Gəncə tarixin ən əski Türk sözüdür

Gəncə tarixin ən əski Türk sözüdür. Ocaq mərkəzi deməkdir. Ağsaqqallar Şurasının ocaq çevrəsində toplandığı mərkəz mənasını verir. Qaraçay-Balkarda Kenje, Xakasiyada Kence, Dağlıq Altayda (Çinin işğalı altında olan Aymak bölgəsi) Kenje, Özbəkistanın Fərqanə vadisinin Almalık bölgəsində Qanja, Əfqanıstanın Məzari-Şərif əyalətində Kence adlı bölgələr mövcuddur. Bu bölgələrin hamısında olmuşam və hamısında da ancaq Türklər yaşayırlar. 
Gəncə ilə bağlı ən gözəl şeiri mərhum xalq şairimiz Osman Sarıvəlli 1957-ci yazıbdır. Şeirin məzmunu isə belədir: Çarlıq Rusiyası Gəncəni işğal edəndə adını Yelizovetpol qoydu, Sovet hökumətinin işğalından sonra adını dəyişərək Kirovabad qoyuldu. Ancaq, hər zaman elin dilində Gəncə Gəncədir. 
Min dəfələrlə təəssüflər olsun ki, 1993-cü ildən üzü bu yana Gəncədə yerli hakimiyyətdə Gəncə kökənli insanların heç biri iş başında olmayıb. Digər bölgələri təmsil edən məmurlar buna görə də mümkün qədər Gəncəni talan etmək siyasəti yürüdüblər. Ən adi bir misal: Heç bir gəlir mənbəyi olmayan adicə Yazılar Birliyi Gəncə Bölməsinin sədri belə Gəncəli deyil. Bunun özü isbat edir ki, Gəncəyə yad gözlə yanaşılır. Ona görə də Gəncə milli və mənəvi başkənd statusunu beləcə zaman-zaman itirməkdədir.

Ənvər BÖRÜSOY

17:31