Tehran mollakratiya rejimini əndişəyə gətirən səbəblər

Başda ABŞ olmaqla və Avropa Birliyinin təşəbbüsü ilə İran mollakrat rejiminə qarşı tətbiq olunan embarqo siyasətinin başlıca səbəbləri min dəfələrlə təəssüflər olsun ki, Azərbaycan KİV-lərində yetərincə işıqlandırılmır. Bu, ya ölkə KİV-lərinin mollakratiya rejiminin fəsadlarının bilgisizliyindən, ya da Tehran rejimi ilə mübhəm ilişkilərindən dolayı şəkildə susqunluqdan doğan səbəblərdə aranmalıdır. Görünən odur ki, Orta Doğunu qan çəlləyinə bürüyən Tehran mollakratiya rejiminin genetik düzəninin alt qatında duran hədəflərin çılpaqlığını Batı Dünyası daha dərindən dərk etdiyi üçün embarqo siyasətində israrlı mövqe sərgiləyirlər.
Orta Doğunu barıt çəlləyinə çevirən səbəblər
Orta Doğu coğrafi məkanına 4 kəsim anlayışı əsasında yanaşılır. Bu, “Böyük Orta Doğu”, “Doğu” (makrobölgə), “Orta Doğu” və “Levant” anlayışlarından oluşur. “Böyük Orta Doğu” siyasətində yer alan əski Aratta, Tuvalu, Mitanni, Diaoxa, Misir, Atropaten, Urartu, Sumer (Şumer), Hett, Finik, Ege, Əhəməni, Assur tarixlərinə şəriksiz sahib çıxmaq istəyən çevrələr mövcuddur. Ona görə də parn-urdu, sami-arami və greko kökənli toplumlar bölgənin hakimi olmaq iddialarını sərgiləyirlər. Demək olar ki, XVIII, XIX, XX və XXI yüzilliklərdə Orta Doğuya hakim olmaq üçün tarixin ən qəddar savaşları yaşanılıb. Beləliklə də etnobiosfer aləmin və böğlənin doğal zənginliklərinin sahibi olmaq uğrunda yaşanılan savaşlar bitməyib. Böyük Orta Doğu dedikdə, bu coğrafi bölgə Türküstan (Orta Asiya), Qafqaz, Kiçik Asiya, Quzey Afrika, Ərəb yarımadası və Körfəz ölkələri anlamını daşıyır. Beləliklə də neft-qaz və digər doğal zənginliklərinə görə ərəblər və Tehran mollakratiya rejimi “Soyuq Savaş” sonrası mövqelərini gücləndirnmək üçün ideoloji müstəvidə yarışa giriblər. Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra Türkiyənin yaranmış durumla ilgili yeni coğrafi məkanlarda uzlaşan siyasətin yürüdülməsinə hazır olmaması dini-ideoloji təlimlər çərçivəsində “ərəb” və “fars” ekspansionizminə geniş yol açıb. Beləliklə ötən 27 illik dönəmdə Türkiyə-Qafqaz-Türküstan işbirliyində boşluqlar mövcuddur.
Tehran mollakratiya rejimi isə, Orta Doğu ölkələrində (Misir, Suriya, İraq, Yəmən, Oman, Qətər, Bəhreyn, Liviya, Livan, Fələstin, Sudan, İordaniya, Pakistan, Əfqanıstan) özünün ideoloji təməl prinsiplərini uzlaşdırmaq üçün hər il dövlət büdcəsindən milyardlarla dollar vəsait ayırır. Bunun gerçək nədənlərindən biri də sami (ərəb) kökənli toplumların fərqli cərəyanlar (təriqət və məzhəblər) üzərində qarşılıqlı savaşlara üz tutmalarıdır. Suriya və Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn, Oman və Sudan, Yəmən və Livan, digər bu tipli qarşıdurmaların arxa baxçası məhz təlimlərdən qaynaqlanır. Təkcə İraqda 14 yöndə çeşidli qarşıdurmalar mövcuddur. Təriqət, əşirət, məzhəb, bölgəsəl ierarxiya, dini- mistik anlayışlar bunun təməlində durur.
Orta Doğunun (bütün mənalarda) belə bir acınacaqlı mənzərəsinin səbəbi heç də Batı dediyimiz anlayışa bağlı deyil. Çünki, bölgədə mövcud olan rejimlər, dini-mistik anlayış, ierarxik idarəetmə siyasəti, bütün reformlara qarşı çıxan ifrat mühafizəkar düşüncələr, digər anlayışlar bunun təməl prinsipidir. Bölgədə yaşayan bütün toplumlar tarixin dərin qatlarında sanki əzəli dəyərlərin şərtləri içində yaşamağı tərcih etmişlər. Mənafe və bəsit anlayışlı “dünyaya sahib olmaq” təkəbbürünü zənginlikdə və savaşlarda arayırlar. Bu da öz növbəsində rejimlərlə yanaşı, toplumların fəlakətinə çevrilən hədəflərdən biridir.
Dini-milli şovinizm İran mollakratlarının əsas silahıdır
40 ildir İran adlı ölkədə hakimiyyətdə olan mollakratiya rejimi öz coğrafi təsir sınırlarını genişləndirmək kimi hədəfləri ortaya qoyub. “Cəfərilik”, “ələvilik”, “şiəlik”, “husilik”, “əliallahilik”, “ismailik”, “onikilər”, “seyidilik”, “isnaəşarilik”, “əhli-beytlik”, “səcadilik”, “druzluq”, “kaysanilik”, “əhl-həqqi”, “idrisilik”, “şeyxilik”, “yarsanilik”, “zeydilik” və digər cərəyanların yenidən canlanması “Böyük Sasani İmperiyası” xülyasına xidmət edir. Bu, daha çox “ideoloji müstəmləkə” siyasətinin çərçivəsində ekspansionizm deməkdir. Tehran rejimi bu yöndə başlıca iki yöndə siyasi hədəflərini irəli sürür:
1. “İrandilli” (fars) Dövlətlər və toplumlar (buraya Pakistan, Əfqanıstan, Tacikstan, İraq, Hindistan, Ermənistan, eləcə də fars dilinin çeşidli ləhcələri),
2. “Şiə” təlimi adı altında təsir vasitələrinin ideoloji, iqtisadi, mədəni, silahlı çevrələrinin yaradılması.
Bu gün Nigeriya, Tunis, Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Suriya, Oman, Sudan, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Livan, Liviya, Fələstin və Türkiyədə Tehran rejimi özünə dayaq kimi yararlandığı sosial zümrələrin dəstəyi ilə dini-ideoloji düzəni asanlıqla qura bilmişdir. Bu yöndə əsasən keçmişdən miras qalmış baxış və dəyərləri, digər yandan isə əhalinin çox kasıb olduğu bölgələrdə istədiynə nail ola bilmişdir. Pakistan, Əfqanıstan, Tacikstan, Ermənistan və Hindistanda isə bir zamanlar Avropa dövlətlərinin süni şəkildə icad etdiyi “Hind-Avropa” nəzəriyyəsinə əsaslanaraq bu ölkələrdə yaşayan toplumların və mövcud dillərin eyni mənşədən olması iddialarını sərgiləyərək dərin hədəflərini çoxüfüqlü biçimdə rəsmiləşdirməyə çalışır.
Faktiki olaraq, Tehran mollakratiya rejimi hər iki yöndə xəsislik etmədən orta hesabla ildə 100 milyard dollar vəsait xərcləyir. 2000-ci illərin ortalarından İran mollakratiya rejiminə qarşı beynəlxalq miqyasda tətbiq olunan embarqolara, ölkənin milli gəlirlərinin 650 milyard dollardan 300 milyard dollara kimi enməsinə baxmayaraq, ekspansionist siyasət üçün münbit şərait qalmaqda davam edir. Başlıca hədəf mümkün qədər dini-ideoloji müstəvidə prosesləri nəzarətdə saxlamaqdır. Tehran üzərindən mollakratiya və onun yedəyində gedən ifrat fars şovinizmi siyasətini yürüdənlərin hədəfi mümkün qədər bu rejimin ömrünü uzatmaqdır. Onların fikrincə İran adlı ölkənin sınırlarından kənarda Tehran rejiminin çökdürülməsinə qarşı aparılan siyasətlərin qarşısını almaqla zaman qazanmaq daha asandır. Çoxpilləli bürokratiyanın yaradılması da bu səbəbdəndir.
Ölkəni idarə edən mollakratiya rejiminin üst qurumu sayılan ayətullardan ibarət ali dini şuranın əsas vəzifəsi bundan ibarətdir. Hər ayətullah artıq konkret şəkildə ölkəyə görə sorumludur. Hər bir ayətullahın ayrıca öz fondu və onun nəzarətində milyardlarla dollar vəsait vardır. Ayətullahlar sorumlu olduqları ölkələrlə ilgili xüsusi araşdırma mərkəzləri yaradıblar. İnformasiya bankının əsasında həmin ölkələrdə tələb olunan strukturlarını qurublar. Onlar öz hədəflərini təhsil, təbliğat, nəşriyyat, ticarət, yatırım, KİV-lər və digər vasitələrlə həyata keçirilir. Beləliklə şəbəkələşmək düsturu sayəsində gərəkən siyasəti həyata keçirirlər.
Faktiki olaraq, 2013-cü ildən sonra, İran adlı ölkədə daxili sosial-iqtisadi mənzərənin mənfiliyə doğru yönəlməsi, rejimi əməlli başlı əndişəyə salıb. Bu, əhalinin ağır həyat tərzi ilə bağlıdırsa, digər yandan artıq toplum, nə də müxtəlif xalqlar keçmişdəki kimi yaşamaq və idarə olunmaq istəmirlər. Buna görə də daxili etirazların miqyası böyüməyə başlayıb. Mollakratiya rejimi zamanla bunun qarşısını almaq istəsə də, hədəflərinə hələ ki, nail ola bilmir.
Ölkədə aldadıcı yumşalma siyasəti
Tehran rejiminə qarşı tətbiq olunan embarqoların sayəsində artıq ölkənin daxilindəki iri fabriklər və zavodlarla yanaşı, hətta orta dərəcəli istehsal vasitələri də böhranlı günlərini yaşayırlar. Dolların sürətlə bahalaşması mollakratiya rejiminin önləyici tədbirləri həyata keçirməkdə acizliyini ortaya qoyub. Artıq Rusiya, Çin, nə də Hindistan kimi nəhənglər Tehran rejiminin arxasında durmurlar. Qonşu ölkələrin daxili sosial-ictimai proseslərinə müdaxilələr etməklə əsas hədəfdən yayınmaq üçün atılan addımlar da İran mollakratiya rejiminə kömək edə bilmir. “Suriya böhranı”a görə mütəxəssislərin hesablamalarına sayəsində bəlli oldu ki, bu qonşu ölkədə orta hesabla 100 milyard dollardan çox vəsait itirdi. Bir yandan diktator Bəşər Əsəd rejimini qorumaq, digər yandan isə, orada azsaylı “şiə əhalisi”ni müdafiə etmək Tehran rejiminə çox baha başa gəldi. Halbuki, bu olayları daha öncələr İraqda yaşamalı olmuşdu. Təqribi hesablamlara görə, İran mollakratiya rejimi qonşu ölkələrdə son 10 ildə apardığı siyasətlərə görə 500 milyard dollar vəsait xərcləməli olub. Sonucda yenə də itirən tərəf Tehran rejimidir.
2017-ci ilin sonlarından başlayaraq, İran adlı ölkənin iri şəhərlərində baş verən etirazlar bu gün səssizliyə bürünsə də, istənilən an barıt çəlləyi kimi partlaya bilər. Bunun üçün bir sıra vacib səbəblər mövcuddur. İndi açıq şəkildə öz bölgəsinin sosial-iqtisadi, milli və digər hüquqlarını tələb edən bölgələr səsini çıxarmağa başlayıb. “Xuzistan”, “Xorasan-Türkmən”, “Bəlucstan”, “Loristan”, “Gilan”, “Kürdüstan” və “Güney Azərbaycan”. Bu bölgələri əhatə edən toplumların ümumi sayı 80 milyonluq İranın 60 milyonu deməkdir. Hələ ki, ölkənin milli gəlirləri 12 milyonu əhatə edən farsların üstün siyasət düsturu ilə idarə olunur. Təməli 1925-ci ildə Rza Pəhləvi tərəfindən qoyulmuş bu düstur 93 ildir dəyişməz olaraq qalıbdır. Problemin kökü də budur.
Beynəlxalq birliyin Tehran rejimini blokadaya almasından sonra, ölkədə baş verən sosial – iqtisadi durumun ağırlaşması, əhalinin kütləvi şəkildə etiraz mitinqlərinin baş verməsi, “xalqlar həbsxanası”nda yaşamaq istəməyən toplumların hərəkətə keçməsi rejimin bir qədər yumşalmasına səbəb olubdur. Müşahidəçilərin fikrincə, bütün bunlar aldadıcı ola bilər. Ona görə ki, ifrat fars şovinizmi və dindarlıq siyasətini müdafiə edənlər hər dəfə fürsət əldə edən kimi “kindarlıq” strategiyasını işə salıblar. Tehran rejimi xalqların öz ana dilində təhsil alması, nəşriyyatlar yaratması, milli mədəni mərkəzlər qurması proseslərə mane olmasa da, təsisatların yaşaması üçün gərəkən maddi problemlərin ucbatından irəli sürülən bütün tələblər havadan asılmış durumdadır. Bunun üçün Tehran rejiminin əlində bəhanə var: “ölkə embarqo siyasəti ilə üz-üzədir, iqtisadi böhranlar davam edir, sosial problemlərin həll edilməsi üçün imkanlar axtarırıq” tipli cavabları sərgiləyir. Ancaq, “İslam İnqilabının ixracı” siyasəti üçün milyardlarla dollar vəsaiti xərcləməkdə isə heç də xəsislik etmir.
İran mollakratiya rejiminin digər fəndgirliyi isə qonşu ölkələrdəki “tərəfdar”larını Tehrana dəvət etmək pərdəsi altında keçirdiyi konfranslardır. Bu tədbirlərin sayəsində ölkənin bu günü və gələcəyinə ictimai fikrə təlqin hədəflərini sərgiləyir. Beləliklə də aldadıcı yumşaq islahatları gündəmə gətirməklə zaman qazanmağa tələsir. Bütün üfüqlər boyu aparılan siyasətdə mollakratiya rejiminin sonu görünməkdədir. Sonun başlanğıcı gününə bizlər təəssüflər olsun ki, hazır deyilik.

Ənvər BÖRÜSOY
Xudaferin.eu
12:41