Rusiyanın Qafqaz köçləri...

19-cu əsrin başından - Rusiya Qafqazı işğal etdikdən sonra yerini möhkəmlətmək, öz cənub sərhədlərinə kimi rus dilini və xristianlığı yaymaq üçün 3 istiqamətdə köç başlatdı:
1. Malakanlar
2. Almanlar
3. Ermənilər
Malakanlar 1918-ci ilin mart soyqırımında yaxından iştirak etdilər, əlləri millətimizn qanına batdı. Lakin bundan sonrakı 70 ildə də Azərbaycanda üstün xalq kimi yaşadılar. İlk köçlərində devrilmiş Şirvan xanının əkin sahələrini onlara peşkəş etmişdilər. Şirvan bəylərini Sibirə sürgün edib torpaqlarını onlara verdilər. Sovet dövründə də dövlətdən böyük güzəştlər - subsidiyalar, krediklər aldılar, əkdilər, biçdilər, gözəl keçindilər.
90-larda gəldikləri kimi Rusiyaya döndülər... Bakıda qalan tək-tüklər hələ də dövlət qayğısı altındadır... işsizinə rast gəlməzsiniz... əslində nisbi say hesabı ilə əhali olaraq  elə yox kimidirlər...
Almanlar... onların talei fərqli və faciəli oldu... ruslar  Almanları  xanlıq torpaqlarında, qətlə yetirilmiş Cavad xanın dədə-baba mülkiyyətində  yerləşdirdilər. Bir sıra Gəncəbasar bəylərini də min bəhanə ilə sürgün edib torpaqlarını müsadirə etdilər, almanların yerləşdiyi əraziləri genişləndirdilər. Gəncəlilərə kütləvi faciələr yaşatdılar. Bu, 1820-ci, 1830-cu illər idi... 200 il öncə... 
1860-70-lərdə Rusia ilə Almaniyanın münasibətləri pozuldu. Bu pozuntu 1939 - II dünya müharibəsinə kimi müxtəlif və dəhşətli mərhələlərdən keçdi... ruslar alman zənginlərini qatil erməni daşnaklara yem etdilər... Daşnaklar almanlara qənim kəsildi... zənginləri oğurlayıb böyük fidyələr aldılar, verməyəni öldürdülər. Daşnakların arxasında Qafqazın yerli rus idarəetməsi dururdu. 
Ruslar Gəncəbasar (bütün Qafqaz) almanlarını - on minlərlə əhalini həm birinci, həm ikinci dünya müharibəsində məhv etdilər, Sibirə sürgünlər, güllələnmələr hüdudsuz oldu... xüsusilə 41-45 - Almaniya ilə savaşda hamısı casus kimi damğalanıb sürgün edildi. İndi Gəncəbasarda onlardan bir nəfər belə qalmayıb.
Sıra gəldi ermənilərə. 1828-ci il Türkmənçay müqaviləsi ilə İrəvana, Naxçıvana, Qarabağa köçürüldülər. Qacar dövlətini çökdürən bu amansız müqavilə səlahiyyətli səfir, yazıçı Qriboyedovun təşəbbüsü ilə daha da acımasız hala gətirildi. Müqavilə insafsızlığı ilə rus çarını, xarici işlər nazirini, hətta Qafqaz canışını Paskeviçi belə təəccübləndirmişdi. Yazıçı türk düşməni idi...
Rusiyanın Qafqaz işğalını güvənli etmək üçün əraziyə sancdığı 3 sütün - malakan, alman, erməni... 
Sütunların ikisi yerli müdaxilə olmadan, çeşidli səbəblərlə sıradan çıxdı...
Son sütun - erməni daha dayanıqlı çıxdı. Çünkü Rusianın Qafqazda axıtdığı qan, amansızlıq, vəhşilik erməni təbiətinə uyğun idi... Rusiyanın işğal senarisini erməni daha yaxşı ifa edə bilirdi... çünkü mahiyyəti, təbiətindəki qatillik bu filmin baş oyunçusuna çevrilməyə uyğun idi...
Lakin... nə olmuş olsa belə... saçayağın ayaqda qalması üçün bir sütun yetərli deyil...
Sürəc davam edir...

Mehriban Vəzir

Xudaferin.eu

 

12:15