Demək, "O, Olmasın, Bu, Olsun" filmində belə bir epizod var. Bilirəm, çoxunuz fikir verməmisiniz. Bazarda bir nəfər, önündə dəzgah, dəzgahın içi dovğa istikanları ilə dolu dolaşır, "hacı sonqulu doğası" deyib car çəkir. Yəni dovğa satır. Ani bir məqamdı.
Bəs bu Hacı Hüseynqulu kimdi?
Deyim, bilin. Bakılı bir baqqal!
Köhnə Bakıda çeşid-çeşid yeməkxanalar varmış. Biri də Hacı Hüseynqulunun məşhur aşxanası idi. Şəhərin ən mötəbər adamları plovu Hacının dükanında yeyərmişlər. Çünkü ləzzətinin misli yoxmuş.
Qazan-qazan plov səhər dəmlənər, axşama bir dənə düyü qalmazmış.
Bir gecə dükanı bağlayanda Hacı bir-bir qazanlara baxır, görür qazandibi necə var eləcə qalıb. Qanı qaralır. Başına hələ belə iş gəlməmişdi. Necə ola bilər ki, Hacı Sonqulunun plovu yeyilməsin, tökülsün qalsın?!
Hacı müştərilərinə qəzəblənir, deyir, "əybi yox, süz ki mənim plovumu bələ bihürmət ələdüüz, mən bu plovu süzə yidizdirim, süz də baxun"
Ertəsi gün bir iri tiyan dovğa bişirtdirir, şəyirdləri çıxardır mətbəxdən, yağ içində üzən bayat aşı - qazan dibini aşırır dovğa qazanına. Plovun böyründə sırıyır millətə.
Dovğanı yeyən deyir, birini də gətir...
- Birini də mənə...
- İkisini bu masaya...
Dovğa dönür olur tutya...
O gündən Hacı Sonqulu axşamdan qalan aşı - qazanın yağlı yerini səhər dovğaya aşırır, amma gizli. Kimsə Sonqulunun sirrini bilmir.
Dovğa Bakıda ad qazanır: "hacısonqulu doğası"
Millət indi də Hacının dükanına dovğa içməyə axışır. Əlbəttə, plovun üstündən. O gündən müştəri Hacının dükanında plovdan əlavə dovğaya da pul sayır.
Məşədi İbad" filmində səslənən "Hacısonqulu dovğası"nın hekayəsi budu...
Yırtıcı bolşeviklər gələnə kimi "hacısonqulu dovğası" Bakıda adla olub.
Gəldilər... baqqalı, əsnafı, taciri, ticarəti... ənənələri... kökləri kəsdilər...
s.a.
Əhvalatı niyə xatırladım? Onu sonra deyəcəm :)
Hacısonqulu dovğası
Mehriban Vəzir

01:39