Mehtiquluxan Usmiyev adına Şuşa qiraətxanası...

9 avqust kitabsevərlər günü imiş... El dili ilə desək, "kitab ölüsü" olanlardan ilk öncə Elman Dayı yadıma düşdü... ruhu şad olsun... Ondan da öncə... Mehtiquluxan Usmiyev... Bu böyük kitabsevərimizi tanıtmaq istədim... Mehtiquluxan Usmiyev Qarabağ xanlıq dövlətinin qurucusu Pənah xan Cavanşirin dördüncü qurşaq nəvəsidir. Xanqızı Xurşudbanu bəyim Natəvanın və knyaz Xasay xan Usmiyevin oğludur. Dağıstanın ünlü Türk soyu olan Usmiyevlərin və bizim Cavanşirlərin ləyaqətli təmsilçisidir. Vəfa` imzası ilə şeirlər yazıb. Xan babasının adını daşıyan Mehtiquluxan Usmiyev 17 fevral 1897-ci ildə Şuşada öz xərcinə əhali üçün ilk qiraətxana açdırmışdır. 1897-ci ildə!!! Öz hesabına... Şuşa əhalisi üçün qiraətxana!!! İşdə, gerçək ali təbəqə... Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazır: “Mehtiqulu xanın nəşi Qarabağa gətirilərkən ətraf kəndlərdən gələn bütün insanlar yollara çıxaraq onu qarşılayırdı. Xan xüsusi bir ehtiramla Ağdamda ata-babalarına məxsus xanlıq imarətində dəfn olundu. Qarabağlılar bir neçə səbəbdən onu çox sevirdilər. Birinci, fövqəladə səxavətli idi. İkinci, çox alicənab və mərifətli adam idi. Üçüncü, çar hökumətinin əleyhinə və xalqın qeydinə qalan idi. Ölümü ilə bağlı nekroloq verən “Kaspi” qəzeti 8 sentyabr 1900-cu ildə yazır: “Nadir Şərq kitablarını yığmaq və oxumaq onun ən sevimli məşğuliyyəti olmuşdu. Bu kitabları toplamaq xatirinə knyaz Mehdiqulu xan heç bir vəsait əsirgəməzdi. Onun şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə tapılardı”. Təklif: Umud edirəm, Şuşada qiraətxana da olacaq. Şuşanın kitaba ehtiyacını bilən, duyan, bu işi öz hesabına görən Mehtiquluxan Usmiyev adı unudulmamalı... Mehtiquluxan Usmiyev adına Şuşa qiraətxanası... O qiraətxananın kitabı xalqın - bizim boynumuza... "Arzuya bax, sevgilim..." Mehriban Vəzir Xudaferin.eu

23:05