İnsan… çətin məsələdi…

Bu gün ağlagəlməz bir iş gəlib başıma...
1-ci sinifdə oxuyan nəvəm sinifin əlaçısıdır. Hazırda bilirsiniz, müəllim və valideynlərlə bütün əlaqələr, votsap qruplar üzərindən qurulur. Nəvəmin sinif yoldaşlarından biri, təsəvvür edin, 6 yaşlı bir qız anasının nömrəsindən qrupa - müəllimə səs göndərib. Deyib: "Öyrətmənim, sana bir söz söyləyimmi? Sən çok kötüsün”. Ardıyca ikinci mesajı yollayıb: “Bu arada benim adım: Timur"
Yəni öz adını deyil, nəvəmin adını söyləyib.

Mesaj bütün qrupa yayılıb...

Həm gülməli... həm düşünməli...

Düzü… çox heyrətləndim… axı niyə… səbəb nədi… bu uşaqlar heç bir-birini görmürlər, internet üzərindən dərs keçirlər. Bu balaca qızın canı niyə bu qədər yanıb ki… adını qoymaq belə mümkün olmayan bu əməli “kəşf” edib?
Vallah, neçə psixoloq gəlsə… baş açmaz ki bu hərəkəti tətikləyən hansı daxili qüvvədir? Hansı irsdir?

Görünür bu tale bizdə irsəndi... bu xeyirsiz "irsi" isə nəvəmə mən ötürmüşəm...

Tək birini deyim... fb-də kiminlə foto paylaşaramsa və ya işbirliyim görünərsə... o 6 yaşlı qız kimi canında yaramazlıq olan 3-5 nəfər... kimlərdi, bilirəm... o saat araylb bulub tərəfdaşlarıma ağızlarına gələni deyirlər: nə bilim... Mehriban sənin haqqında bunu dedi, onu dedi... yəni olmayan laflar...
Amma bu 6 yaşlı qızdan fərqli olaraq ustalaşıblar, ömürləri iftira atmaqla, aravurmaqla keçdiyindən böyük təcrübə sahibidirlər... belə işləri artıq yüz fəndlə edirlər... Olsa-olsa… son dəfə 6 yaşında belə naşı ola bilərdilər…

İnsan… çətin məsələdi…

Bir dəfə bir dostum belə bir fikir söyləmişdi:
- Şöhrət də irsəndir…
Məncə, dostum düz deyir, şöhrət də irsəndir.
Daima böhtana düşmək də irsəndir.
Aravuran olmaq da irsəndir.

Nə etməli?

Bir insanın mayası pozuqsa… düzəlməz... qabında nədi… odu…
6 yaşından taa qəbrə kimi... qəlbi soxulcan yuvası kimi... daima pis-pis qaynaşacaq...

Mehriban Vəzir
Xudaferin.eu

09:40