Elçi Bəy – son mogikan…

Mehriban Vəzir, yazıçı-publisist

Artıq 4 əsrdir Azərbaycanın qüzeyində, bu günkü Azərbaycan Respublikasında Tehran və Moskva hegemonluğuna qarşı azadlıq savaşı gedir.

Nadir şahdan sonra yaranmış Azərbaycan xanlıqları Tehrana tabe olmaq istəmədilər. Xanlar, İran iqtidarı Türklər belə olsa Tehrana bac-xərac verməkdən boyun qaçırır, süveren olmaq istəyirdilər. Bu azadlıqdan ötrü xanlıqlar 18-ci əsrin ikinci yarısı boyu – tam 50 il İran yürüşlərinə qarşı savaşda olmuş və güclərini itirmişdilər.

Qüzeyin – Vətənimizin bu gücsüz dönəmində rus Qafqaza ayaq açdı…

19-cu əsr rus işğalının Azərbaycanın qüzeyinə gəlişi və əhalinin dirənişi dövrüdür. Bu 100 ildə işğalçı ruslara qarşı qiyamların, üsyanların, etirazların, eləcə də köçlərin sayı-hesabı olmadı. Azərbaycan Milli İstəyi, Milli Şüuru İran istismarına qarşı olduğu kimi bu dəfə də Rusiya işğalına etiraz edirdi. Azərbaycan iki od arasında qalmışdı. Lakin yenilmir… azad yaşamaq üçün savaş verirdi.

20-ci yüzilin əvvəlində Rəsulzadə və silahdaşları millətin bu azadlıq istəyini üçrəngli bayrağa, Cümhuriyyətə çevirdi. Azərbaycan zadəganları və elitası Şərqdə ilk parlament respublikası qurdu. Cümhuriyyət olmaq Moskva və Tehran diqtəsindən azad olmaq, süveren olmaq demək idi.


Kreml Cümhuriyyətimizi qan içində boğdu. Yüzminlərlə insanı qətlə yetirdi. Lakin Milli İstək – xalqın azadlıq ehtirası ölmədi. Milli Azadlıq sevdası əsrin sonuna yenidən cücərdi.
20-ci yüzilin sonunda Elçi Bəy və silahdaşları Moskvadan asılı olmayan, Kreml diqtəsi ilə idarə olunmayan,düşmənə bac-xərac verməyən Cümhuriyyəti bərpa etdi. Cümhuriyyətin bütün atrubutlarını sahibinə – xalqa qaytardı. Elçi Bəy Rəsulzadə və cümhuriyyətçi kimlikləri topluma tanıtdı. Elçi Bəy xalqı min illik azadlıq sevdasına qovuşdurdu.
Lakin… iki od arasında… dövlət olmaq, millət olmaq… ağır imtahandı…
Kreml Rəsulzadənin hansı səbəbdən devirmişdisə, eyni səbəblə Elçi Bəyi devirdi… İran da dəstək verdi… İranın 4 iyun qiyamında iştirakı Azərbaycan xanlarının iki əsr öncə Tehrana qarşı çıxmalarına bir daha haqq qazandırdı…

Lakin…

Heç bir güc Azərbaycanda Milli Azadlıq və süverenlik Davasını öldürə bilməz… bu yol bu millətin yoludu… yürüyəcək… varacaq…

Azərbaycan mütləq… amma mütləq azad, müstəqil, süveren, hüquq dövləti olacaq… Rəsulzadənin qurduğu, Elçi Bəyin bərpa etdiyi Cümhuriyyət – Respublika kimi…

Elçi Bəy Milli İstəyi həyata keçirən son mogikanı oldu.
Əlbəttə, hələlik… son…

Ad günün mübarək Elçi Bəy…
Adın millətin qəlbinə yazılıdı…

xudaferin.eu

02:53