Erməni sevgisinin gizli notları

Ənvər Börüsoy

Ara mahnılarının ifaçısı kimi tanınan erməni ifaçını Bakıya kim gətirmək istəyir?

8 noyabr 2015-ci il tarixdə “haqqin.az” saytında Bəhram Batıevin imzası ilə ara mahnılarının ifaçısı və “Boka” ayaması ilə tanınan Boris Davidyanla geniş müsahibə dərc olunub. Bu yazıda erməni sevgisi demək olar ki, mövzunun leytmotivinə çevrilib. Erməniyə həsrət dolu yazının gündəmə gətirilməsi, ucuz, bəsit, bayağı və professionallıqdan uzaq, ara mahnılarının ifaçısına bunca önəm verilməsi gerçəkdən başadüşülən deyil. Erməni sevgisi gizlinlərinin zaman-zaman Azərbaycanda, özəlliklə də Bakıda ictimai fikrə calaq edilməsi olduqca üzücü bir məsələdir. Kimdir Boka? Unutmaq olmaz ki, Boka Azərbaycanda, başkənd Bakıda ermənilərin daim “beyinyuma” siyasətinin hədəflərinin carçısı olmuşdur. Həsrətlə onu  gözləyən “manqurtlar” zümrəsinin belə fikir və düşüncələrini “şanson” hədəflərinə gətirməsinə nə ad vermək olar?   

Uzaq 1997-ci ilin soyuq dekabrı

Həmin ilin 18 dekabr tarixində Bakıda Mədəniyyət Nazirliyinin himayəsi altında erməni müğənnisi Filipp Kirkorovun konserti olmalıydı. Biz o dönəmdə AzTV-də, şəhərin küçə və meydanlarında, geniş reklam lövhələrində bu təbliğatın siyasətinin qarşısını aldıq. Hətta F.Kirkorovun utanmadan və həya etmədən erməni olmadığı iddiasını ortaya atanlar da oldular. O zaman mədəniyyət naziri Polad Bülbüloğluna və onun dolayı yolla himayə etdiyi “konsert şirkəti”nin təmsilçilərinə açıq şəkildə bildirdik ki, hünəriniz varsa, bizi yazılarımıza görə verin məhkəmyə. Beləcə qorxub qaçdılar.

Bu olay gündəmdə olduğu zaman mərhum prezident Heydər Əliyev işə qarışaraq konsertin ləğv edilməsi üçün  göstəriş verdi. O vaxt çalışdığımız “Avrasiya” qəzetinin ünlü yazarları Qafar Çaxmaqlı, Nazim Mustafa, Ziyadxan Əliyev, Qənbər Yusif, Səməd Məlikzadə, Babək Göyüş və mən konsertin ləğv edilməsinə hamıdan çox sevindik. Aradan bir neçə il keçəndən sonra, bu dəfə professional ifaçılıq sənətinə heç bir aidiyyatı olmayan Aygün Kazımova Filipp Kirkorovla bir payız günündə Moskvada birlikdə konsert verdi. Hətta bu bayağı konserti Azərbaycanın televiziyalarında geniş şəkildə reklam etdilər. Onun belə bir addımından cuşa gələn digər manıslar da Moskvada, Rusiyanın başqa şəhərlərində ermənilərlərin toylarında, konsertlərində birgə çıxış etməyə başladılar.

Unutqanlıq sindromu

1828-ci ildə Çarlıq Rusiyası tərəfindən Güney Qafqaz işğal ediləndən sonra, dərhal bölgənin erməniləşdirilməsi siyasəti irəli sürüldü. Yerli əhali, özəlliklə də bəyliklər və ağalıqlar Rusiyanın bu siyasətinə qarşı dirənişlər göstərsələr də, lokal xarakterli etiraz hərəkatı o qədər də effekt vermədi. Buna görə də, Orta Doğudan kütləvi şəkildə erməni axınları bütün Qafqaza yayıldı. Aradan 30 il keçəndən sonra, ermənilər yerli toplumlar arasında “unutqanlıq” siyasətini dərinləşdirməyə başladılar. 1890-cı illərdə ermənilər bu dəfə sadəcə “icma” şəklində deyil, dövlət olma siyasətini hədəfə aldılar. Buna görə də indiki Ermənistan və Qarabağ ərazisində türklərə qarşı kütləvi qırğın siyasətini ortaya atdılar. 1914-1920-ci illərə qədər davam edən qanlı qırğınların sonucu olaraq Sovetlər Birliyi yaradıldı. Beləcə ermənilər üçün “Dağlıq Qarabağ” və “Ermənistan” adlı iki strateji bölgə quruldu. 1940-cı ildən 1991-ci ilə kimi Azərbaycan Türkləri arasında öncələrdə olduğu kimi “unutqanlıq” siyasəti yaşam normasına çevrildi. Bütün bunlar “sovet xalqı” adı ilə strateji hədəf kimi sərgilənirdi.

Bu günün strategiyasının mənası

Bir yandan Rusiya, o biri yandan isə Qərb dövlətlərinin Güney Qafqaz və Azərbaycan məsələsində “xristian missioner” hədəflərinə uzlaşdırılmış strategiyasında duran əsas maraqlardan biri də Azərbaycan Türklərinin tarixi torpaqları sayılan “Ermənistan” və “Qarabağ”ı, işğal altında qalan ərazilərimzi mümkün qədər unutdurmaqdır. Bu yöndə ictimai proseslərə təsir edə biləcək bütün imkanlardan məharətlə yayınma taktikası isə strateji uzantılarla müşahidə olunur. Heç də sirr deyil ki, Azərbaycanda missionerlər qılaflarını dəyişsələr də, hədəflərində sabitdirlər. Özəlliklə “Yəhova Şahidləri”, “Baptist”, “Yevangel”, “Əllinci”, “Katolik”, “Ortodoks”, “Protestant”, “Kalvinizm”, Lüterant”, “Haldey”, “Baltizm”, “Metodizm”, “Adventizm”, “Malabar”, “Kopt”, “Sinay”, “Babtizm”, “Valdens”, “Plimut qardaşları”, “Morav qardaşları”, “Vissarionlar”, “Ekumenizm”, “Mormonizm” və başqa cərəyanların missioner təşkilatları yetərincə sərbəst şəkildə fəaliyyət göstərirlər.  Adı çəkilən bu cərəyanların əsas məqsədi ictimai fikirdə erməni məsələsini unutdurmaq yolunda daha dərin hədəfləri ortaya qoymaqdır. Beləcə Azərbaycan ordusunda xidmət etməkdən imtina edənlərin, milli dövlət olmanın tərəfdarlarının sayının azaldılması kimi siyasi proseslər də müşahidə olunur. Demokratiya, insan haqları və inanc məsələsində azadlıq adı altında gedən bu proses mahiyyətcə milli birliyimizə qarşı saplanmış bıçaq təsiri bağışlayır. Belə bir hədəflərdə yer alanları isə sadəcə gödənləri ilgiləndirir.

“Eyn” düzəni

Ömrü boyu Bakıdakı zirzəmilərdə bayağı, şit və ciddi sənətə heç bir aidiyyatı olmayan mahnıların ifaçısı kimi tanınan Boka və onun kimilərinin tək hədəfi tüfeyli həyat tərzi yaşayanların beyinlərini yumaq kimi proseslərdə öndə durmaqdan ibarət olub. Bu gün onları “Qafqaz şansonyeni” adlandırmaq elə bu səviyyəyə enmək deməkdir. Bokanın “Mən hökmən Bakıya gəlib konsert verəcəyəm” adlı müsahibəsində onun Bakı üçün nə qədər önəmli olması ideyasının arxa baxçası qeyd etdiyimiz hədəflərə hesablanıb. Bunu bilməyənlər yaxşı olardı ki, bir daha gedib Azərbaycan Tarixini oxusunlar. Bokanın müsahibəsi gündəmə gəlməmişdən öncə “Bakılı Oğlanlar” teatrının rəhbərlərindən biri olan Tahir İmanov Bakıda erməni truppası “Comedy Woman”nın konsertinin ləğv edilməsinə görə üsyan püskürdü. Onun bu möhtəşəm addımına Azərbaycandakı bütün KİV-lər dəstək verdilər. Təkcə TV kanallardakı bayağıcasına “şou” verilişləri sərgiləyən, bu millətin qafasını yumaq yarışlarında estafetin önündə olmaq istəyənlər susmağa üstünlük verdilər. Filipp Kirkorov, İrina Alleqrova və başqa erməni manıslarlarından müsahibə almağa can yandıranların isə nə səsi eşidildi, nə də ünü.

Tahir İmanov “Comedy Woman” musiqi qrupunun rəhbərləri Artur Canibekyan və Qarik Martirosyanın adlarını belə açıqladı. Konsertin təşkilatçısı olan “33 Event” şirkəti o qədər həyasızlıq göstərdi ki, heç cəmiyyətdən üzr diləmədi. Axı bu ənənəni indi başqalarının da təkrar etməsi tamamilə yalnış addımdır. Beləcə, “33 Event” şirkəti, “Comedy Woman” musiqi qrupu sakitcə görünməməyə üstünlük verdilər. 

“Haqqin.az” saytı Bakonu öyməklə, nostalji notlar üzərində köklənmiş yanlış ladla təqdir etməsi bu günün ən böyük faciəsi kimi də qəbul etmək olar. Parazitcəsinə tüfeyli həyat tərzini yaşamağı tərcih edənlərin “sevimlisi” kimi tanınan  bu manısı cəmiyyətə yenidən sırımağın anlamını “eyn” fəlsəfəsinin estetik düzənində aramaq lazımdır. Guya Bokanın bir zamanlar oxuduğu mahnılar Bakıda ən “xit” musiqi və sənət əsərləri olmuşdur. Onun mahnılarının professionalıqdan uzaq olan düşük səviyyəli ifaçılıq olmasını müsahibə alan bilmirsə, bu əsil faciədir. Ona görə ki, kimdən müsahibə alınırsa, həm də onun intellekt səviyyəsinə də önəm verilməlidirı.

Həmin yazıda qeyd olunur ki, guya Bokanın “poklonnikləri” (sitayiş edənləri, aşiqləri və pərəstişkarları) albomlarını indid də evlərində saxlayırlar. Guya həmin mahnıların fəlsəfi-estetik dəyəri olduqca möhtəşəmdir. Halbuki, həmin musiqi parçaları “ES” ritmi üzərində köklənmiş tipik erməni-fars ladından savayı heç nəyə yararlı deyil.  

Bokanın janrındakı tüfeylilik

Musiqi və sənət elə bir anlamdır ki, onun hansı janrda yazılması çox mühüm xarakter daşıyır. Azərbaycanda muğam, aşıq sənəti ilə yanaşı, professional klassik musiqi, caz və estrada janrları o qədər yüksək səviyyədə inkişaf edib ki, ermənilər hər zaman bunun paxıllığını çəkdiklərini etiraf etmək zorunda qalmışlar. Buna görə də həmin möhtəşəm mədəni düzəni bayağılaşdırmaq üçün yollar aramışlar. Bunun üçün də Boka, Jora və başqa yüngül, bayağı və cılız səviyyədə tüfeyli düşüncəsinə hesablanmış ifaçılıq tərzini ortaya atmışlar. Bu tip küçə və bayağı musiqiləri dinləməklə şüuraltı şəkildə insanın özü də tüfeylilik girdabına yuvarlanır. Təməli Fransada qoyulan “kabare” düşüncəsinə hesablanmış bu janr sonradan “şansonye” düzəni ilə yayğınlaşdırılmışdır. Əsas məqsəd “frankomaniya” siyasətinin daha dərinləşməsi hədəfinə nail olmaq idi. Qvianada, Mali, Kanada, Nigeriya, Konqo, San Dominqo, Suriya, Sudan, Cibuti, Kamerun, Mərakeş, Komor, Seneqal, Qabon, Əlcəzair, Yuxarı Volta, Çad və baş ölkələrdə yerli əhalinin assimliasiya edilməsi, estetik baxışlarında üstün səviyyəyə qaldırılan “égalité, complémentarité, solidarité” dəyərlərini ermənilər bizim içimizdə yayınlaşdırılmağa  çalışılmışdır. Bəsit və ucuz mədəniyyət siyasətinin tək hədəfi beyinləri yumaq deməkdir.

“Haqqin.az” saytı Bokaya o qədər heyrandır ki, hətta onun nəvəsi Jokanın da babasının yolu ilə getməsinə sevinməyə bilmir. Bu yazıdan belə çıxır ki, Bakıdakı oliqarxların toy-düyünündə onu həsrətlə gözləyənlər belə vardır. Boka isə adı çəkilən müsahibəsində Bakıda çoxlu dostlarının olmasından fəxarətlə danışır. Utanmadan Allaha da dua edir ki, Bakıda konsert vermək imkanı olsun. “Mən heç bir zaman azərbaycanlılara pislik etməmişəm”. Bakıdakı radiolarda onun mahnılarının səsləndirilməsindən məmnunluq duyğduğunu bildirir. Bu müsahibədə guya Bokanın mahnıları ilə xəstə adamların belə sağaldığı iddiası ortaya qoyulmuşdur. Boka lap köhnə zamanlarda olduğu kimi “sovet beynəlmiləlçiliyi”ndən danışır.   

Ermənilərə maraq və həvəsin yaradılması, onların geniş şəkildə təbliğatının qurulması hədəflərində yer alan tək strateji maraq, Azərbaycanın işğal edilmiş ərazilərinin bir daha unutdurulmasıdır. Mədəniyyət baxımından onlar heç bir zaman böyük sənət yarada bilməmişlər. Çünki, genetik baxımdan bu mümkün deyil. Buna görə də, onlar kolonial siyasətdə yer alan güclü dövlətlərin strategiyasını incəliklərinə qədər öyrənməklə bunu bizlərə tətbiq etməyi hədəfə alıblar. Bakıda isə istedadı, savadı və səsi olmayan toyxana manısları məhz Boka kimilərinin yolunu tutublar. İndi həmin dəyərləri KİV-lərə çıxararaq erməni “humanizmi”ni ictimailəşdirməyin bir adı var: “MANQURT”luq.  

 

17:11