Tehran rejiminin terror təhdidləri

Son illərdə Tehran rejiminin möhkəm dayalqara malik olması üçün bütün şüurlu həyatını vermiş keçmiş prezident ayətullah Əkbər Haşemi Bəhremani Rəfsəncani (rejimin 1990-1997-ci illərdə prezidenti olmuşdur) 2017-ci il 8 yanvar tarixində 82 yaşında hakimiyyətin ən ali rəhbərliyinin fitvası ilə hovuzda boğularaq öldürülüb. Bunun ardınca prezident Həsən Ruhani da ölümlə təhdid edilib. Bunu Tehrandakı siyasi kuluarlarda hər kəs bilir. Çünki, ölkəni “Vilayəti Fəqih” (Dünya müsəlmanlarının dini lideri) təşkilatı və nəzarətində olan “Hezbollah”, “Cundullah”  və “SEPAH” tipli silahlı qüvvələr ölkə prezidentinə, nə də baş nazirə tabe deyillər. Hüquqi məsuliyyət daşımadıqları üçün istədikləri davranışları nümayiş etdirməkdə (terror eyləmləri) tam sərbəstdirlər.

 

Terror və korrupsiya Tehran rejiminin əsas hədəfidir

İranın sabiq prezidenti Mahmud Əhmədinejat və onun sağ əli olan, işadamı kimi tanınan Babək  Murtuza Zəncani birlikdə milyardlarla dollar vəsaiti korrupsiya, dövlət büdcəsini dağıtmaq yolu ilə mənimsəmədə suçlandırılıblar. Babək  Murtuza Zəncani Mahmud Əhmədinejatla əlbir olaraq xaricdə bir sıra şirkətlər yaratmaqla dövlət büdcəsindən oğurladıqları milyardlarla dollar vəsaiti uzun illər idarə ediblər. O da bəllidir ki, İran Baş Prokurorluğunun açılqmasına görə, bu iki şəxs “Kont Kosmetic” şirkəti ilə bərabər “Dış Ticaret Limited” şirkətini yaradaraq bütün fırıldaqlarını həyata keçiriblər. Həmin şəbəkə vasitəsilə kosmetikadan tekstilə, plastikdən qızıl və ləl-cəvahirat idxalına, banklararası transfertlərə qədər genişləndiriblər. Babək Zəncaninin İran hökuməti ilə əlaqələrinə gəlincə, əslində hər şey 2010-cu ildə İslam İnqilabının Keşikçilər Korpusunun Komandanlığının mühəndislik bölümünün rəhbəri Xatəm əl Ənbiya ilə işbirliyindən sonra korrupsiya piramidası yaradılıbdır. Beləliklə də Babək Zəncani öz bankı vasitəsilə 40 milyon dollar pulu xaricə çıxarır. Korrupsiyaya bulaşmış iri çəkili dövlət məmurları özləri tərəfindən oğurlanan milyonlarla dollar vəsaiti Zəncaninin vasitəsilə xaricdəki banklarda yerləşdirməyə başlayırlar. Beləliklə pul transferləri milyardlarla dolları aşır. Hətta bundan sonra Zəncaninin İran hökumətinin yığıncaqlarına qatıldığı, neft naziri Rüstem Kasiminin işləri onunla birlikdə icra etdiyi sübuta yetirilib. Tacikistan, Birləşmiş Ərəb Əmirliyi, Çin, Malaziya, Türkiyə və digər ölkələrdə qazandığı pullarla yeni iqtisadi təsisatlarını yaradır. İranda “Qeshm Air” hava şirkətinə və “Sorinet Group”a (holdinq kosmetika, infrastruktur, bank, otelçilik, kommersiya aviasiya, tikinti materialları, məlumat texnologiyaları və beynəlxalq əmlakın inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir), “Rah Ahan” Tehran futbol klubuna, Malaziyada “First İslamic Bankına”, “International Safe Oil”ə, Birləşmiş Ərəb Əmirliklərində Sorinet “Commercial Trust Bankers”ə, Tacikistanda “Kont Building” şirkətinə sahiblənir. “Kont Building” şirkətinə “Kont Bank investment” bankı, Düşənbə avtovağzalı “Asian Express Terminal”ı, “Asian Express Airline” hava şirkəti, “Kont tourism Tajikistan” daxildir. Bundan əlavə Tacikistanda “Mərkəzi savdo” qipermarketləri tikməyə başlayıb. Ərazisi 3 hektar olan layihəyə 30 milyon dollar investisiya qoyduğu bildirilir. Yeri gəlmişkən, B.Zəncani həm də ipinin üstünə odun qoyulmayanlardandır. Buna sübut kimi, “Kont Building” şirkətinin yetkililəri onun  holdinqlə heç bir əlaqəsinin qalmadığını, səhmlərin “Kont Kosmetic” və “Dis Ticaret Limited Sirketi”nə satdığını açıqlayıblar. Hansıki, bu şirkətlər elə onun özünə aiddir.  

64 şirkətdən ibarət olan "hörümçək toru"

Kifayət qədər sirli olan “Bəy Z”nin (kübar cəmiyyət onu belə adlandırır) əlinin böyük pullara çatdığı, Türkiyədə isə onlarla maliyyə şirkəti, hava şirkətində səhmləri, eləcə də bir flot neft tankeri olduğu məlumdur. İddialara görə, Zəncani əlindəki vasitələrdən sanksiya altındakı İran neftini xaricə satmaq üçün yararlanıb. Belə ki, o, Dubay,Türkiyə və Malayziyadakı 64 şirkətdən ibarət olan "hörümçək toru"nu yaqratmaqla milyonlarla barel İran neftini xaricə (Sinqapur, Malaziya, Hindistan) satıb. Əldə olunan gəlirlər isə,  Zəncaniyə məxsus Malaziyada “First İslamic Bank”ı üzərindən leqallaşdırılıb. Bütün bu əməliyyatlar Avropa Birliyi və Amerikanın əllərini qulaqlarının ardına qoyub sanksiyalarla İranı çökdürəcəklərini düşündükləri zaman baş verib: “Mərkəzi Bank pulsuz qalmışdı. Məndən neft pulunu İrana gətirməyimi, beləcə Tehran rejiminin bu pulu istifadə edə bilər hala gətirməyimi istədilər. İşim sanksiya əleyhindən kənarda qalan, gizliliyi ciddi şəkildə saxlanılan maliyyə əməliyyatlarından ibarət idi”.
Mahmud Əhmədinejat Babək  Murtuza Zəncaninin korrupsiya vasitəsilə əldə olunan milyardlarla maliyyə mənbəyi piramidasının başında durduğu üçün indiki anda Tehran rejimi ona toxunmaqda cəsarət edə bilmir. Çünki, korrupsiya əməllərində bütün ayətullahların əli var. Kompramatlar isə, sadəcə ölkə daxilində deyil, istənilən anda gözlənilmədən xarici dövlətlərin televiziya kanallarında videosüjetlər şəklində dünyanı əməlli başlı sarsıda bilər. Rəsmi statistikaya görə bu iki şəxsin korrupsiya əməllərinin sayəsində büdcədən 2.5 milyard dollar vəsait oğurlanıb. Dünyanın çox ciddi maliyyə sektorları isə, bu rəqəmin əslində 50 milyard dollar olması qənaətindədirlər. Çünki, bu pulların çoxu dolayı yolla Suriya, İraq, Pakistan, Əfqanıstan, Oman, Sudan, Livan, Misir, Küveyt, Bəhreyn, Liviya, Yəmən, Tacikstan, Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdə Tehran rejiminin sosial şəbəkə kimi hazırladığı qruplaşmalara, onların önündə gedən radikal silahlı dəstələrə xərclənibdir. Başda ABŞ və Avropa Birliyi olmaqla inkişaf etmiş ölkələrin çoxu bu faktora görə İran molla rejiminə qarşı istisadi embarqolar tətbiq ediblər.

“Dəmavənd” hədəflərinin sirri

XI əsrdən indiyədək paniranizm və panfarsizm ideologiyasının əsil mərkəzi Dəmavənd dağı və burada Həsən Səbbahın yaratdığı radikal silahlı hərəkat məktəbi Yaxın Şərqi daim təhdid edən terror yuvası hesab olunur. Azərbaycanla Tehran rejiminin son illər ən çox gündəmə gətirdiyi mövzu: “Qonşu Azərbaycanın digər islam dövlətləri ilə iqtisadi, mədəni, sosial, turizm və investisiya əlaqələrinin möhkəmlənməsi İranın regionda mövqelərinin sarsıdılmasına xidmət edir” tipli ideyalardan ibarətdir. Buna görə də daim Azərbaycana qarşı çamurlar atmaqdan usanmır. Bu təbliğatlarda ilk sırada “ParsTodey” Analitik İnformasiya Mərkəzidir (AİM). Bu mərkəz son 3 ayda Azərbaycana qarşı 19 təhlil məqaləsi yayınlayıb. Həmin yazılar türk, ingilis, alman, franszı, ərəb, rus, dəri və başqa dillərdə tərcümə olunaraq yayılıb. Bu yazıları diqqətlə incələdikdə o da bəlli olur ki, “ParsTodey” AİM sadəcə adi KİV-in fikri kimi deyil, İran dövlətinin rəsmi maraqlarını özündə ehtiva edir. Hətta irəli gedərək Azərbaycanı gözdən salmaq üçün həqarətlər yağdırır. Azərbaycanda İran rejiminin maraqları çərçivəsində dövlət çevrilişinə cəhddə hüquqi sənədlərlə təsbit olunmuş məhkəmə sənədlərini şübhə altına alaraq, onların “siyasi məhbus” adlandırılması siyasətini yürüdür. Bu barədə bəzən müxaliətin iddilarını nəzərə alaraq onlardan yararlanmaq taktikasından da istifadə edir. İran bir yandan fiziki, digər yandan mənəvi terror siyasətinin önündə gedir. Azərbaycan dövlət olaraq qonşu ölkənin bu niyyətini əsla qəbul etmədiyi üçün Yaxın Şərq siyasətində milli dövlət maraqları çərçivəsində yanaşır. Bu da İranın daha da qısqanclıq etməsinə səbəb olur. 

 

Ənvər BÖRÜSOY
Xudaferin.eu

23:37