Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır
Çin Azərbaycan ilə Ermənistanın münasibətlərin normallaşması prosesində əldə etdiyi tərəqqini alqışlayır.
Xudaferin.eu AZƏRTAC*-a istinadən xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının yekunu olaraq iki ölkənin dövlət sərhədinin delimitasiyasına başlamasına dair razılığı şərh edərkən deyib.
Həm Azərbaycanın, həm də Ermənistanın Çinin dostu və əməkdaşlıq tərəfdaşı olduğunu vurğulayan Çin XİN rəsmisi deyib: “Biz ümid edirik ki, Azərbaycanla Ermənistan dialoq və məsləhətləşmələr vasitəsilə fikir ayrılıqlarının, mübahisələrin həlli və regionda sülhün, sabitliyin, firavanlığın möhkəmlənməsi istiqamətində birgə işlərini davam etdirəcək”.

Şahin Cəfərov
Xudaferin.eu
16:01
Digər xəbərlər