Güney Sibirdə Tavriz qəsəbəsi

Bu gün Orta Sibir, Güney Sibir, Quzey Sibir, Doğu Sibir, Altay, Uralboyu, Volqaboyu və Saxa (Yakutiya) bölgələrində Güney Azərbaycanda mövcud olan yer adları ilə eyni adları paylaşan çoxsaylı məkanlar mövcuddur. Burada Meşkin (Dağlıq Altay), Savalan (Tomba vilayəti), Makı (Tümen vilayəti), Qoşaçay (Kemerovo, yəni Kömür Oba vilayəti), Zunuz (Doğu Sibir), Xoy (Kıızıl Yar (indiki adı ruscaya çevrilərək Krasnoyarsk  vilayəti) və sair yüzlərlə coğrafi adları örnək göstərmək olar. Onlardan biri də RusiyaFederasiyasının Güney Sibir bölgəsində tarixi adı Omba adlanan və sonradan rus dilinin qrammatik düzəninə uyğunlaşdırılan Omsk vilayətinin mərkəzi Omks şəhərindən 275 kilometr aralıqda yerləşən Tavriz qəsəbəsidir. Burada ən əski çağlardan yaşayan və Gök Tanrı inanclı türklərə bağlı bir yaşayış məkanıdır. Gök Tanrı inanclı türk bpylarından biri kimi tanınan Xant Türklərinin dilində Tavriz sözünün anlamı “bulanıq su” deməkdir. Omba vilayəti və eləcə də Tavriz qəsəbəsi Çarlıq Rusiyası tərəfindən işğala qədər burada Yuqor, Demyan, Vasyahun, Kourdak, 

Yan-İrtış və Tovutuz Türk boyları yaşamışlar. 
XVIII yüzillikdə Avropada texnologiya və manufaktura sənayesinin inkişafı üçün ucuz qimətə xammal mənbələri tələb olunurdu. Ona görə də, Almaniya, Fransa, İngiltərə, Avstriya, İsveç, Norveç, İtaliya kimi ölkələr Çarlıq Rusiyasına güclü dəstəyi başlıca hədəflərdən biri hesab olunurdu. Bu Çarlıq Rusiyasının ordularının geyim, silah və yeni texika ilə təmin olunmasından ibarət idi. Krım, Həştərxan, Noqay Orda, Altun Orda və digər türk xanlıqların işğalının davamı kimi, Avropa dövlətlərinin dəstəyi ilə Sibir bölgələrinin kütləvi şəkildə işğalı  həm də Türküstan Türküstan və Çinlə ticarət əlaqələrinin qarşısı alınmış olurdu. 

1780-ci ildə Çarlıq Rusiyası tərəfindən Güney Sibirin Omba vilayətini işğal olundu. Çünki, burada İrtış çayı sayəsində ucuz nəqliyyat vasitəsi strateji baxımdan mühüm strateji əhəmiyyət daşıyırdı. İrtış çayının sahilindəki Tavriz, Abak, Bık, Kızıl Tau (dağ), Dolqu, Korşun, Labin, Zavyal, Yar və digər strateji yaşayış məskənlər işğal edilərək burada yükdaşımalar üçün şəbəkələr yaradıldı. Xüsusilə balıqçılıq, ovçuluq, ağac emalı, gön-dəri və sair xammal mənbələri asanlıqla sürətlə inkişaf edən yeni rus şəhərlərinə daşınmağa başladı. Çarlıq Rusiyası Omba vilayətini xristian kilsəsi qaydaları əsasında idarə etmək üçün Tobol vilayətinin Tarsk qəzasına tabe etdirdi. Bölgə 1917-ci il tarixinə qədər, yəni Çarlıq Rusiyası imperiyası çökənədək bu qayda ilə idarə olunmuşdur.     

Hazırda Tavriz qəsəbəsində 2 orta məktəb, mədəniyyət evi, 250 minlik kitabxana, gənclər evi, diyarşünaslıq muzeyi, musiqi məktəbi, kino klub, 140 nəfərlik xəstəxana, çörək fabriki, ət emalı fabriki, kərə yağı emalı fabriki fəaliyyət göstərir. Qəsəbədə əhalinin say tərkibi duruma görə dəyişikdir. Orta hesabla 30 min nəfərə qədər insan yaşayır. Qəsəbənin etnik mənzərəsi isə belədir: Türk kökənli Tatar və Çuvaşlar üstünlük təşkil edirlər. Bundan əlavə, slav kökənli rus, polyak (ləh), belorus, ukrainlər yaşayırlar.   

Çarlıq Rusiyası və Sovet Rusiyası dönəmində əhalinin Tavriz qəsəbəsində siyahıya alınma qaydaları belə olmuşdur:
1795-ci il. 36 yaşayış evi və 254 nəfər,
1858-ci il. 542 nəfər sakin,
1869-cu il. 150 yaşayış evi və 485 nəfər,    
1893-cü il. 150 yaşayış evi və 952 nəfər, 
1926cı il. 325 yaşayış evi və 1411 nəfər, 
2002-ci il. 7358 nəfər, 
2010-cu il. 6958 nəfər.  

Qeyd edək ki, siyahıya alınmada Tavriz qəsəbəsinə tabe olan kəndlərin əhalisinin sayı buraya daxil edilməyib. Halbuki, kəndlərin əhalisinin sayı inzibati idarəetmə qanunu ilə Tavriz qəsəbəsinin siyahısına daxil edilməlidir. 

1794-cü ildə Güney Sibir bölgəsinin idarə olunması düzəni yaradılanda Tavriz qəsəbəsi xristianlıq qanunları çərçivəsində Tobolsk (Tobol) Yeparxiyasına bağlı olan Troitsk Kilsəsinə tabe etdirilibdir. Beləliklə də bölgədə bir yandan rusların saylarının artırılması, digər yandan isə yerli türk toplumlarını ruslaşdırma siyasəti yürüdülübdür. 
2011-ci ildə burada xristianlığın yenidən gücləndirilməsi üçün yeni kilsə statusu ilə tanınan “İlyinsk Məbədi”nin açılışı olub.  6 iyun 2012-ci il tarixdə Tavriz qəsəbəsində Rusiya Xristianları Patriarxlığının dəstəyi ilə Tavriz qəsəbəsində “Tarski Yeparxiyası” mərkəz elan edilibdir.        
Tavriz qəsəbəsinin inzibati ərazisinə daxil olan kəndlər: 
Azı, 
Baybı, 
Biçili, 
Bakşev, 
Ak Yar, 
Brodnikovo, 
Voznosenska, 
Kayqarlı, 
Komarovka, 
Krutoyarka, 
Kuznetsovo, 
Kip, 
Kuskun, 
Kiçik Kular, 
Kiçik Tavriz, 
Aev, 
Petel, 
Petrovo, 
Poddol, 
Poluyanovka, 
Tavin, 
Tayçi, 
Taştekan, 
Uraş, 
Utuz, 
Utma, 
Feodorovka, 
Borodinskoe, 
Yermilovskoe, 
Mıssı, 
Utım, 
Aleksandrovskoe, 
Yekatrininskoe, 
Petrovskoe, 
Kuznetsovskoe, 
Juravleskoe. 
Bu kəndlərin əhalisinin yarısı tatar, yarısı da çuvaş türklərindən ibarətdir. 
Tavriz qəsəbəsi Güney Sibirin ən böyük su hövzəsi olan İrtış çayının sahilində yerləşdiyi üçün, burada tarixin ən əski çağlarından bu günə kimi miras qalmış əski türk tarixinin izləri də özünü göstərir. Bizim eradan öncə 1-ci min illiyə aid kurqanların varlığı bir daha sübut edir ki, bu ərazi qədim türklərə məxsusdur. Ümumiyyətlə onu da qeyd edək ki, Güney Sibir üzrə arxeoloqların əksəriyyəti qeyd edir ki, İrtış çayının sahilləri boyunca mövcud olan kurqanlar ən qədim türk mədəni irsinin və yaşayış məskənlərinin maddi-mədəni mirasıdır. Tavriz qəsəbəsinin yaxınlığındakı Buqor kəndinin ərazisindəki kurqanlar xüsusilə heyrət doğrurur. Irtış çayının bir qolu olan və Tavriz qəsəbəsinin ərazisində yerləşən “Utuz” (Otuz) çayı və onun ətrafındakı qədim kurqanlar dünya mədəniyyətinin nadir abidələri hesab olunur. Tavriz qəsəbəsinin Biçili, Tentis, Kipo-Kular, Taşetkan, Ak Yar, Doron və Yamsı bölgələri də arxeoloji abidələrlə olduqca zəngindir. 
Qeyd edək ki, Tavriz qəsəbəsi İrtış çayının sahilində yerləşməklə yanaşı, İşım vadisi üzrə ən zəngin məkanlardan biri hesab olunur. Yerli Gök Tanrı inanclı türklərin dilində Tavriz sözünün anlamı zirvə deməkdir. Bölgə ərazi dağlıq olmasa da, burada zirvə sözünün mənası Gök Tanrı inancına görə insan və təbiətin ruhunun bir bütün olaraq Tanrıya doğru ucalması, vəhdəti-vücud təşkil etməsinin simvolu deməkdir.  
Qaynaqlar: 

http://www.omskmap.ru/point/tevriz/lore/55
Корнюшко Г.М. Этапы славного пути // "Архивный вестник", № 15, Омск, 2007.:
http://www.omskmap.ru/point/tevriz/lore/103
http://www.blagochinie-646560.ortox.ru/prikhody
Список населенных мест Тобольской губернии. - Тобольск, 1912, с. 352-353.
Список населенных мест Сибирского края. Том I. Округа юго-западной Сибири. - Новосибирск, 1928, с. 78.
Памятная книжка Тобольской губернии. На 1912 год. - Тобольск, 1912, с. 91, 106, 113, 120, 123, 126, 140, 142, 150.
http://www.gks.ru/free_doc/doc_2012/bul_dr/mun_obr2012.rar
Колесников А.Д., "Русское население Западной Сибири в конце XVII и начале XVIII века". Ист.: Корнюшко Г.М. Этапы славного пути // "Архивный вестник", № 15, Омск, 2007.
Россия. Полное географическое описание нашего Отечества / Под ред. В.П. Семенова-Тян-Шанского. Т.16. Западная Сибирь. - СПб., 1907, с. 446.
По "Справ. кн. Тобольской епархии к 1 сентября 1913 года" (Ч. I, с. 137) в Тевризе действовала только церковно-приходская школа, а министерская размещалась в д. Петровой, входившей в Тевризский приход.
Тобольская губерния. Список населенных мест по сведениям 1868-1869 годов. - СПб., 1871, с. 103.
Волости и населенные места 1893 года. Выпуски 10 и 11. Тобольская и Енисейская губернии. Тобольская губерния. Населенные места, с. 74.
http://www.perepis2002.ru/ct/doc/1_TOM_01_04.xls
http://www.perepis-2010.ru/results_of_the_census/VPN-BR.pdf
Приходы и церкви Тобольской епархии / Справочная книга Тобольской епархии к 1 сентября 1913 года. – Тобольск : Тип. Епарх. Братства, 1913, с. 137.
Тищенко Алексей, свящ. Крест – веры утверждение // Новости Тарской епархии, 03.10.2012: http://tara-eparhiya.ru/138-krest-very-utverzhdenie.html

Xudaferin.eu

08:32