Ənvər Çingizoğlu o qədər qiymətli bir şəxsiyyət idi ki... vəsfə gəlməz... çox heyif, çox təəssüf, çox vaxtsız...
O, bu vətənə ömrünün hər günü ilə, hər saatı ilə xidmət etdi - oxudu, araşdırdı, yazdı, tanıtdı... bir institutun 40 ildə görəcəyi işi təkcanına gördü... yordu özünü, havasız daxmalarda yaşayıb yaratdı, xəstə canına belə rəhm etmədi, son nəfəsinə kimi işlədi.
Ona şəxsi minnətdarlığım da hüdudsuzdur. Bizim - Vəzirovlarn şəcərə sənədlərini arxivlərdən çıxarıb ölkəyə gətirdi, bizi bizə tanıtdı. Biz bu ağır zəhmətə, araşdırmalara, yazdığı kitablara görə sadəcə təşəkkür etdik, bir stəkan çayımızı belə içmədi.
Qarabağın tarixini kənd-kənd bilirdi, nəsilləri, zadəgan soyları adbaad və xidmətləri ilə bilirdi. Bizi bizdən yaxşı tanıyırdı. Fövqəladə yaddaşı vardı...
Haqqında danışmaqla bitməz... bitməz...
Əziz Leysan xanıma və dəyərli övladlarına dərin hüznlə başsağlığı verirəm... həm də hamımıza... bu itki hər birimizindi, Vətənimizindi...
VƏSFƏ GƏLMƏYƏN ŞƏXSİYYƏT

Məkanı cənnət, Ruhu şad olsun.
Mehriban Vəzir
Xudaferin.eu
20:57