Türkiyə dövlətinin varlığını Türk millətinin varlığına və böyük gələcəyinə qaranti bilən biriyəm mən. Otuz ildir Vətənim bildiyim bu ölkəyə gedib gəlirəm. Son illərin gedişi isə bir az fərqlidir, əli dolu, yüklü gedirəm. Uşaqlara gözəl Azərbaycanımıza aid nemətlərdən aparıram. Övladı qürbətdə olan analarımız zənbilimi görməsələr də içindəkilərin nə olduğunu əzbərdən bilirlər
Yeri gəlmişkən deyim: bu gedişimdən 3 gün sonra Kaanım anasına sual edib: nənə bu dəfə şəkərbura gətirmədimi? Yəni hər dəfə bu kimi kəsirlərimiz qalır
Geri döndükdə isə boşalmış çamadanımı zəruri şey-şüylə, Bakdakından daha keyfiyyətli və ucuz bildiyim ərzaqla doldurub gətirirəm. Bu, ən azı bir-iki həftə bazara-dükana çıxmamaq baxımından da əlverişli olur.
Hər yerə - bazar-dükana, avm-lərə, camilərə, hamamlara, parklara, kafe-restoranlara getməyi, sahilləri, yürüyüş yerlərini dolaşmağı xoşladığımdan... bəlkə də insanı sevdiyimdən ünsiyyətim və müşahidələrim çoxdur...
Türkiyə, özəl olaraq İstanbul əhlinin ümumi bir xarakteri var: bu insanlar evə sığmırlar, istirahət günlərini, eləcə də boş saatlarını dörd divar arasında keçirə bilmirlər, ilin fəslinə, istiyə, soyuğa, yağmura, ruzgara baxmazlar... sahillər, kafelər, çayxanalar, restoranlar dolub daşır. Və bu hal - gördüyüm qədər - insanların maddi durumuna deyil, istəklərinə və vərdişlərinə bağlıdır.
Durumu babat olan bazar kahvaltısını, axşam yeməyini yaxşı restoranlarda, durumu orta olan çoxluq təsislərdə - bələdiyyənin restoran və kafelərində edəcək, bu kimi lükslara imkanı olmayan təbəqə isə yemək boxçasını yığıb deyə-gülə sahilə və ya yaxınlıqda olan parklara axınacaq, çəmənlikdə süfrə açıb, ailəcə və ya qohum-qonşu dünyadan feyz alacaqlar... qohum-dost görüşlərinin də piknik tərzi keçirilməsi adətdəndir. Bələdiyyələr hər addımda uyğun yerlər təmin edib. Az qala hər kəsin arabasının baqajında açılıb bağlanan oturacaq var, harda istədi, süfrəsini açıb termosunu çıxarıb çayını içər...
Yaşlı qadınlar isə bir ayrı məsələdi: görkdü! örnək almalı işdi!
Deyərdim, sanki bütün yaşlılar, ən çox da qadınlar sahillərdə və parklarda, kafelərdə, lokantalarda və piknik yerlərindədirlər...
Məsələn, bizdə yaşı 70-i keçmiş bir qadının bir kafedə tək oturub çay, kahvə işdiyini görmək asan iş deyil... yaşlı cütləri çayxanada da görməzsiniz...
Türkiyədə isə bu görüntü ənənəvidir... adətdəndir... ictimai vərdişdir... vazkeçilməz alışqanlıqdır...
Türkiyə insanı sanki azadlığa, genişliyə, açıq havaya dünyanın digər Türklərindən daha çox bağlıdır...
Niyə? Nədən? Təbii ki nədənləri var...
Biz belə deyilik... biz işğalların ən quduzu olan rus işğalını və insanlıq düşməni olan rus-sovet rejimini yaşamışıq. Dünyaya qapalıyıq. Hətta küçələrimizə, parklarımıza, meydanlarımıza, sahillərimizə, çəmənlərimizə... balkonlarımıza belə... qapalıyıq. İctimai-siyası qapalılıq bizi tərk etsə də genlərimizdə yaşayır və hələ bir müddət yaşayacaq. Bizim üçün dörd divar arası daha asayişlidir... Hər birimizin özümüzə belə bəlli olmayan şüuraltısında evdən çıxıb bir daha geri dönməyən bir kişinin, bir ömür gözüyaşlı qalan bir qadının hekayəsi var... özümüz bilməsək belə... bizim instinktiv sığortamız içərdədir, dışarda deyil...
Sözü uzatdım... qüsura baxmayın... əslində demək istədiyim başqadır... Türkiyə insanından danışmaq istəmişdim...
...ertəsi gün Bakıya dönməliydim, Üsküdar mərkəzdə Makbul şəbəkəsinin bir dükanı var... həmişəki kimi oraya uğradım... bir az lokum al, kahvenin yanında yaxşı gedir... bir az xurma al, yeriniz məlum... bir az təzə fıstık al, dişiniz-başınız ağrımasın... bir az təzə kahve çəkdir, ətrinə doyulmaz... Mağazaya girəndə isə artıq əlimdə yüküm vardı, cümə bazarından bir neçə cür zeytun almışdım... həvəskarıyam... İstanbul bazarlarındakı zeytun çeşidləri bizim bazar-dükanda tapılmaz...
Nə isə... tamah üstələmiş, çəki üstünə çəki gəlmiş, yüküm ağırlaşmışdı... durdum yolun kənarında taksi gözləməyə... 5-10 dəqiqə keçdi... gəlmədi... arabalar sel kimi axır, arasında bir boş taksi yox... Bir az irəlilədim, gördüm olmur, bu yüklə yürümək mənlik deyil. Yenidn yolun kənarında durub gözlədim. Bu minvalla 20 dəqiqə keçdi... günlərdən cümə... Üsküdarın Əhmədiyyə meydanında nəhəng Cümə Bazarı qurulub... bazarın rişələri bütün ətraf sokaklara yayılıb... vurhavurdu, alan alana, satan stana qarışıb... millət küçələrdədi, maşın əlindən addım atmaq olmur, amma bir taksi belə yox...
İstanbulun taksi problemi hazırda Türkiyənin siyasi gündəmindədi. Ən aktual siyasi dartışmadı. Taksi çatışmazlığı üzündən iqtidarla müxalifət bir-birinə girib... biri o birini, o biri bu birini yerdən yerə vurur... lakin heç nə dəyişmir... əzab çəkən isə küçədəki vətəndaşdır... bələdiyyə İstanbulda taksilərin sayını artırmaq üçün bakanlığa on dəfə təklif verib, bakanlıq isə bu təklifləri on dəfə geri çevirib... bələdiyyə chp-nin, bakanlıq akpartinindir, iş çıxıb siyasi dartma yaxam cırıldıya... millət isə küçələrdə taksi gözləyir...
Beləcə boşa gedən səbirsiz dəqiqələrim mənim taksi tutmaq ümidimi heç etdi. Lakin bu yolun qırağında saatlarla gözləməli olsam belə öz gücümə mənzilbaşına yetə bilməzdim. Bu üzdən durub gözləyirdim. Bu sırada özümə savaş açmışdım, əslində 5-6 kilonu keçməyən bu şey-şüyü aldığıma görə üzümə demədiyim söz qalmadı. Aldığını geri qaytarmaq fürsəti olsaydı bəlkə onu da edərdim. Arada kəndimə vəkillik də edirdim: axı hardan biləydim ki taksi olmayacaq...
Peşman gözlərimi taksi yolundan ayırıb səki (qaldırım) ilə yürüyən insanlara baxmağa başladım: görəsən kimdənsə kömək istəyə bilərəmmi? Ayıb olmazmı?
Bütövlükdə sel kimi axan, təklikdə iti yürüyən adamların hər biri öz aləmində idi: kimi söhbət edir, kimi qəhqəhə çəkir, kimi telefona baxır, kiminin qulağı qulaqcıqla dünyaya qapanmış, kimi yorğun, kimi bitkin, kimi ədalı... baxdıqca doyulmaz mənzərə...
Üz tutmalı birini arayırdım... həm də utanırdım... yolunu gedən adamı zəhmətə salmaq da mənə görə xoş deyildi... amma çarəm yox idi..
Bu vaxt özümdən asılı olmayaraq gənc bir qadına üz tutdum... əslində gerçəkdən özümdən asılı olmadı, sanki içimdə biri məni dürtdü və mən bu gənc xanımı durdurdum... problemimi ona dedim. Əbəttə, o məni eşitmirdi. Eşitmək üçün qulağındakıları çıxardı. Sözümü təkrar etdim. Yəni poşetlərimin birini ala bilərmi, o durağa (dayanacağa) qədər yardım edə bilərmi? - deyə çox çəkinərək, çox çətinliklə sordum. Yəni yox desəydi qətiyyən inciməzdim və ona haqq verərdim.
İsti geyimli, üzündə maska, soyuq və çevik görkəmli bu gənc xanım üzünü mənə çevirəndə onun nə qədər gözəl olduğunu gördüm. Uzun boylu, ağbəniz, vücudunun açıqda olan tək parçası - qara qaş-gözü işıq saçırdı... bir anlığa peşman oldum, belə gözəl qıza qıymayaydım kaş... bu görüntünü pozmaq heç salah deyildi...
Gənc xanım həmən əlimdəki poşeti aldı, "mən də elə oraya gedirəm" deyib o biri poşeti də çəkdi, vermək istəmədim, dedim: "birini götürün, yetər", razı olmadı, ərklə çəkib o birini də əlimdən aldı.
Bir xeyli yanaşı getdik, o mənim yükümü daşıyır, mən də əlimi, qolumu sallayıb yanaşı yürüyürdüm. Əlbəttə, rahatsız idim. Yüküm yüngülləsə də ürəyim rahat deyildi. Çox minnətdar idim, lakin arada xəcalət də çəkirdim... tez-tez poşetin birini geri istəyirdim... bu gözəllikdə qızın görüntüsünü pozduğum üçün üzgün idim... gənc xanım isə iki əlində mənim poşetim ceyran kimi dingildəyə-dingildəyə, gəncliyin verdiyi bir şövqlə, dimdik yürüməkdə idi... arada ona məmnunluğumu bildirir və üzürxahlıq edirdim... o isə mənə dönür, qara gözlərinin odunu səxavətlə üstümə yayır, xoş sözlər söyləyirdi... və biz beləcə durağa çatdıq...
Gənc xanım çox şövqlü idi... əlbəttə, bu sadəcə gəncliyin deyil, vicdanın, mərhəmətin, şəfqətin, yardımsevərliyin verdiyi bir şövq idi... eləcə də bu misilsiz duyğuların verdiyi bir zövq idi...
Yardım edən insanların etdiklərindən nə qədər zövq almalarını, həmin anda necə şövqlü, mutlu olmalarını çox... çooox görmüşəm... yardım etmək də insana aid bir ehtiyacdı, sadəcə bir az yüksək, daha insani bir ehtiyacdı...
Bu, İstanbulda rastladığım saysız-hesabsız insanlıq hadisəsinin ikicə gün öncə olanıdır.
Çox əminəm ki, dövləti ədalət yaşatdığı kimi milləti də vicdan yaşadır.
Türk milləti insanlığın vicdanıdır, Türk milləti mərhəmətlidir, Türk milləti yardımsevərdir, Türk milləti insaflı və şəfqətlidir - deyən böyüklərimizlə həmfikirəm... qeydsiz-şərtsiz həmfikirəm... yüzdə yüz həmfikirəm...
Gözlərinin işığını unuda bilmədiyim o gənc xanıma, millətimizin və insanlığın vicdanı olan bütün insanlara minnətdarlığımı, sayqılarımı və sevgilərimi göndərirəm...
İkicə gün öncə...

Mehriban Vəzir
Xudaferin.eu
15:56