzinə çevirən neftxudalar nəinki saraylarının, hətta bir qol saatlarının belə oğul-uşaqlarına, nəvə-nəticələrinə qalmayacaqlarını heç ağıllarına gətirmirdilər. Dünya mənimdir- deyirdilər. Elə indikilər kimi…
Paltar-palazlarının, qaş-daşlarının, evlərinin sayını itirən və gözüdoymayan arvadlar da elə o kişilərin günündə idilər… o da eynilə indikilər kimi…
İnsan çoxmu dəyişib? O, bu gün 100 il əvvəlkindən nə ilə fərqlənir? Zənginlər Murtuza Muxtarovu tanıyırlarmı? Son məktubunu oxuydularmı? Vətəni alınmaz qalaya çevirmək üçün nələr elədilər? Axı, o kişi o məktubu özü üçün yazmamışdı. Özündən sonra gələn zənginlər, yəni məsullar üçün yazmışdı. Öz taleyini göstərib Bakını əmanət etmişdi. Edə bilmədiklərini xələflərinə tövsiyə etmişdi. Zəngin zümrənin harınlığının faciə ilə bitən sonluğundan danışmışdı. Vətən və vətənpərvərlik anlayışının eləcə şüar olmadığını qanı ilə yazmışdı.
Bu günkü zənginlər Murtuza Muxtarovun o qanlı məktubunun deyil, o qanlı evin peşindədirlər yəqin ki. İnsan dəyşə bilmir. Qılı-qiyafəti, arabası dəyişir, zatı dəyişmir.
Yaxşı, bunlar bəlli, bəs biz nə etməliyik? Bu qədər acı təcrübəsi olan bir xalq nə etməlidir? Bu xalqın zənginləri, boynunda məsuliyyəti olanları, düşünürləri nə etməlidirlər? Alimi, ziyalısı, məmuru nə etməlidir?
Bəli, Bakını alınmaz bir qalaya çevirməliyik.
Bu qalanın uzaqgörən və uzaqvuran bürcləri olmalıdır.
Bu gün üçün bu bürclərdən biri təhsildir!O biri elmdir!
Mədəniyyətdir!
Maarifdir!
Səhiyyədir!
Azad sözdür!
Ədalətdir!
Qanundur!
Demokratiyadır!
Vətənpərvərlikdir!
Cəsarətdir!
Ləyaqətdir!
Şərəfdir!
Xalqın rifahıdır!
Dürüstlükdür!
Halallıqdır!
Sual edirəm? Sayılan bürclərin hansı ayaqdadır, hansı dimdikdir, hansı yenilməzdir?
Heç xəbərimiz varmı ki, biz bu şəhəri, yəni bu vətəni nə günə qoymuşuq? Avropa ilə Asiya arasında “altun” qapı olan bu vətən, bizə tale yazılan bu zavallı vətən hansı yeldöyənə dözə bilər bu sınıq-salxaq halı ilə?
Təssüf ki, tarix təkrar oluna bilər. Şəklindən və şərtlərindən asılı olmayaraq təkrar… Və biz zorla həmin təkrara – daima dönməkdə olan şeytan çarxına doğru sürükləyirik bu Vətəni. Bəlkə də bu günkü harınlardan kimlərsə döyüşəcəklər, kimlərsə bənzər mətnli məktublar yazacaqlar, kimlərinsə nəsilləri yenə də küçədə dilənəcəklər. Yaxud böyük banklarda yatan böyük paraların kiçik varisləri olaraq küncdə-bucaqda sakitcə qətlə yetiriləcəklər. Amma uduzan hamı olacaq. Hamı. Istisnasız olaraq hamı.
Yüz il sonra yenə də ötən əzəmətdən bir qadına belə bir qırıq üzük, bir kişiyə belə yatmış bir saat nişanası qalmayacaq indiki zənginlərdən. Çünki davamlılıq yoxdur. Çünki zənginlik bizim zənginlərə ağıl deyil, mədəniyyət deyil, nəciblik deyil, məsuliyyət deyil, yalnız harınlıq gətirir. Sonu isə qanla bitir. Bu, tarix boyu belə olub. Qanlı yeldöyənlər başlayıb. Gələn gedəni məhv edib. Gələn gedənə qənim kəsilib. Məzlumlar zalım yetişdirib. Zalımlar isə həm məzlumlara, həm də öz nəsillərinə, gələcəklərinə qənim kəsiliblər.
Əlbəttə, məsələ nə üzükdə, nə saatdadır. Məsələ varislikdədir.
Bu məmləkətdə niyə varislik yoxdur, niyə davamlılıq yoxdur? Mən bu sualın cavabını axtarıram. Xata bizdədirmi, coğrafiyamızdadırmı? Biz nə etməliyik?
SƏTİRLƏRİN GÖZ YAŞINA BAX!!!

Mehriban Vəzir
Xudaferin.eu
11:49