9 avqust - kitabsevərlər günü...

İbrahim xan qızı Gövhər ağa Cavanşir... 
O, Qarabağın qadın kitabsevərlərindən biri və bildiyimiz tarixdən ən birincisidir. 

Gövhər ağa 1868-cı ildə  175 min manat qızıl axça xərcləyib Şuşanın Böyük Cümə Məscidini ( Gövhər ağa məscidi) bərpa etdirdi. Məscid nəzdində mədrəsə və kitabxana açdırdı. 
Sonralar Gövhəriyyə adlanan, dini və dünyəvi bilik verən bu mədrəsədə yoxsul uşaqlar Gövhər ağanın hesabına təhsil, təqaüd və dəftər-kitab alırdı. 
Sovetlərin 1920-ci ildə darmadağın etdiyi bu təhsil ocağında görkəmli alimlər, şairlər, dövlət xadimləri yetişmişdi. Gövhəriyyə mədrəsəsi yüzillərlə tarixi olan Qarabağ mədrəsələri arasında təsisçisi qadın olan yeganə ali məktəb idi. Eləcə də ən böyük kitabxanası olan mədrəsə idi. 
Mənbələr deyir, Qafqazın ən zəngin xanımağası Gövhər ağa Cavanşir  kitaba para əsirgəməzdi. Dünyanın ən mötəbər bazarlarından qızıl pula kitab gətirdər, əvvəlcə özü oxuyar, sonra mədrəsənin kitabxanasına göndərərdi...

Xanqızı Gövhər ağa kitabsevərlərimiz üçün milli  kitabsevərlik tariximizdən nadir bir örnəkdir. 
Təkcə kitabı deyil, kitaba xalqın savadlanması naminə dəyər verənlərimizi də sevin...
Sevin ki... seviləsiniz...

Mehiban Vəzir

Xudaferin.eu

23:18