Erməni məkrinin bu günü

Azərbaycanda və Güney Qafqazda yenidən “erməni məsələsi” dolayı yolla gündəmə gətirilməkdədir. Bu yöndə bir sıra lokal və geniş maşstablı projelərin dərin hədəfləri isə göz önündədir. Bəs “erməni məsələsi”nin ardında nələr durur? Nədən “erməni məsələsi” yenidən Rusiya, İran mollakratiya rejimi, BMT, Avropa Şurası və Avropa Birliyinin bu qədər diqqət mərkəzindədir? Nə üçün uluslararası birliklər “erməni məsələsi”nə bu qədər həssaslıq göstərirlər? Nədən Azərbaycan Türkünü heçə saymaqla öz içimizdəki manqurtların əli ilə bu qədər canfəşanlıq edirlər? Bu yazımızda sorulara aydınlıq gətirməyə çalışacağıq.

Qafqazda məskunlaşma və unutdurmanın dirsəyi

XIX, XX və XXI yüzilliklərin başlanğıcında dünyanın bölüşdürülməsi kimi neoimperial siyasətlər yürüdülübdür. Bütün bunları incələdikdə Qafqaz siyasətində təkcə itirən Azərbaycan Türküdür. Heç nə olmamış kimi torpaqlarımızda yerləşdirilən ermənilərə bütün hüquqların verilməsi strategiyası da rəsmiləşdirilibdir. 1828-ci ildə Çarlıq Rusiyası bu yöndə ilk addımını atdı. 1828-1831-ci illərdə indiki İran, Suriya, İraq, Hindistan və İordaniyadan 70 min erməni Azərbaycan Türklərinə bağlı İrəvan, Xankəndi, Gəncə, Şamaxı, Quba, Dərbənd, Naxçıvan, Şəmkir, Bakı və Şəkiyə köçürüldülər. Yerli xanların, bəylərin və ağaların torpaq mülkiyyətini zorla əllərindən alaraq, bu hədəf rəsmiləşdirildi. Toplumun bilgisiz olması, xanlar, bəylər və ağaların “məcburi” güzəştləri sayəsində ermənilərə ən üstün səviyyədə mülkiyyət hüququ verildi. Bunun ardınca “Erməni Apostol Kilsəsi”nin yaradılmasına başlanıldı. Çünki, davamı olacaq erməni köçmənlərini idarə etmək üçün bu çox vacib idi.
Ermənilərin Qafqaza 2-ci böyük köçü 1840-1850-ci illərdə baş verdi. Belə ki, Osmanlı-Çarlıq Rusiyasının Krım və Balkan savaşları sonucu olaraq, Anadolu, Krım, Balkan və digər bölgələrdən Qafqaza gətirilən erməni mültəciləri Tiflis, Göyçə, İrəvan, Ahısqa, Vedibasar, Qarabağ, Batum, Bolnis bölgələrində yerləşdirildilər. Bu dəfə yenə də yerli bəylər və ağalar Rusiyanın bölgədəki qubernatorluğu tərəfindən təhdid edilməklə həmin taktika təkrar olundu. ƏhaIinin, özəlliklə elat kəsimi yaylaq-qışlaq torpaqları məsələsinə görə üsyan edən kəsimini isə əsgəri güclərin sayəsində pərən-pərən saldılar. Artıq Azərbaycan Türklərinə bağlı tarixi torpaqlarda ermənilərin sayı 200 min nəfər idi.

XIX yüzildə ermənilərin Şuşaya ilk köçü

1868-1890-cı illərdə Osmanlı dövlətinin daxilində yaradılan süni erməni üsyanlarının sonucu olaraq, indiki Livan, Liviya, Suriya, Anadolu, İraq və Misirdən 100 min nəfər erməni əhalisi Qafqaza “pənah” gətirdilər. Bu dəfə Rusiya ilə yanaşı, İngiltərə, Fransa, İtaliya, İsveç və Norveç dövlətləri də maddi yardımlar etdilər. Sadəcə ermənilərmi? Yezidi kürdlər və assurlar da mültəci statusu ilə Qafqazda yerləşdirildilər. Ona görə ki, həmin dövlətlərin etiraf etdiyi kimi: “Qafqazda xristian toplumunun sayının mümkün qədər artırılması bölgənin zəngin sərvətlərinin istismarı baxımından ən əlverişli taktika idi”. XIX yüzillikdə Qafqazda ermənilərin hər dəfə məskunlaşdırılması siyasətinin ardından “unutqanlıq” strategiyası Azərbaycan Türklərinə tətbiq olunan hədəflərdən biri idi. Min dəfələrlə təəssüflər olsun ki, bu siyasət sömürgəçi din xadimlərinin əli ilə tətbiq olunub. Zamanın bilgili insanları sayılan din xadimləri xalqımıza mövhumatçı siyasəti tətbiq etməklə savadsız qalması hədəflərini ortaya qoyduqları üçün bu addımları atırdılar.

XX yüzilin vəhşətlərinin yeni düzəni

Kapitalizmin Qafqazda, özəlliklə də Azərbaycan Türklərinin torpaqlarında sürətli inkişafı sonucu olaraq, iri neft sənayesinin, toxuculuğun, metaləritmənin, digər sənaye-istehsal vasitələrinin sürətli inkişafında “xristian” kökənli sahibkarların sayının üstün səviyyədə qorunması xüsusi diqqət mərkəzində saxlanılırdı. Yerli zənginlər isə, xalqın gözündə “məcburi” addımlar atmaq zorunda qaldıqlarını nümayiş etdirməklə əslində öz var-dövlətlərinin qayğısı üçün uğraşırdılar. Beləliklə 1905-1907-ci illərdə erməni bankirləri sələmçilik və kredit siyasəti ilə Azərbaycan Türklərinə məxsus torpaq sahələrini ələ keçirmək siyasətini dərinləşdirməyə çalışdılar. Çar Rusiyası rejiminin polis, məhkəmə və prokurorluq orqanları ilə yanaşı, ordu özəlliklə “erməni ekspansiyası” siyasətini müdafiə edirdilər. 1850-ci illərdən başlayaraq Bakıda A. Vermişyan, C. Məlikyan, Tatosyan, Ter-Akopyan, Şarabandyan, Kələntəryan, Dildəryan, Tarayan kimi milyonçular neft yataqlarının istismarı və istehsalı üzrə çox böyük səlahiyyətlərə malik idilər. 1870-ci ildən sonra milyonçular qismində O. Mirzoyan, H. Lianosyan, Bejanyan, Onikyan, Tsurikyan, B. Doluxanyan, M. Kaçkaçyan, 1885-ci ildən sonra Mirzoyan, D. Xəzəryan, T. Enfiacyants meydana gəldilər. XX yüzilin başlanğıcında isə, Bağdasar və Poqos Sərkisyan qardaşları, Stepan Lianosyan, Abram Qukasyan, Samvel Bağıryan, Arutyun Mədətyan, Aleksandr Mantaşyan, Mikael Aramyants, Gevork Şaumyan və digər erməni milyonçuları Azərbaycanın təbii sərvətlərini, özəlliklə də neftini İngiltərə, Fransa, Rusiya, Balkanlar, Almaniya, Avstriya, İtaliya bazarlarında satmaqla yanaşı, həm də Bakı, Şuşa, Gəncə, Tiflis, Batum, İnciqala (indiki Maxaçqala), Vladiqafqaz, Qroznı, Novorossiysk, Soçi, Kutaisi, İrəvan kimi Qafqazın güclü sənaye şəhərlərini də nəzarətə ala bilmişdilər. Onlar qazanclarının müəyyən bir kəsimini ictimai, siyasi, sosial, mədəni və digər sahələrdə xərcləməklə Azərbaycan Türklərini mülkiyyət sahibi olmaqdan, siyasi və ictimai gücünün zamana görə inkişaf etməsinin qarşısını alırdılar. Beləliklə də bizlərin zamanın inkişaf axarından geridə qoymaq, digər yandan isə milli təşkilatlanın qarşısını alan siyasət yürüdürdülər.

 XX yüzildə Bakıda Azərbaycan Türklərini soyqırım ediblər

Ermənilərin əldə silah 1905-1907, 1910-1914, 1917-1920-ci illərdə Qafqazın hər yerində Azərbaycan Türklərinə qarşı apardıqları silahlı qətliamların arxasında elə onların zəngin çevrələri dayanırdılar. Çürümüş Çarlıq Rusiyası imperiyasının qalıqlarının yerində Avropa güclərinin dəstəyi ilə “Böyük Ermənistan “ ideyasını hədəf seçmişdilər. XIX yüzildə olduğu kimi, ermənilərin vəhşətlərinin unutdurulması yönündə öz içimizdən çıxmış sapqınlarımız da bu prosesdə daha fəal iştirak ediblər.
1920-1925, 135-1938, 1948-1951, 1965-1969, 1987-1992-ci illərdə keçmiş Sovetlər Birliyinin dövlət siyasəti qismində antitürk hədəflər Ermənistan adlanan bölgədə baş verdi. Hər dəfə deportasiya siyasətinin ardından “xalqların qardaşlıq” nəğmələri milli sapqınların vasitəsi ilə gündəmə gətirildi. Yəni “unutdurulma” hədəfləri bu prosesin ana strategiyası idi.
1992-ci ildən üzü bu yana, özəlliklə də Qarabağ və onun ətrafındankı torpaqlarımızın işğalı siyasətini unutdurmaq üçün yenidən çabalar göstərilməyə başlanıldı. Bu dəfə də milli sapqınlarımız prosesin önündə getmək istədilər. Saxtakarcasına “Sülh missiyası” adı altında bu hədəfləri rəsmiləşdirmək istədilər. Ancaq, xalqımız səbr, dözüm və iradə nümayiş etdirərək onların qondarma təşəbbüslərini dəstəkləmədi. 25 ildir hakimiyyətdə olan YAP iqtidarı belə, bu təşəbbüsü soyuq qarşıladı.

Bu günün “erməni sevgisi”nin manqutluğu

1997-ci il 18 dekabr tarixində dönəmin mədəniyyət naziri Polad Bülbüloğlunun dəstəyi ilə savadsız şansonye müğənni Filipp Kirkorovun Bakıda, ölkənin birinci dərəcəli konsert salonu olan “Respublika Sarayı”nda konserti düzənlənməli idi. O zaman bu sətirlərin müəllifi, qələm və əqidə dostlarım Qafar Çaxmaqlı, Nazim Mustafa və Ziyadxan Əliyev P. Bülbüloğlunun planını “Avrasiya” qəzetinin sayəsində pozduq. Daha sonralar P. Bülbüloğlu rus ad-soyadı altında gizlənmiş digər erməni müğənni və musiqiçilərinin Bakıda konsertlərinə dəstək verdi. 2006-cı ildə onu əvəz Əbülfəs Qarayev bu günə kimi nazir postunda otursa da, bircə dəfə də olsun özəl şirkətlər adı altında Bakıda erməni manıslarının konsertlərini təşkil edənlərə qarşı təpki göstərməmişdir. İrina Alleqrova, Armen Ahorniyan, “Comdey Woman” və digər musiqi qruplarının Azərbaycana mənşəyi bəlli olmayan çevrələr tərəfindən dəvət edilməsi XIX-XX yüzilliklərin ssenarisinin davamıdır. Aygün Kazımova kimilərinin hətta Moskvaya gedib F. Kirkorovlarla (yan) qol-boyun olması da bu strateji hədəflərdən qaynaqlanır.   

Xocalı soyqırımında ölən körpələr

Bəs nədən ermənilər “mədəniyyət adı altında Bakıya təşrif buyururlar? Onlara məxsus strateji araşdırma mərkəzlər çox yaxşı dərk edirlər ki, 3-5 manata görə bizim savadsız manıslarımız qol-boyun olmaq üçün min hoqqadan çıxacaqlar. Çünki, onların “kəlbə” (para) sevgisindən savayı heç bir anlayışları yoxdur. Pul üçün nəinki özlərini, hətta dövlətini və millətini satmaq adi bir davranışdır. Qondarma “Bakılı musiqisi” adı altında erməni şansonyelərinin bəsit musiqisini ifa edənlərin sayları daha çoxdur. Onlar o qədər gerizəkalıdırlar ki, restoranlarda, toy-düyün məkanlarında, kafelərdə erməni boğazı ilə insanlarımızın zövqünü korlamaq kimi prosesləri tətbiq edirlər. Çünki, bu yolla ermənilər bizlərə tarix boyu itirdiyimiz torpaqları unutdurmaq hədəflərini ortaya atırlar.
Son günlər gündəmdə olan mövzulardan biri də “Жара” adı altında Bakıda şou konsert proqramlarının gerçəkləşdirilməsidir. Bu proyekti həyata keçirənlər elə zənn edirlər ki, ölkədə ən ağıllı, dərin düşüncəli, uzaqgörən özləridir. Əsla belə deyil. Filipp Kirkorov kimilərini üstümüzə salanlar beyinyuma strategiyasını hədəfə almış mərkəzlərin hədəfi deməkdir. Bu dəfə Zara Mqoyanın Bakıya dəvət edilməsi həmin projenin bir parçasıdır. Azərbaycan Türkünə itirdiyi torpaqlarını unutdurmaq, bir milyondan çox qaçqın, köçkün soydaşımızın əcdadlarının düşmən tapdağı altında inləyən sümüklərinin, ruhunun anısı bu konsertləri düzənləyənlərin vecinə deyil. Çünki, onlar bioloji deyil,ruhən bizlərdən çoxdan ayrı düşümüş, kosmopolit qafalılardırlar. “Жара” projesinin müəllifi Emin Ağalarovun olduğu deyilir. Hökumət, özəlliklə ölkənin mədəniyyət siyasətinə cavabdeh olan mədəniyyət naziri Əbülfəs Qarayev nədən susur? Bəlkə o da Polad Bülbüloğlu kimi yaramaz “sülh missiyası”nı dəstəkləyir? Ermənilər açıq şəkildə bildirirlər ki: “Qarabağ onların tarixi torpaqlarıdır. Qan tökərək işğal ediblər. Heç zaman oradan çıxmaçayaqlar. Heç bir sülh danışıqlarını və şərtlərini də qəbul etməyəcəklər”.
Belə bir yaramazlıq dünyanın heç dövlətində rast gəlinməyib. İşğalçı bir xalqın manısı işğala məruz qalan ölkənin mədəni həyatına heç nə olmamış kimi daxil olur və bizim paramızı da cibinə qoyub rahatca öz işindədir. Çox haqlı olaraq, sosial şəbəkələrdə bu siyasətə qarşı böyük bir dirəniş var. Hər bir etirazçıya böyük ehtiramla yazımızı burada bitiririk.

Ənvər BÖRÜSOY

Xudaferin.eu

11:50