Moskvada “soyqırım abidə”si oyunbazlığı

Vilayət Azərbaycan Diasporu ermənilərin provakasiyasının qarşısını necə aldı

Rusiya Federasiyasının başkəndi Moskva ətrafındakı Sepuxovo bölgəsində sentyabrın 10-da yerli erməni icmasının təşəbbüsü ilə “xaçkar” abidəsi ucaldılıb. “Moskva Vilayəti  Azərbaycanlıların Regional Mədəni Muxtariyyəti” təşkilatının sədr müavini Həşim Əliyev vilayətin qubernatoru Andrey Vorobyevə, vilayət hökumətinin xüsusi əlaqələr naziri İrina Pleşevaya, Sepuxovo icra hakimiyyəti başçısı Dmitri Jarikova məktubla müraciət edərək həmin abidənin “faşizm” ideologiyasına xidmət etdiyini bildiribdir.  

Diasporumuzun təqdir olunan addımı

“Moskva vilayəti Azərbaycanlıların Regional Mədəni Muxtariyyəti” təşkilatının vilayət hökumətinə müraciətində qeyd olunur ki, erməni icmasının 1915-ci il “erməni soyqırımı” xatirə memorial abidəsi tarixin saxtalaşdırılması istiqamətində atılan addımlardan biridir.
Bu saxtakarlığı çox təəssüflər olsun ki, bəzi dövlətlər tanıdıqlarını bildiriblər. Ermənilərin saxta ideyalarını qətiyyətlə inkar edən Türkiyə hökuməti dünya ictimaiyyətinə müraciət edərək bildirib ki, istənilən ölkənin rəsmi nümayəndələri, alimləri gəlib Osman Dövlətinin arxivlərində yer alan bu həqiqətləri incələyə bilərlər. Rəsmi Ankara dəfələrlə beynəlxalq məhkəməyə rəsmi sənəd göndərərək bildirib ki, erməni soyqırımı olmayıb. Azərbaycan, Gürcüstan, Türkiyə və İrana qarşı tarix və ərazi iddiası siyasətini təbliğ edən Ermənistan hökuməti erməni diasporunun vasitəsilə “soyqırım” təbliğatlarını irəli sürməklə özlərinin mənfur niyyətlərini həyata keçirməklə məşğuldur.
Müraciətdə o da bildirilir ki, Orta Doğuda, beynəlxalq münasibətlərdə reallıqlara görə yer alan, “Rusiya-Türkiyə-İran-Azərbaycan” arasında işbirliyinin yeni formatını zərbə altına qoyan addımlardan biri də Moskva ətrafında uydurma “erməni soyqırımı” abidəsinin ucaldılmasıdır. Ermənilərin bu addımı atması çoxmillətli Rusiya dövlətində süni şəkildə “xalqlararası ədavətin qızışdırılması” deməkdir. Serpuxovo şəhərində “Xaçkar-1915” adlı abidəsinin qoyulması yolverilməzdir. Belə bir abidənin mövcudluğu xalqlararası ədavətin üzərinə od əlavə etməkdir. Halbuki, Rusiya dövlətinin 2013-cü ildə qəbul etdiyi “2025-ci ilə kimi xalqlararası və konfessiyalar arası münasibətlərin möhkəmləndirilməsi” qanunu zatən bu tipli abidələrin qoyulmasını yasaq edir.   
“Moskva vilayəti  Azərbaycanlıların Regional Mədəni Muxtariyyəti”nin sədr müavini Həşim Əliyev məsələ ilə bağlı “AzerRoss” (Rusiya Azərbaycanlıları Konqresi) təşkilatına və Azərbaycan Respublikasının Moskvadakı səfirliyinə, digər diaspor təşkilatlarımıza rəsmi məktubla müraciət edib. Çox təəssüflər olsun ki, heç bir qurumdan bu müraciətlə bağlı cavab gəlməyib və reaksiya verilməyib.    
Həşim bəy, onu da bildirib ki, Moskva vilayətində yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, xalqlararası münasibətlərin dostluq şəraitində yaşaması prinsiplərini uca tutublar. Ermənilər isə “xaçkar” abidəsini xalqlararası “dostluq simvolu” iddiasını irəli sürürlər. “1915-erməni soyqırımı” adlı saxta abidə nə zamandan xalqlararsı dostluq sayılıb, sualımıza isə heç bir cavab verilməyib.
Qeyd edək ki, 27 sentyabr 2018-ci il tarixdə Serpuxov şəhər icra başçısının müavini Yuli Kupetski “Moskva vilayəti  Azərbaycanlıların Regional Mədəni Muxtariyyəti” təşkilatına belə bir məktubla cavab verib: “Həmin xaçkar abidəsinin qoyulmasına etiraz etmirik və sadəcə orada qeyd olunan yazılara göğrə heç bir narahatlıq yoxdur”.
“Moskva vilayəti  Azərbaycanlıların Regional Mədəni Muxtariyyəti” təşkilatı bir daha bildirib ki, 4 oktyabr tarixində bizim çoxsaylı müraciətlərimizdən sonra, “xaçkar” xatirə abidəsinin açılışı oldu və tələblərimiz qismən də olsa yerinə yetirildi. Bu abidənin ilkin variantında qeyd olunan yazılar aradan götürüldü.

Ermənilərin yeni həyat düzəni

Faktiki olaraq, 3 milyon 500 min nəfərlik Ermənistanda bu gün əhalinin sayı 1 milyon 500 min nəfərə qədər enib. Bundan əlavə, Gürcüstandan 150 min, Dağıstandan 12 min, Çeçenistandan 35 min, Kabarda-Balkardan 18 min, Qaraçay-Çərkəzdən 15 min erməni son illərdə Rusiya Federasiyasının digər bölgələrinə köçüblər. Son illərdə Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızstandan Rusiya, Ukrayna və Belorusa köç edən ermənilərin sayı daha çoxdur. Durumun belə bir məcrada yön alması səbəblərindən biri də milli diaspor təşkilatlarımızda intellektual şəxslərin mövqelərinin güclənməsidir. Əgər öncələr kriminal, traybalizm və digər mənfi şərtlər üzərində fəaliyyət göstərən diaspor siyasəti yürüdülürdüsə, indi təşkilatlanma prosesində savadlı, təcrübəli, intellektuallıq önə çəkilməkdədir. Bu prosesə görə keçmiş Diaspor Komitəsinin rəhbərliyi, nə də başqa dövlət qurumlarımızın xidmətləri olmayıb. Dəfələrlə ölkə mətbuatında da qeyd etdiyimiz kimi, diasporumuzu təmsil edən insanlara, elm xadimlərinə, tanınmış mütəxəssislərə sahib çıxmağı bacarmalıyıq. Bütün dünyada islam tarixinin ən dərin bilicilərindən biri kimi tanınan və onun təfsirini yazan böyük alim, uzun illər Moskva Dövlət Universitetində Orta Doğu ölkələri üzrə dərs deyən, beynəlxalq miqyaslı şərqşünas alim Qasım Kərimov bu yaxınlarda vəfat etdi. Vəsiyyətinə əməl edərək diasporumuzu təmsil edən dostları onu doğma Gəncədə səssizcə dəfn etdilər. Halbuki, şərqşünaslıq elminin dahilərindən biri kimi tanınan Mirzə Kazım Bəy səviyyəsində olan bu alimin əsərləri belə, dilimizə çevrilmədi.  
Ermənilər isə, hansısa ölkədə özlərinə yeni məkan seçən kimi dərhal orada “xaçkar” adlı dərin siyasətə baş vururlar. Çox da uzağa getməyək. Suriya, İraq, Livan, Liviya, Misir və digər Orta Doğu ölkələrində son illərdə baş verən iç savaşların sonucu olaraq, çoxsaylı erməni icmaları məcbur olaraq Uruqvay, Argentina, Braziliya, Çili, Boliviya, Venesuela və digər Güney Amerika ölkələrinə köç etməyə başladılar. İndi həmin ölkələrdə seçkilər zamanı “bizim səsimizi qazanmaq istəyənlər, “erməni soyqırmı”nı tanımalıdır” konseptini irəli sürürlər.
Onu da qeyd edək ki, Rusiya, Ukrayna, Belorus, Moldova, Qazaxstan, Özbəkistan və Gürcüstanda yaşayan zəngin ermənilər isə, Almaniya, Fransa, İspaniya, Kanada, ABŞ və digər inkişaf etmiş ölkələrə üz tuturlar. Bu ölkələrdə “yeni vətən” ideyası ilə ifrat dərəcədə “xristian qardaşlığı” adı altında “soyqırım abidələri”ni yapmaqla həm də icma ənənələrini yaşatmağa çalışırlar. Çünki, genetik baxımdan onlar dövlətolma düzənindən daha çox, “icma” təfəkkürünə daha yaxındırlar.
Ermənistanda baş verən son olaylara görə, hakimiyyətin tamamilə fərqli mövqe ortaya qoyması səbəbindən və 20 il hərbi xunta rejimini müdafiə etmiş kadrlar ailəlikcə artıq Rusiyaya üz tutmağa başlamışlar. Onların düşüncəsində yer alan ifrat antitürk düşüncə tərzi məhz “xaçkar” abidələrinin qoyulması sayəsində bir daha geri dönməyəcəklərinə açıq şəkildə bir işarədir. “Rusiya Erməniləri İttifaqı” təşkilatının etiraf etdiyinə görə bu ölkədə ermənilərin sayı 3 milyon nəfərdən çoxdur. Halbuki, 1989-cu ilin statistikasına görə Rusiyada ermənilərin toplam sayı 532.4 min nəfər olubdur. Təkcə Ermənistandan deyil, digər postsovet ölkələrindən Rusiyaya ermənilərin köç dalğası davam etməkdədir. Onlar ilk addım kimi dərhal “xaçkar” abidəsini qoymaqla “məzlum erməni” siyasətini irəli sürməyi də unutmurlar.

Miqrant siyasətində ermənilərin “xaçkar” ideyası

XIX yüzilin ortalarından başlayaraq, Gürcüstan və Azərbaycanda ermənilər “Erməni Apostol Kilsəsi” siyasətini rəsmiləşdirə bilmədilər. Tək nail olduqları “Eçmiədzin Aporstol Kilsəsi” siyasətinin ömrünün bu yaxınlarda tamamilə başa çatağı gözlənilir. Çünki, Güney Qafqaz strateji hədəflərində yer alan erməni siyasətini bu dəfə “Kilikiya Apostol Kilsəsi” əvəz etməkdədir. Bu kilsə beynəlxaql və regional münasibətləri nəzərə alaraq, “xaçkar” siyasətinin yanında yer ala bilmir. Erməni kilsələrinin fərqli təriqət-məzhəb üzərində köklənməsi erməni cəmiyyətinin bütünlüyünə sarsıdıcı zəbələr vurmaqdadır. Belə ki, qlobal müstəvidə dünya kilsə siyasətinin sandartları çərçivəsi perosesində irəli sürülən şərtlərin diktə etdiyi tələblər mövcuddur.
Faktiki olaraq erməni cəmiyyəti ortdoks, yevangel, katolik, kopt, siro-yakov, monofizit,  latak, doxalkidon, yəhova şahidləri və digər sektalarla üz-üzə qalıbdır. “Ermənistan Avrasiya Klubu” təşkilatının 2016-cı il dekabr ayında verdiyi açıqlamaya görə, erməni cəmiyyətində bu gün 65 dini cəmiyyət və 54 sektanı əhatə edən 200-dən çox təşkilat mövcuddur. “Həyat sözü”, “Əllincilər”, “Munistlər”, “Yəhova şahidləri” və digər cərəyanlar demək olar ki, “Eçmidəzin Apostol Kilsəsi”nin mövqelərini tamamilə sarsıdıbdır. Elə ona görə də bir yandan aclıq, səfalət, digər yandan isə, hakimiyyətin sərt üzünə qarşı çıxan ermənilər Rusiyaya miqrasiya edirlər. Çünki, Çarlıq Rusiyası, Sovet Rusiyası və indi Rusiya Federasiyası ilə ənənəvi kilsə münasibətlərində yer alan “Eçmiədzin Kilsəsi”nə İrəvanda çoxları etibar etmirlər. Qərb ölkələrinə məxsus kilsə siyasəti addım-addım irəli çıxmaqdadır. Bu da erməni cəmiyyətinin qərbləşmək kimi düşüncə tərzinə ciddi şəkildə təsir edən faktorlardan biri hesab olunur. Durumun belə bir həddə çatması ucbatından “Eçmiədzin Kilsəsi”nin təsiri altında olan ermənilər üçün ən rahat həyat tərzi Rusiyadır. Məhz bu kilsənin sayəsində XIX yüzilin başlanğıcından etibarən ermənilərin Qafqaza köç dalğası başlayıbdır. Rusiya və erməniləri birləşdirən “ortodoks kilsəsi” (Pravoslav və Eçmiədzin) ideyasının əməl prinsiplərindən biri də “Ermənistan” adlı ölkənin zamanla yaradılmasından ibarət idi.
Rusiyada bu gün ermənilərin sadəcə Rostov vilayətində “Apostol Kilsəsi” mövcuddur. O da bəllidir ki, “Rus Ortodoks Kilsəsi” (Pravoslav) ermənilərin Rusiyada xüsusi qaydada “patriarxlıq” yaratmasına heç bir zaman imkan verməyəcək. Rostov şəhərindəki “Novo Naxiçevan Erməni Apostol Kilsəsi”nin təsiri altında olmayan ermənlər məcbur olaraq bir xristian kimi Rusiyanın digər bölgələrində rus kilsələrinə üz tuturlar. Beləliklə də erməni cəmiyyəti Rusiyada ikiyə bölünmüş durumdadır. İfrat erməni milliyyətçiliyi və kimliyi adı ilə fəaliyyət göstərənlər “xaçkar” siyasətinin yanında yer alanladırlar. Ona görə ki, bu tip insanlar 150 ildən çoxdur ki, “Eçmiədzin Apostol Kilsəsi” tərəfindən idarə olunublar. Bu da həmin ermənilərin daim ifrat “antitürk” siyasətində yer alması deməkdir. Rus Ortdoks Kilsəsinə (Pravoslav) üz tutan ermənilər heç bir zaman “xaçkar” ideyasını müdafiə etmir və bu yöndə təbliğatlarda yer almırlar.
“Moskva Vilayəti  Azərbaycanlıların Regional Mədəni Muxtariyyəti” təşkilatının etirazları da məhz bu notlar üzərində köklənmişdir. Fikrimizcə intellektual səviyyədə atılan hər bir addım öz səmərəsini verir. Necə ki, Moskvadakı vilayət diaspor təşkilatımız bu uğurlu addımı ata bildi.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

00:22